Qızdırmalı xəstələrə qulluq

Temperatur qalxmağa başladıqda düşüb sabitləşənə qədər qızdırmanın bütün dövrlərində xəstələrə qulluq etmək lazımdır.Qızdırmanın birinci mərhələsində xəstə titrədir,büyün bədəni sızıldayır,başı ağrıyır,dodaqları göyərir.Xəstəyə rahatlıq yaratmaq,yerinə uzatmaq,üstünü qalın örtmək,ayaqlarına isitqac qoymaq,tünd şirin çay vermək,qapı-pəncərəni örtmək və xəstənin fizioloji funksiyalarına fikir vermək lazımdır.Yüksək temperaturda mərkəzi sinir sistemi həddindən artıq oyanıq olduğu üçün xəstəni tək qoymaq qorxuludur.O yerindən dik qalxıb özünü pəncərədən ata bilər və.s

Temperatur nə qədər yüksək olsa və nə qədər çox qalxıb ensə,xəstə bir o qədər çox zəifləyir.Orqanizmin müqavimətini artırmaq və onun itirdiyini doldurmaq üçün xəstəyə duru və yarımduru,yüksək kalorili və tez həzm olunan yeməklər verilir.İştahası azaldığı üçün xəstəni sütkada 5-6 dəfə az-az yedizdirmək lazımdır.Qızdırma zamanı qana toksik məhsullar sorulur,bunları bədəndən çıxarmaq üçün xəstələrə çoxlu meyvə və giləmeyvə şirəsi,mors,mineral su vermək lazımdır.mineral su şüşəsinin ağzını bir müddət açıq qoymaq lazımdır ki, qazlar çıxsın və xəstədə meteroizm əmələ gəlməsin.Xörək duzunu azaldırlar,bu da diurezi artırır.Bu dövrdə xəstələrin ağzı quruyur,dodaqları çatlayır.buna görə də tibb bacısı xəstənin ağız boşluğunu tez-tez zəif natrium-hidrokarbonat (soda) məhlulu ilə silməli və dodaqlarına hər hansı yağ sürtməlidir,şiddətli baş ağrısında xəstənin başına buz qoyur və buz əridikdə dəyişirlər.

Temperatur birdən birə düşə bilər bunun nəticəsindədə damarların tonusu zəifləyir arterial təyziq düşür  nəbz sapvari olur.temperatur bu cür düşdükdə xəstə çox zəifləyir və tərləyir.Ətrafları soyuyur dodaqları göyərir,dərini yapışqan soyuq tər basır.Bu hala böhran halı deyilir və təcili tədbir görmək lazımdır.Dəri altina arterila təzyiqi qaldıran dərmanlar:mazton,kofein,adrenalin vurulur.xəstənin dörd bir tərəfinə isitqac qoyulu,tünd ilıq çay və ya qəhvə içirdirlər.o çox tərlədikdə qurulayır,alt paltarını ıazim gəldikdə yataq ağlarını dəyişirlər.temperatur düşdükdən sonraa xəstə yuxuya gedir

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır

Müəllif:ƏHMƏDOVA ZEYNƏB

 
loading...

0 şərh