Xəstənin gigiyenası

Xəstəxana dəyişəyinə bunlar aiddir: döşəkağılar, yastıq üzləri, yorğanlar, əskilər, alt köynəklər, dizliklər, ləçəklər, xələtlər, pijamalar, dəsmallar və s. Təmiz dəyişən şöbənin dəyişək saxlanan otağında, çirkli dəyişəyi isə şöbənin yaxınlığındakı ayrıca binada, xüsusi yeşiklərdə və ya baklarda saxlayırlar. Bunlar dolduqca boşaldır və çirkli dəyişəyi camaşırxanaya göndərirlər. Dəyişəyin hamısının üstündə şöbənin nişanı və ştampı olmalıdır. Hər şöbənin təsərrüfat bacısı olur, o, dəyişəyi vaxtlı-vaxtında dəyişdirilməsinə və çirkli dəyişəyin camaşırxanaya göndərilməsinə cavabdehdir. 7-10 gündə bir dəfə hamam günü keçirilir, bu vaxt dəyişəyi də dəyiş­dirirlər, lakin şöbədə yerini batıran ağır xəstələr varsa, təsərrüfat bacısı kiçik tibb bacısına ehtiyat üçün bir neçə dəst təmiz dəyişək qoyur. İfrazata və qana bulaşmış dəyişəyi əvvəlcə duruldulmuş açıq əhəng məhlulunda isladıb qurudur və sonra camaşırxanaya göndərirlər. Xəstələri yumaq. Uzun müddət yataqda qalan və hər həftə çimməyən xəstələri, habelə yerini bulaşdıran xəstələri gündə bir neçə dəfə yumaq lazımdır, çünki qasıq büküşlərində sidik, və nəcis qaldıqda dərini yeyib yataq yaraları əmələ gələ bilər. Xəstəni zəif kalium-permanqanat məhlulu və ya başqa bir dezinfeksiyaedici maddə ilə yuyurlar. Məhlul ilıq (30-32°C) olmalıdır. Xəstəni yumaq üçün aftafa, kornsanq və steril pambıq yumruları olmalıdır.
Qadınları daha tez-tez yuyurlar.
Qadını yuduqda sağrının altına ləyən qoyurlar. Xəstə qadın dizlərini qatlayır və qıçlarını azca aralayıb, arxası üstə uzanır. İlıq dezinfeksiyaedici məhlul tökülmüş aftafadan sol ələ götürür və xarici cinsiyyət dodaqlarına aftafadan tökürlər. Pambıq tamponu kornsanqla tutub cinsiyyət üzvlərindən anusa (yuxarıdan aşağıya) bir dəfə aparırlar, bundan sonra quru pambıq tamponla eyni istiqamətdə dərini silir, anus nahiyəsindən sidik kisəsinə infeksiya salmamaq üçün tamponu tullayırlar. Xəstəni Esmarx qabından su tökməklə də yumaq olar, bunun üçün ona rezin borucuq, sıxıcı və uşaqlıq yoluna salınan ucluq taxılır, bu vaxt su və ya zəif kalium-permanqanat məhlulunun şırnağını aralığa yönəldirlər.
Kişiləri yumaq xeyli asandır. Xəstə yenə də arxası üstə uzanır və qıçlarını dizdən qatlayır, sağrıların altına ləyən qoyub su şırnağını aralığa və qasıq büküşlərinə yönəldirlər. Pambıq tamponla dərini silir, sonra quru pambıq tamponla qurulayırlar: qasıq büküşləri bişibsə vazelin, yaxud hər hansı başqa bir yağ sürtürlər.
Yatağın hazırlanması. Xəstə günün çox vaxtını yataqda olduğu üçün yataq rahat və təmiz olmalı, çarpayının toru tarım çəkilməli və sallanmamalıdır. Torun üstündən qoyulan döşək kələ-kötür olmamalıdır. Ayrı-ayrı hissələrdən ibarət döşək xəstəyə qulluq etmək üçün çox münasibdir. Döşəyin üzünü tez-tez təmizləyib havaya vermək lazımdır ki, qoxusu getsin, lazım gəldikdə isə dezinfeksiya etməli. Yerini bulaşdıran xəstələrin altına döşəyin üstündən döşək enində müşəmbə salır və kənarlarını yaxşı qatlayırlar ki, döşək çirklənməsin. Cinsiyyət üzvlərindən çoxlu ifrazat axan qadınların altına müşəmbə, üstündən isə döşəkcə salırlar, onu lazım gəldikcə, lakin 2-3 gündə 1 dəfədən  az olmayaraq dəyişdirirlər. Döşəyin üstünə təmiz döşəkağı salır və kənarlarını döşəyin altına qatlayırlar ki, sürüşüb düşməsin və qırışmasın.
