Dolların sirləri

Amerika Birləşmiş Ştatlarının keçdiyi tarix yolunun digər qədim dövlətlərə nisbətən çox qısa olmasına baxmayaraq, o bir çox nəhəng dövlətləri geridə qoydu və dünyanın ən hegemon dövlətinə çevrildi. Bu günlərdə də hər şeyin necə belə sürətli şəkildə baş verməsi hamıda maraq oyadır. XVIII əsrin II yarısından bir dövlət kimi fəaliyyət göstərən ABŞ bu cür ildırımsürətli inkişafa bir çox yollarla nail olmuşdur. Lakin bu yollardan ən əsası iqtisadiyyatdır.
ABŞ ilk öncə inkişafa nail olmaq üçün öz unikal iqtisadi sistemini yaratdı. Bunun əsası 1789-cu ildə “The Department of Treasure”nin yaradılması ilə qoyuldu. Onun nəzdində fəaliyyət göstərən Federal Sərvətlər Bürosunun belə bir deyimi var: “Bizim iqtisadi sistemimizdə pullar borca verilir və borc da öz növbəsində pullar gətirir. Pul qazanmağın ən optimal variantı onu kiməsə kredit verməkdir”.

Bu zaman ortaya belə bir sual çıxır. Bəs onda ABŞ yeni pulları necə yaradır? Buna primitiv bir misal: ABŞ hökuməti qərara gəlir ki, ona 10 milyon dollar lazımdır. Hökumət bu məbləğ dəyərində öz istiqraz kağızlarını çap edir və Federal Sərvətlər Bürosuna müraciət edir. FSB də öz növbəsində müvafiq məbləğdə əskinaslar hazırlayır və dövlətlə dəyişir. Dövlət bu dollarları alıb bank hesabına yatırdıqda bu pullar artıq rəsmı şəkildə leqal pullara çevirilir və bununla da ABŞ-ın büdcəsinə daha 10 milyon dollar əlavə olunur. Lakin bu proses əslində kağız əskinaslarla deyil elektron şəkildə həyata keçirilir. Bu günün özündə ABŞ pul ehtiyyatlarının yalnız 3%-i fiziki valutada mövcuddur. Qalan 97%-i isə elektron şəkildə hesablarda yerləşir.

Milli bank bu yaranan pulları kreditə verir və müvafiq olaraq faiz alır. Əslində bu sirli və qarışıq iqtisadi sistemdə gəlir həmin faizlərdən alınır. Verilən pullarınsa əslində heç bir dəyəri yoxdur. Bu ona bənzəyir ki, misal üçün dövlət borca pul verir. Bir şəxs bu pulu alır və onu ödəmək üçün işləməyə məcbur olur. Bu da öz növbəsində köləliyin müasir variantıdır. Con Adams yazırdı: “Milləti kölə etməyin iki yolu vardır: birincisi silah gücü ilə, ikincisi isə borcla”. ABŞ da bu siyasətdən lazımınca istifadə edərək bugünkü səviyyəsinə gelib çatmışdır. Müasir dövrdə ABŞ dünyanın müxtəlif dövlətlərinə kreditlər verir, investisiyalar yatırır və bu yolla da onları özündən asılı vəziyyətə salır.

Dünya praktikasında belə bir fikir mövcuddur ki, dünyanı “İlluminati” adlanan gizli “Mason” təşkilatı idarə edir. Onlar haqqında müxtəlif fərziyyələr səslənir: Deyilənə görə bu gizli təşkilat əsrlər boyu fəaliyyət göstərmiş və onun adı ilə bir çox sirli hadisələr bağlı olmuşdur. Masonluq böyük hissəsi suyun altında gizlənən aysberqi xatırladır. Ona görə də Masonluğun mahiyyətini axıradək dərk etmək qeyri-mümkündür. Bu mövzuda Masonlardan danışmağım heç də təsadüfi deyil. Çünki çoxları Masonluğu Amerika ilə əlaqələndirir. Və bunu etməkdə də təbii ki, müəyyən səbəblər vardır.
Amerika dolları və masonlar
Amerikanın Federal Sərvətlər Bürosunun əskinasları dünyada öz sirli tapmacaları ilə məşhurdur. Mason təşkilatının gizli mesajları dollar əskinasları üzərində öz əksini tapmışdır. Belə ki, 1 dolların üzərində Masonluğun mövcud olmasını və onun məhz Amerika ilə bağlılığını təsdiqləyən bir çox sübutlar vardır. Əskinasın arxa hissəsində sol tərəfdə gerb təsvir olunmuşdur. Gerbdə latın dilində “ANNUIT COEPTIS” və “NOVUS ORDO SECLORUM” sözləri yazılmışdır. Birinci söz tərcümədə “O bizim etdiklərimizi təsdiqləyir”, ikinci söz isə “Yeni Dünya düzəni” mənasını verir. Bu sözlərdəki müvafiq hərflərlə MASON sözünü yazsaq alınmış kombinasiyadan Masonların rəmzi işarəsi olan altıguşəli ulduz təsviri alınacaq. Bundan əlavə həmin gerbdə təsvir olunmuş piramida 13 pillədən ibarətdir. Bu da təsadüfi deyil. Qədim mənbələrdə 13 rəqəmi Masonların müqəddəs rəqəmi kimi qeyd olunmuşdur. Piramidanın üstündə göz təsviri vardır. Bu Mason mənbələrində “Hər şeyi görən gözdür”. Bununla onlar bütün dünyaya nəzarət etdiklərinin təsvirini vermişlər. Bundan başqa sağ tərəfdə yerləşən gerbdə də Masonların rəmzi olan ulduza və 13 rəqəminə çox təsadüf olunur. Gerbdə olan qartalın tutduğu oxların və budaqların yarpaqlarının sayı 13 ədəddir. Bu cür faktlara digər ABŞ əskinaslarında da rast gəlinir. Bunlardan ən maraqlısı 20 dolları düzgün qaydada qatladıqda üzərində 2001-ci il 11 sentyabrda terroristlər tərəfindən partladılması iddia edilən ticarət binasının partlayışdan əvvəl və sonrakı təsvirinin, Pentaqon binasında baş verən partlayışın təsvirinin alınmasıdır. Bunlar insanı düşunməyə vadar edir. Doğurdanmı biz dünyada baş verən hadisələri olduğu kimi görmürük?! Ya bizə bunları görmək istədiyimiz kimi göstərmirlər?! Doğurdanmı dünya hansısa yüksək elita tərəfindən idarə olunur?! Bunlar hamısı təsadüfdür ya həqiqət...?

Müəllif: Salmanov Əlikram,
Mənbə: İqtisadiyyat qəzeti

0 şərh