Reytinq
1.63
səs: 1

Bloq haqda

maddələr mübadiləsinin xəstəlikləri

piylənmə,şəkərli diabet,podaqra,arıqlama,kökəlmə,düzgün qidalanma

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (12)

fidan loğman Elsamir Dior Dr Həkim luminat Xrizoberil Aristotel AykaJackson Abdulyar yravil Ali_Aliyev

Şəkərli diabet ilə mübarizə

Diabetdən ilkin müdafiə yağlı qidadan imtina edilməsidir. Çünki yağlı qida hüceyrələrin insulinə olan tələbatını azaldır və qlükozanın parçalanma prosesini ləngidir.



Ardı

Dünyanı cənginə alan "şirin xəstəlik"

Beynəlxalq səhiyyədə 14 noyabr tarixi dünya diabet xəstəliyi günü kimi qeyd edilir. Şəkərli diabet təkcə tibbi problem deyil, o həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur.

Son illər dünyada şəkərli diabet xəstələrinin sayı durmadan artır. Diabet uşaqlar arasında da ən geniş yayılmış xroniki xəstəliklərdən birinə çevrilib.  Bu xəstəliyin 1-ci tipi-insulindən asılı olan ağır forması ilə məhz uşaq və yeniyetmələr xəstələnir. Ümumdunya Səhiyyə Təşkilatının məlumatına görə, hər il yer kürəsində 15 yaşa qədər uşaqlar arasında 70000-ə yaxın uşaq şəkərli diabet tip1 ilə xəstələnir.

Ardı

Antioksidantlar

Antioksidant orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.
Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla  azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma  ehtimalı artır.

Ardı

Şəkərli diabet xəstəliyi və onun müalicəsi üsulları

Endokrin sistemin xəstəliyi olub, orqanizmdə tamamilə və ya hissəvi olaraq, insulin hormonunun çatmazlığı ilə əlaqədardır. İnsulin hormonu isə mədəaltı vəz tərəfindən sintez olunur. Şəkərli diabet zamanı karbohidrat, zülal və lipid mübadiləsi kəskin pozulmuş olur. Şəkərli diabet çox rast gəlinən, lakin diaqnostika baxımdan çox «maskalanan» bir xəstəlikdir. Statistikaya görə, dünya əhalisinin 10%-i bu xəstəlikdən əziyyət çəkir. Hər 10-15 ildən bir xəstəliyə tutulanların sayı 2 dəfə artır. Bundan əlavə, 30-35 % pasientlərdə bu gizli şəkildə getdiyindən gec aşkar olunur.



Ardı

Podaqra

Podaqra maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunun xəstəliklər qrupuna daxildir. Bu xəstəlik zamanı orqanizmdə sidik turşusunun mübadiləsi pozulur və nəticədə qanda sidik turşusu yüksəlmiş olur.
Podaqra (yunan dilində podos – ayaq, aqra – tələ deməkdir, yəni ayağın tələsi). Xəstəliyin tarixinin qədim olduğu, hələ b.e.ə. yaşamış Hippokrata məlum olması haqqında məlumatlar vardır. Xəstəliyin sidik turşusunun artması ilə əlaqədar yaranması isə 20-ci əsrin ortalarında sübut edilmişdir.
Podaqra xəstəliyi əsasən 40 yaşdan yuxarı kişilərdə, qadınlarda isə menopauzadan sonra rast gəlinir.



Ardı

Tərləmə

Tərləmə bədən səthində yerləşən tər vəziləri tərəfindən duzlu mayenin ifrazına deyilir. Tərləmə orqanizmin normal fizioloji funksiyasıdır. Onun əsas vəzifəsi bədən səthini soyuq saxlamaq və hərarəti tənzimləməkdir. Bununla yanaşı tər vasitəsilə bədən şlaklardan təmizlənir. Tərləmə daha çox qoltuqda, pəncə və ovucda qeyd edilir. Tərləmə zamanı tərləmənin özündən çox narahatçılıq yaradan xoşagəlməz iyin olmasıdır. Tər özlüyündə iyisiz olsa da tərin bədən səthində olan bakteriyalarla qarşılıqlı təsirindən xoşagəlməz qoxu yarana bilir.



Ardı

Şəkərli diabet xəstəliyi

şəkər xəstəliyinə yoluxmuş gənc qızŞəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
Diabet, xroniki insulin çatışmamazlığından əmələ gəlir. Insulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə və qlükoqen sintezi ilə tə'sir edir. Eyni zamanda o karbohıdratların parçalanmasının qarşsını alır. Zülal mübadiləsinə insulinin təsiri, zülal, nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. Insulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. Insulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir. Insulinin işinin pozulması onun hazirlanmasının çatışmamazlığı ilə, və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. Insulin hasil edən Langerhans adacıqlarının mədə altı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmamazlığını əmələ gətirir və insulin çatışmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar.

Ardı

Şəkərli diabet

Qan şəkəri ,qlükoza orqanizm üçün lazım olan enerjini tənzimləyir.Ehtiyacdan artıq olan şəkər lazım gəldikdə istifadə edilmək üçün qaraciyər və yağ hüceyrələrində depolanır.Şəkərin orqanizmdə enerji olaraq istifadə olunması üçün insulinə ehtiyac var.İnsulin şəkərin qanda yüksəlməsini tənzimləyən bir hormondur.Mədənin arxasında pankreas adlı orqanın beta hüceyrələrində hazırlanır və qana paylanır.Yeməkdən sonra qan şəkəri yüksəldikdə pankreastakı insulin hazırlayan hüceyrələr xəbərdar olunur və qana insulin verilir.

Ardı