Altdakı yastıq quş lələyindən, üstdəki isə tükdən olmalıdır. Yastıqları elə qoyurlar ki, altdakı yastıq düz olub üstdəki yastıqdan çıxsın, üstdəki yastığı isə çarpayının baş tərəfinə söykəmək lazımdır. Xəstəyə yorğanağı keçirilmiş bayka adyal verirlər, çünki bayka adyalı havaya vermək və dezinfeksiya etmək asan olur; yayda pike adyal vermək asan olar.
Çarpayının ayaqları təkərli olur, bunun sayəsində oyan-buyana asan çəkilir, həmçinin onun xüsusi altlıqları olur ki, bunları çarpayının baş və ayaq tərəflərinə qoyub bərkidirlər. Bunların köməyi ilə çarpayını döşəmədən azca qaldırır və asanlıqla yerini dəyişirlər. Çarpayının yerini bu cür dəyişmək xəstəni narahat etmir və yormur. Başı yuxarıda olmağa ehtiyacı olan ağır xəstələr üçün başaltılar, habelə funksional çarpayılar vardır; bu cür çarpayının 3 cür bölməsi olur, dəstəklərin köməyi ilə çarpayını cırıldatmadan xəstəyə rahat vəziyyət vermək mümkündür. Hazırda xəstəxanalarda nikel və ya yağlı boyaqla rənglənmiş çarpayılar vardır, bunları silmək və dezinfeksiya etmək asan olur. Çarpayının yanında tumboçka qoyurlar; xəstənin şeyləri burada olur. Ağır xəstələr üçün diyircəkli xüsusi balaca stollar vardır, bunlardan yemək və qəzet-jurnal oxumaq üçün istifadə edirlər.
Alt paltarı dəyişmək. Stasionarda xəstənin alt paltarını hər 7-10 gündən bir gigiyenik vannadan sonra dəyişirlər. Natəmiz, çox tərləyən, yaxud çox zəif xəstələrin alt paltarını ehtiyac olduqca dəyişirlər. Miokard infarktı olan xəstələrə yaxası açıq köynəklər geydirirlər, bunları geydirib çıxarmaq asan olur. Tibb bacısı xəstənin əynindən köynəyi çıxarmaq üçün əllərini onun oması altına salır, ətəyindən tutub bürmələyə-bürmələyə yuxarı gətirir, sonra xəstənin əllərini yuxarı qaldırır, bürmələnmiş köynəyi xəstənin başından çıxarıb əllərini buraxır. Köynəyi əks qaydada geydirirlər. Əvvəlcə köynəyin qollarını geydirir, sonra başından keçirib ətəyini xəstənin altına salırlar. Xəstənin qolu zədələnmiş olduqda əvvəlcə köynəyin sağlam qolunu çıxarırlar, geydirəndə isə əvvəlcə zədələnmiş qolu geydirirlər.
Yataq ağlarını müntəzəm surətdə - həftədə azı bir dəfə, xəstə çiməndən sonra dəyişdirirlər. Bəzən bunları ehtiyac olduqda da dəyişirlər.
Şöbədə 1 sutka üçün dəyişək ehtiyacı olmalıdır. Dəyişəyi mərkəzdən qızdırma radiatorlarının üstündə qızdırıb xəstəyə geydirmək qətiyyən olmaz. Çirkli dəyişəyi müşəmbə kisələrə doldurub tez palatadan çıxarırlar. Yataq ağlarını, xüsusilə ağır xəstələrin yataq ağlarını kiçik tibb bacısı ilə birlikdə tibb bacısı dəyişməlidir. Yataq ağlarını dəyişmək qaydası xəstənin vəziyyətindən asılıdır. Xəstəyə gəzməyə icazə verilibsə, o özü bunları kiçik tibb bacısı ilə birlikdə dəyişə bilər. Xəstəyə oturmağa icazə verildikdə onu stula otuzdurur, kiçik tibb bacısı isə onun yerini düzəldir. Xəstələrin yataqlarını dəyişəndə çirkli döşəkağını baş və ayaq tərəfdən bürmələyib yavaşca götürürlər. Təmiz döşəkağını hər iki tərəfdən bint kimi bürmələyib xəstənin oması altına keçirir və sonra baş və ayaqlara doğru açıb düzəldirlər. Döşəkağı cırıq, qarışıq, yamaqlı olmalıdır.
