Рейтинг
+11.64

Xəstəyə ümumi qulluq və müalicə-diaqnostika

19 üzv, 13 topik

Hippokrat andı

Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm.
Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənlər yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm.
Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçınacağam, istər azad istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlıyacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun.

 
 ------

Ὄμνυμι Ἀπόλλωνα ἰητρὸν, καὶ Ἀσκληπιὸν, καὶ Ὑγείαν, καὶ Πανάκειαν, καὶ θεοὺς πάντας τε καὶ πάσας, ἵστορας ποιεύμενος, ἐπιτελέα ποιήσειν κατὰ δύναμιν καὶ κρίσιν ἐμὴν ὅρκον τόνδε καὶ ξυγγραφὴν τήνδε. Ἡγήσασθαι μὲν τὸν διδάξαντά με τὴν τέχνην ταύτην ἴσα γενέτῃσιν ἐμοῖσι, καὶ βίου κοινώσασθαι, καὶ χρεῶν χρηίζοντι μετάδοσιν ποιήσασθαι, καὶ γένος τὸ ἐξ ωὐτέου ἀδελφοῖς ἴσον ἐπικρινέειν ἄῤῥεσι, καὶ διδάξειν τὴν τέχνην ταύτην, ἢν χρηίζωσι μανθάνειν, ἄνευ μισθοῦ καὶ ξυγγραφῆς, παραγγελίης τε καὶ ἀκροήσιος καὶ τῆς λοιπῆς ἁπάσης μαθήσιος μετάδοσιν ποιήσασθαι υἱοῖσί τε ἐμοῖσι, καὶ τοῖσι τοῦ ἐμὲ διδάξαντος, καὶ μαθηταῖσι συγγεγραμμένοισί τε καὶ ὡρκισμένοις νόμῳ ἰητρικῷ, ἄλλῳ δὲ οὐδενί. Διαιτήμασί τε χρήσομαι ἐπ' ὠφελείῃ καμνόντων κατὰ δύναμιν καὶ κρίσιν ἐμὴν, ἐπὶ δηλήσει δὲ καὶ ἀδικίῃ εἴρξειν. Οὐ δώσω δὲ οὐδὲ φάρμακον οὐδενὶ αἰτηθεὶς θανάσιμον, οὐδὲ ὑφηγήσομαι ξυμβουλίην τοιήνδε. Ὁμοίως δὲ οὐδὲ γυναικὶ πεσσὸν φθόριον δώσω. Ἁγνῶς δὲ καὶ ὁσίως διατηρήσω βίον τὸν ἐμὸν καὶ τέχνην τὴν ἐμήν. Οὐ τεμέω δὲ οὐδὲ μὴν λιθιῶντας, ἐκχωρήσω δὲ ἐργάτῃσιν ἀνδράσι πρήξιος τῆσδε. Ἐς οἰκίας δὲ ὁκόσας ἂν ἐσίω, ἐσελεύσομαι ἐπ' ὠφελείῃ καμνόντων, ἐκτὸς ἐὼν πάσης ἀδικίης ἑκουσίης καὶ φθορίης, τῆς τε ἄλλης καὶ ἀφροδισίων ἔργων ἐπί τε γυναικείων σωμάτων καὶ ἀνδρῴων, ἐλευθέρων τε καὶ δούλων. Ἃ δ' ἂν ἐν θεραπείῃ ἢ ἴδω, ἢ ἀκούσω, ἢ καὶ ἄνευ θεραπηίης κατὰ βίον ἀνθρώπων, ἃ μὴ χρή ποτε ἐκλαλέεσθαι ἔξω, σιγήσομαι, ἄῤῥητα ἡγεύμενος εἶναι τὰ τοιαῦτα. Ὅρκον μὲν οὖν μοι τόνδε ἐπιτελέα ποιέοντι, καὶ μὴ ξυγχέοντι, εἴη ἐπαύρασθαι καὶ βίου καὶ τέχνης δοξαζομένῳ παρὰ πᾶσιν ἀνθρώποις ἐς τὸν αἰεὶ χρόνον. παραβαίνοντι δὲ καὶ ἐπιορκοῦντι, τἀναντία τουτέων. 
 

Həkimə nə vaxt getməli?

Çoxları həkimə müraciət etməyi artıq hesab edirlər. Düşünürlər ki, hər hansı nasazlıq, əhvalın yüngül pozulması öz-özünə də keçib gedə bilər. Bunun üçün həkim çağırmağa ehtiyac yoxdur. Lakin sadə qaydalar mövcuddur: əgər yaxşılaşma yoxdursa və ya xəstəlik azalmaq əvəzinə daha da şiddətlənirsə, mütləq peşəkar həkimin köməyinə müraciət etmək lazımdır. Əgər bir neçə sutka ərzində temperaturun yüksək olması, bu və ya digər orqanlarda ardı-arası kəsilməyən ağrılar, sancılar mütləq həkimə müraciət etməyə əsas yaradır.


