Kreditin mahiyyəti, prinsipləri və növləri

Çox mühüm iqtisadi kateqoriya olan və ssuda, borc mənasını verən kredit sözü latınca «Creditum» və etibar edirəm, inanıram mə­na­sını verən «Credo» sözlərindən əmələ gəlmişdir. Borc verilən pul, yaxud da əmtəənin müqabilində faiz ödənilir.
Kredit münasibətləri dedikdə borc (ssuda) fondunun əmələ gəl­məsi və həmin vəsaitdən müəyyən müddətə, qayta-rılmaq və faiz ödənil­mək şərtilə hüquqi və fiziki şəxslərə borc verilməsi ilə bağlı meydana çıxan münasibətləri ifadə edən iqtisadi əlaqələr nəzərdə tutulur. Bura­dan aydın olur ki, kreditin verilməsi aşağıdakı prinsiplərə əsaslanır. Kre­dit qaytarılma şərtləri konkretləşdirilməklə: 1) Müddətli; 2) Məq­sədli; 3) Təminatlı və 4) Faizli olmalıdır.
Kredit, pul vəsaiti fondlarının–borc kapitalının–hə-rəkətinin xüsusi formasıdır. Borc kapitalı müəyyən faiz mü-qabilində və qayta­rılmaq şərtilə verilən pul vəsaitidir. Borc kapitalının əsas mənbələri aşa­ğıdakılardır:
a) Kapitalın döv-ranı prosesində, iqtisadi vahidlərin sər­bəst­ləşmiş pul vəsait-ləri;
b) Xüsusi pul fondları şəklində mövcud olan pul ehti-yatları;
c) Əhalinin bütün təbə­qələrinin pul gəlirləri və əma­nət­ləri;
q) Dövlətin pul ehtiyatları;
d) Tə­da­vül­də nəqd pul kütləsi­nin artı­rılmasına olan tələbatla əlaqədar həyata keçi-rilən pul emissiyası.
Bazar iqtisadiyyatı şəraitində kredit aşağıdakı vəzifə-ləri yerinə ye­tirir:
1) Müvəqqəti sərbəstləşən pul vəsaitini sə-fərbərliyə alır;
2) Son­ra­dan qaytarılmaq şərtilə pul vəsaitini yenidən böüşdürür;
3) Tədavüldə isti­fadə olunmaq üçün kre-dit pullarını (banknotları və xəzinə bilet­lərini) «yaradır» və kredit əməliyyatlarını həyata keçirir;
4) Ümumi pul təda­vülünü tənzimləyir.
Kreditin bölgü funksiyası özünün həm pul vəsaitləri-nin səfərbərliyə alınmasında, həm də onların yerləşdirilmə-sində göstərir. Kreditin emissiya funksiyası onda təzahür edir ki, kreditləşdirmə prosesində ödə­niş üçün vəsait yara-nır. Kreditin nəzarətetmə funksiyası isə özünü borclu və kreditorların fəaliyyəti üzərində aparılan müşahidə pro­se­sin­də, müştərilərin ödəmə qabiliyyətlərinin qiymətləndiril-məsində, kredi­ləşdirmə prinsiplərinə əməl olunması üzərin-də nəzarətin həyata keçirilməsində gös­tərir.
Kredit, qaytarılma müddətinə görə iki yerə bölünür: 1) Qısa müd­­dətli kredit; 2) Uzun müddətli kredit.
Qısa müddətli kredit adətən xammal, material, yana-caq və s. satın almaq məqsədilə bir il müddətinə verilir və deməli, dövriyyə kapi­talının (dövriyyə vəsaitlərinin) dövra-nına xidmət edir. Uzun müd­dətli kredit isə bir ildən çox müddətə, əsas kapitalın (binalar, maşınlar, ava­danlıqlar və s.) bərpa olunması və yeniləşdirilməsi üçün verilir.