Döşəkağını başqa cür də dəyişmək olar: xəstəni döşəyin kənarına çəkir, döşəkağını uzunluğu boyu bint kimi bürmələyir, onun yerinə isə təmiz döşəkağı salır və xəstəni uzadırlar, o biri tərəfdə isə çirkli döşəkağını götürür və təmizini açıb düzəldirlər. Yataq ağlanın xəstəyə əziyyət vermədən iki adam dəyişir.
Dırnaqların tutulması. Dırnaqları balaca qayçı ilə tuturlar. Dırnağı tutanda barmağı kəsməməli. Tutub qurtarandan sonra qayçını dezinfeksiya etməli, pambığı spirtə və ya 0,5%-li xloramin məhluluna batırıb silməli.
Dəriyə qulluq. Uzun müddət yataqda qalan və çimməyən xəstələrin bədənini su və ya hər hansı dezinfeksiyaedici məhlulla: kamfora spirti, odekolon, araq, yarıbayarı su qatılmış spirt, xörək sirkəsi və s. ilə isladılmış dəsmalla silmək lazımdır. Bunun üçün dəsmalın ucunu dezinfeksiyaedici məhlulda isladır, azca sıxıb qulaqların dalını, boyunu, kürəkləri, döş qəfəsinin qabaq tərəfini və qoltuğu silirlər. Döş vəzlərinin altındakı büküşlərə baxmaq lazımdır, çünki tosqun qadınlarda bişmə əmələ gələ bilər. Sonra bədəni həmin qaydada yaxşı qurulayırlar. Uzun müddət arxası üstə yataqda qalan xəstələrdə çox vaxt yataq yaraları əmələ gəlir (adətən ombada, ürəkdə, dabanda və dirsəkdə). Ağır xəstələrin dərisinə pis qulluq edilməsi, yatağın rahat olmaması, onun gec-gec düzəldilməsi də yataq yaraları əmələ gəlməsinə səbəb olur.
Omanın və ya başqa bir yerin dərisi qızardıqda həmin yerə yarı bölünmüş limon sürtmək, yaxud yaş dəsmalla silmək, qurulamaq, kvars lampası altına tutmaq və müntəzəm surətdə dərini yoxlamaq lazımdır. Bütün bunlara baxmayaraq yataq yaraları əmələ gəlibsə, tünd kalium-permanqanat məhlulu sürtmək, Vişnevski məlhəmi, Peru yağı və axşam balzamının qarışığı, sintomisin emulsiyası və ya başqa bir məlhəmlə sarğı qoymaq lazımdır.
Hər dəfə xəstənin yerini düzəldəndə onun bədəninə baxmaq və yataq yaralarının daha çox əmələ gəldiyi yerlərə fikir vermək lazımdır. Hər gün dərini dezinfeksiyaedici məhlulla silmək, yataq yaralarının əmələ gələ biləcəyi yerlərə üzlük keçirilmiş rezin dairə qoymaq lazımdır. Rezin dairəni elə qoymaq lazımdır ki, xəstənin oması dairənin deşiyinə tən gəlsin. Hazırda sənaye yataq yaralarına qarşı işlədilən hava üfürülən, üzəri qırçınvarı və elektriklə qızdırılan rezin dairələr buraxır.