Ardı →
 

Ozonoterapiya

Son zamanlar ozonoterapiya adlı müalicə növündən istifadə insanlarda maraq doğurur. Bu məsələyə bir qədər aydınlıq gətirmək və oxuculara bu haqda məlumat vermək məqsədilə ozonla müalicə, onun təsir mexanizmi haqqında söhbət açmağı lazım bildik.


Ardı →
 

Bioloji təbabət

Bioloji təbabət — insan orqanizminin biosistemlərini aktivləşdirən və təmin edən üsullarla müalicə və diaqnostikanın əsas istiqamətlərindən biridir.
Hal-hazırki ekoloji fəlakətlər dövründə ətraf mühitin qlobal çirklənməsi səbəbindən həm atipik gedişatlı xəstəliklərin, həm də mikroorqanizmlərin dəyişən ətraf mühitə qarşı davamlılığı artır. Bu da öz növbəsində xəstəliklərin ənənəvi üsullarla müalicəsini çətinləşdirir. Belə halda, əhalinin çox hissəsi əlavə təsirləri az olduğu üçün “yüngül təbabət” müalicə üsuluna müraciət edir. Məhz bioloji təbabət də belə müalicə üsuludur. Onun əhəmiyyətini kəsb etmək üçün “sağlamlıq” və “xəstəlik” anlayışlarını nəzərdən keçirək.


Ardı →
 

Anemiyalı xəstələr

Anemiya zamanı qanın tərkibində hemoqlobin və eritrositlərin miqdarı azalır.Belə xəstələrin müayinə edərkən onların rənglərinin avazıması nəzərə çarpır.Anemiyaların bəzi növlərində xəstənin müayinəsi zamanı tiprik əlamətlər görünür.Məs:anadangəlmə hemolitik anemiyalı xəstənin müayinəsində  xəstədə  qülləvari  baş,damağın yuxarıda durması,dişlərin əyri bitməsi görünür. «Reyno» xəstəliyinin əlamətləri müşahidə edilir.Dəmir defisitli  anemiyalı xəstənin müayinəsində xəstədə həm anemik,həm də sideropendik simptom  müşahidə edili.Belə ki,xəstədə başgicəllənmə,qukaqlarda küy,gözlərə qaranlıq çökmə əlamətləri ilə yanaşı dad pozğunluğu,udma aktının pozulması,dildə ağrılar və s əlamətlər olur.

B-12 defisitli xəstəni müayinə edərkən, onda həm anemik,həm də dispeptik,həm də sinir-psixi simptomlar olduğu görünür.Aplastik anemiyalı xəstəni müayinə edərkən belə xəstədə çimdikləmə və jqut simptomlarının müsbət olduğu,damaq nahiyəsinə qansızmalar və burundan qanaxmalar müşahidə edilir.Anemiyalı xəstələrə qulluq göstərərkən hər bir anemiyanın xarektirik xüsusiyyətini nəzərə almaq lazımdır.Belə ki,dəmir defistli anemiyası olan xəstəyə qulluq edərkən onun qida rasionuna tərkibində  «Fe» çox olan qidalar verilir,xəstənin dilində yanğı və ağrı olduğuna görə turş,qıcıqlandırıcı qidalar verilmir.Belə xəstələr təbaşir,torpaq,əhəng yediklərinə görə çalışmaq lazımdır ki, onların yaxınlığında bunlar olmasın.Hemolitik anemiyalı xəstəni soyuqdəymədən,donmadan,müxtəlif infeksiyonlardan qorumaq lazımdır,çünki bunlar xəstənin vəziyyətini ağırlaşdırır və hemolitik krizlərin əmələ gəlməsinə və xəstənin vəziyyətini ağırlaşdırılmasına səbəb ola bilər.

B-12 defisitli anemiyalı xəstələrə qulluq edərkən xəstənin qidalanmasına ciddi fikir vermək lazımdır,çünki bu xəstələrin dilində ağrılı sahələr olur və turş,qıcıqlandırıcı yeməklər xəstənin dilində bərk ağrılar törədir.Bu xəstələri daim müşahidə altında saxlamaq lazımdır,çünki bunlarda əzələ atrofiyası və əzələ zəifliyi olduğuna görə bunlar sərbəst hərəkət edə bilmirlər. Анемия
Aplastik anemiyalı xəstələrə qulluq edərkən xüsusilə diqqətli olmaq lazımdır. Bu xəstələr həddən artıq zəif,halsız olurlar,A/T çox aşağı olur,badamcıqlarda infeksion-irinli ağırlaşmalar olduğuna görə xəstəyə ancaq duru yeməklər verilməlidir.   
Tibb bacısı anemiyalı xəstələrin poliklinikaya  mühtəzəm gəlməsinə nəzarət edir,qanı təkrar yoxlamaq üçün laboratoriyaya göndəriş kağızı yazır,analizlərin cəvablarını alır.Anemiyada xəstənin həyatı təhlükədə olduqda qan köçürülür.
Müəllif:Zeynəb Əhmədova
Mənbə:Tibbi kitablardan birləşdirilmiş məqalə
 