Ağız boşluğuna qulluq. Gəzən xəstələr hər gün səhər və ya axşam dişlərini yuyur, yemək yedikdən sonra isə ağızlarını azca duz tökülmüş su ilə (bir stəkan suya ¼ çay qaşığı xörək duzu) və ya zəif kalium-permanqanat məhlulu ilə yaxalayırlar. Dişlərini özləri yuya bilməyən ağır xəstələrin ağzını hər dəfə yemək yeyəndən sonra tibb bacısı silməlidir. Bunun üçün o pambıq yumrusunu pinsetlə götürüb 5%-li borat turşusu məhlulunda, 2%-li natrium-hidrokarbonat məhlulunda, zəif kalium-permanqanat məhlulunda, yaxud adi qaynanmış suda isladıb xəstənin dilini və dişlərini silir. Bundan sonra xəstə ağzını yaxşı yaxalayır. Çox vaxt ağır xəstələrdə ağız boşluğunun selikli qişasında iltihabı-stomatit əmələ gəlir, yemək yedikdə xəstəni incidir, xəstədən ağız suyu axır, temperatur qalxır. Selikli qişanın müalicəsi applikasiya və ya dərman şırınqalamaqdan ibarətdir. Applikasiya - dezinfeksiyaedici məhlulda (2%-li xloramin və ya 0,1%-li furasilin məhlulu) isladılmış steril tənzif salfetkaları selikli qişaların üzərində 3-5 dəqiqə saxlamaqdır. Bu əməliyyatı gündə bir neçə dəfə təkrar edirlər. Applikasiyaları ağrıkəsici dərmanlarla da qoymaq olar. Dərmanı Esmarx qabı, Jane şprisi və ya rezin «armudla» şırınqalayırlar. Xəstənin döşünə müşəmbə salır, ona yarımoturaq vəziyyət verirlər, xəstə əlində böyrəyəoxşar qab tutur ki, ağzını yuduğu su bu qaba tökülsün. Tibb bacısı şpatellə xəstənin əvvəlcə bir yanağını, sonra o biri yanağını dartıb ucluğu onun ağzına salır və ağız boşluğunu şırınqalayır. Suyun təzyiqi ilə qida, irin qalıqları və s. mexaniki surətdə yuyulub gedir. Esmarx qabı xəstənin başından 1 metr yuxarıdan asılmalıdır. Belə etdikdə su şırnağının təzyiqi kifayət qədər olur. Əməliyyata qədər ucluğu qaynadır, sonra kranın altında yuyur və 2 %-li xloramin və ya 1:5000 nisbətində furasilin məhlulunda saxlayırlar. Bəzən xəstənin dodaqları quruyur və ağızın küncləri çatlayır. Xəstəni incitməməsi üçün dodaqların üzərinə yaş tənzif salfetka qoyur, sonra hər hansı yağ sürtürlər. Xəstəni ağzını çox açmağa, çatlamış yerlərə əl vurmağa və qabığı qoparmağa, diş fırçası işlətməyə qoymamalı. Xəstə hər dəfə yemək yedikdən sonra ağzını yaxalamalıdır.
Gecə yatanda diş protezlərini çıxarmalı, sabunla yaxşı yumalı və səhərə qədər təmiz stəkanda saxlamalı, səhər isə təzədən yuyub taxmalıdır. Temperaturu yüksək olan, yaxud qan dövranı ağır şəkildə pozulmuş xəstələrdə aftoz stomatit əmələ gəlir, bu vaxt ağızdan çox pis iy gəlir ki, bu da xəstənin özünə və ətrafdakılara çox pis təsir edir. Aftoz stomatitə qarşı mübarizə üçün əsas xəstəliyi müalicə etmək, habelə iyi itirən dərmanlar təyin etmək lazımdır. Məsələn, ağızı 0,5 %-li xloramin məhlulu, 2 %-li natrium-hidrokarbonat, yaxud 1 %-li natrium-xlorid məhlulu ilə yaxalamaq lazımdır.
Gözlərə qulluq işi tibb bacısından xüsusi diqqət tələb edir. Gözdən kirpikləri yapışdıran ifrazat axdıqda gözləri yumaq lazımdır. Steril tənzif tamponları 3 %-li ilıq borat turşusu məhlulunda isladıb yuyurlar. Gözlər xəstələndikdə damcı tökür və göz məlhəmi sürtürlər. Dərman tökülən pipetkanı əvvəlcə qaynadırlar. Tibb bacısı xəstənin gözünü yumağa başlamamışdan əvvəl əllərini sabun və şotka ilə yaxşı yuyur, gözə infeksiya salmamaq üçün əlləri spirtlə də silir. Dərman tökmək qaydası belədir: sol əllə gözün alt qapağını azca əllə dartır və xəstəyə əks tərəfə baxmağı təklif edib dərmandan bir damcı buruna yaxın yavaşca tökürlər, bir qədər gözləyib ikinci damcını tökür və xəstədən gözlərini yummasını xahiş edirlər. Pipetkanı işlətdikdən sonra ilıq su ilə yuyur və yerinə qoyurlar. Göz məlhəmlərini göz qapağına xüsusi şüşə kürəciklə yaxırlar. Məlhəmlər və kürəciklər steril olmalıdır. Xəstənin göz qapağını aşağı dartır və məlhəmi əllə yavaş-yavaş selikli qişaya sürtürlər.         
Qulaqlara qulluq. Gəzən xəstələr hər gün səhər əl-üzlərini yuyanda qulaqlarını özləri yuyurlar. Uzun müddət yataqda olan xəstələrin qulağını tibb bacısı təmizləyir. Kir tıxacı əmələ gəlibsə onu çıxarır. Xəstənin qulağına dərman tökmək üçün başını sağlam qulaq tərəfə çevirirlər. Sol əllə qulağın sırğalığını dartır, sağ əllə isə pipetkanı tutub qulaq keçəcəyinə tökürlər. Bundan sonra qulağa kiçik pambıq tampon qoyub, bir neçə dəqiqədən sonra çıxarırlar.
Buruna qulluq. Xəstə zəif olub, burun yollarını özü təmizləyə bilmirsə, tibb bacısı hər gün xəstənin burnunun qartmağını təmizləməlidir. Bunun üçün o xəstənin başını dala əyir, pambığı deşib, vazelin yağında, qliserində və ya hər hansı yağ məhlulunda isladaraq, burun yollarına salır və 2-3 dəqiqədən sonra pambığı bura-bura qartmağı çıxarır.
Saçlara qulluq. Uzun müddət yataqda qalan xəstələrin daim saçlarına fikir vermək lazımdır. Kişilərin saçını dibdən vurur və həftədə bir dəfə gigiyenik vanna keçirib, başlarını yuyurlar. Uzun saçları olan qadınlar başını hər gün sıx daraqla darayırlar. Özgənin darağından qətiyyən istifadə etmək olmaz. Qısa saçları dibdən uclara doğru, uzun saçları isə ortadan tağ ayırır, ucdan başlayaraq yavaş-yavaş darayır və didməməyə çalışırlar. Sirkə məhlulunda isladılmış sıx daraq kəpəyi və çirki yaxşı təmizləyir. Başı təmiz yumaq üçün müxtəlif şampunlar, uşaq sabunu və xına tökülmüş su işlətmək olar. Xəstənin vəziyyəti imkan verərsə, onun başını gigiyenik vanna zamanı yuyurlar. Xəstə uzun müddət yataqda qalarsa onun başını  yataqda yuyurlar. Başa sabun sürtdükdə tüklərin dibini yaxşı sürtmək lazımdır. Sonra başı yaxşı silir və qurulayır daha sonra darayırlar. Başı yuduqdan sonra, xüsusilə saçı uzun olan qadınların başına tibb bacısı dəsmal sarıyır, yaxud yaylıq bağlayır ki, soyuq dəyməsin. Tibb bacısı hər gün xəstənin başının tük bitən hissəsini yoxlayır və pedikulözun qarşısını alır.

Mənbə Tibb bacısının məlumat kitabı(Paleyevin baş reaktoluğu ilə)

 

 

Oxşar məqalələr

2 şərh

SHATENKA407
sərbəst mövzulıarın yazılmasında çox lazım oldu bu məlumatlar..təşəkkür edirəm müəllifə
DrSafarov
www.helpaz.pro 
Artıq 8 ildi ki, Seni markası Azərbaycanda sidik qaçırma problemi ilə üzləşən xəstə və fiziki məhdudiyyəti olan insanları xəstə bezlər, hopdurucu tumanlar və dəriyə qulluq vasitələrlə təmin edərək kömək əlini uzadır!
Böyüklər üçün Seni Super bezləri — «pamperslər» həm aktiv, həm yataq həstəsi olan insanlar üçün nəzərdə tutulub. Onlar başqa hopdurucu vəsitələr arasında insanların inamını daha çox qazanıbdı. Bezin içərisindəki hopdurucu, bakteriyaların inkişafının qarşısını alaraq, sidiyin yaratdığını pis qoxunun qarşısını alır.Elastik elementlər rahat hərəkət etməyə imkan verir.
Bri istifadali «Seni Activ» tumanları, aktiv həyat tərzi aparan insanlar üçün əlverişlidi. Rahatlıq və komfort hissi yaşadaraq adi alt paltarına bənzəyir. Bezin içərisindəki hopdurucu, bakteriyaların inkişafının qarşısını alaraq, sidiyin yaratdığını pis qoxunu qarşısını alır.
Mühtəlif Seni dəriyə qulluq vasitələri, ağır və yataq həstəyə qulluğu asanlaşdıraraq ,vaxtı gücü və əsəbləri qənayət edir, qulluq prosedurunu xoş və rahat edir. 
Seni Care profesional dəriyə qulluq vasitələrindəki köpük çox qənayətlidi, həm xəstəxanalarda, həm ev şəraitində istifadə olunur və yataq yaraların əmələ qəlməsinin qarşısını alır. Təmizləmək üçün əlcəklər, gigiyenik əlcəklər və cibli qoruyucu döşlüklər xəstəyə qulluğu tezləşdirir və insanı paltar yumadan azad edir. 
Bizim məsləhətçi sizə yardım edər tel.: (012) 567-08-69(055) 515-83-05.