Leykozlu xəstələr

Qanyaradan hüceyrələrdən törəyən və bir qayda olaraq sümük iliyini zədələyən qanyaradan sistemin şişləridir.Kəskin leykozda xəstələrin vəziyyəti son dərərcə ağır olur.Belə xəstələrə qulluğun böyük əhəmiyyəti var.Ciddi yataq rejimi gözləmək,alt paltarını vaxtlı-vaxtında dəyişmək lazımdır.Xəstə az-az yeməlidir,qida yaxşı bişirməli,vitaminlərlə,zülallarla zəngin olmalıdır
Ardı →
 

Qızdırmalı xəstələrə qulluq

Temperatur qalxmağa başladıqda düşüb sabitləşənə qədər qızdırmanın bütün dövrlərində xəstələrə qulluq etmək lazımdır.Qızdırmanın birinci mərhələsində xəstə titrədir,büyün bədəni sızıldayır,başı ağrıyır,dodaqları göyərir.Xəstəyə rahatlıq yaratmaq,yerinə uzatmaq,üstünü qalın örtmək,ayaqlarına isitqac qoymaq,tünd şirin çay vermək,qapı-pəncərəni örtmək və xəstənin fizioloji funksiyalarına fikir vermək lazımdır.Yüksək temperaturda mərkəzi sinir sistemi həddindən artıq oyanıq olduğu üçün xəstəni tək qoymaq qorxuludur.O yerindən dik qalxıb özünü pəncərədən ata bilər və.s


Ardı →
 

Xəstənin gigiyenası

Xəstəxana dəyişəyinə bunlar aiddir: döşəkağılar, yastıq üzləri, yorğanlar, əskilər, alt köynəklər, dizliklər, ləçəklər, xələtlər, pijamalar, dəsmallar və s. Təmiz dəyişən şöbənin dəyişək saxlanan otağında, çirkli dəyişəyi isə şöbənin yaxınlığındakı ayrıca binada, xüsusi yeşiklərdə və ya baklarda saxlayırlar. Bunlar dolduqca boşaldır və çirkli dəyişəyi camaşırxanaya göndərirlər. Dəyişəyin hamısının üstündə şöbənin nişanı və ştampı olmalıdır. Hər şöbənin təsərrüfat bacısı olur, o, dəyişəyi vaxtlı-vaxtında dəyişdirilməsinə və çirkli dəyişəyin camaşırxanaya göndərilməsinə cavabdehdir. 7-10 gündə bir dəfə hamam günü keçirilir, bu vaxt dəyişəyi də dəyiş­dirirlər, lakin şöbədə yerini batıran ağır xəstələr varsa, təsərrüfat bacısı kiçik tibb bacısına ehtiyat üçün bir neçə dəst təmiz dəyişək qoyur. İfrazata və qana bulaşmış dəyişəyi əvvəlcə duruldulmuş açıq əhəng məhlulunda isladıb qurudur və sonra camaşırxanaya göndərirlər.


Ardı →
 

Bronxoqrafiya və Bronxoskopiya

BRONXOQRAFİYA — bronxların və traxeyanın rentgenoloji müayinəsi. Bunun üçün qabaqcadan həmin üzvlərə kontrast maddə yeridir.
Bronxoqrafiya üçün göstərişlər;
1) bronxların və ciyərlərin müxtəlif xəstəliklərində bronx-ağciyər prosesinin yerini dəqiqləşdirmək üçün;
2) bronx ağacının şöbələrini müayinə etmək üçün, çünki bunları bronxoskopiyada ya heç görmək mümkün olmur, ya da aydın görünmür;
3) ağ ciyərlərdə aparılacaq cərrahi əməliyyatın miqyasını təyin etmək üçün.


Ardı →
 

Duş

Duş — su ilə müalicənin səmərəli metodlarından biridir. Ayrıca müalicə kursu kimi, ya da su ilə başqa müalicə proseduraları kompleksində, bəzən müalicəyə başlayanda, yaxud müalicənin axırında tətbiq edilir. Suyun temperaturunu xəstəliyin xüsusiyyətindən və nəzərdə tutulan məqsəddən asılı olaraq təyin edirlər. Qısamüddətli soyuq və isti duş insanı gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, uzun çəkən soyuq və isti duş hissi və hərəki sinirlərin oyanma qabiliyyətini azaldır, maddələr mübadiləsini artırır, ilıq duş isə sedativ təsir edir. Sərin və soyuq duşdan sonra bədəni cod dəsmalla bərk-bərk sürtmək lazımdır, bu, ürək-damar sisteminin işinə müsbət təsir edir.
İynəvarı, yağış duşu xüsusi qurğunun başına taxılmış tordan ayrı-ayrı şırnaqlara bölünmüş, yağış şəklində tökülən sudur. Bu su ilıq, indifferent, sərin və soyuq ola bilər. Duşun müddəti 1 dəqiqədən 5 dəqiqəyə qədərdir, su 1-2 atm təzyiqlə verilir. Proseduranı hər gün aparırlar, müalicə kursu 15-25 proseduradır.
Şarko duşu. Xüsusi duş kafedrasından müəyyən temperaturlu və təzyiqli su vurulur.
Ardı →