Qısa müddətli kredit aşağıdakı kimi təsnifləşdirilir:
  1. Kreditləşdirilən obyektlərin iqtisadi xarakterinə görə:  
    a) Əm­təə — material qiymətlilərinin (xammal və əsas materiallar, ehti­yatlar, bit­məmiş istehsal) satın alınması, ha-belə, müvəqqəti ehtiyacların ödə­nilməsi üçün ehtiyat yara-dılması məqsədilə verilən kredit;
    b) Xərc­lərin ödənilməsi (mövsümi istehsalatlar, yeni istehsalatların hazırlan­ma­sı və s.) üçün verilən kredit; c) hazır məhsulların yüklənməsi, ak-kredi­tivlərin açılması və s. əlaqədar olaraq hesablaşmaq üçün verilən kredit;
    q) Yük­lənmiş hazır məhsulların dəyəri-nin ödənilməsi üçün vəsait vax­tın­da ödənilmədikdə verilən tədiyə krediti;
    d) Sərbəst pul vəsaiti olma­dıqda müvəqqəti tələbatın ödənilməsi üçün verilən birdəfəlik kredit;
  2. Ödənilmə müddətlərinə görə: a) Müddətli kredit; b) Vaxtı uza­dılmış kredit; c) Vaxtı keçmiş kredit;
  3. Ödənilmə mənbələrinə görə: a) Borclunun vəsaiti hesabına ödənilən kredit; b) Qrant vəsaiti hesabına ödənilən kredit;
  4. Təminolunma prinsiplərinə görə: a) Birbaşa tə-minolunma ilə verilən kredit; b) Dolayısı ilə təminolunma ilə verilən kredit; c) Tə­mi­nat tələb olunmayan kredit (blank krediti).
Kreditin aşağıdakı formaları vardır: kommersiya, bank, istehlak, ipoteka, banklararası, təsərrüfatlararası, dövlət və beynəlxalq kreditlər. Onlar bir-birindən istifa-dəçilərin tərkibinə, borc verilən obyektlərə, faiz dərəcələrinə və fəaliyyət dairələrinə görə fərqlənirlər.
Kommersiya krediti fəaliyyətdə olan sahibkarların əmtəə formasında bir-birilərinə verdikləri kreditdir. Bu kre-ditin əsas məqsədi əmtəələrin reallaşdırılması prosesini sürətləndirməkdir. Kommersiya kre­ditində alıcı və satıcı arasında vasitəçi rolunu veksel oynayır. Vek­sel əmtəəni borc alan sahibkarın onu borc verən sahibkara nəzərdə tutulan müddətdə müəyyən məbləğdə pulu ödəməsinə dair xüsusi borc təəh­hü­düdür. Verksel sadə və köçürmə ola bilər. Borclu ödəməli olduğu məb­lə­ği birbaşa kreditora verdikdə veksel sadə, göstərilən məbləğ  ödənil­mək üçün üçüncü şəxsə verildikdə isə köçürmə olur. Deməli, sahibkarlar veksel vasitəsilə öz aralarında hesablaşma apara bilirlər. Vekselin bir şəxsdən digərinə verilməsi onun üzərində "ötürücü qeyd" edilməsilə rəs­mi­ləşdirilir və buna iqtisadi ədəbiyyatda «indossament» deyilir. Kom­mersiya krediti üzrə faiz dərə-cəsi bank krediti üzrə faiz dərəcəsindən aşağı olur.
Lakin aşağıdakı səbəblərə görə kommersiya krediti məhdud xarakter daşıyır: 1) Kreditor borcu özünün əmtəə ehtiyatlarından və məh­dud miqdarda verə bilər; Bu o deməkdir ki, məsələn, qənnadı firmasının sahibi neft səna-yesinin sahibinə kredit verə bilməz; 2) Bəzi hal­lar, məsələn istehsalın yeniləşdirilməsi və kreditləşdirilməsinə zərurət ol­duğu məqamlar nəzərə alınmazsa, kommersiya krediti bir qayda ola­raq qısa müddətə verilir; 3) Kommersiya kreditin-dən bir sıra cari ehti­yacların ödənilməsi üçün istifadə edilə bilməz.
Bütün bunlar kreditin digər növünü – bank kreditini zəruri edir. Bank krediti banklar və başqa kredit – maliyyə təsisatları tərə­fin­dən pul formasında hüquqi şəxslərə, əha-liyə, dövlətə, xarici müştərilərə verilir. Bank krediti kom-mersiya kreditinə nisbətən bir sıra üstünlüklərə malikdir. Bu, özünü onda göstərir ki, o kommersiya krediti kimi məh­dud xarakter daşımır, istənilən hüquqi və ya fiziki şəxsə, həm də daha uzun müddətə verilə bilər. Buradan da belə bir nəticə çıxarmaq olar ki, bank krediti istehsalın miqyasının genişləndirilməsi, əsas kapitalın təzə­lənməsi, yeni iri və tex-niki cəhətdən təchiz olunmuş müəs­sisələrin inşa olunması-nın güclü amilidir.
Istehlak krediti istehlak mallarını möhlətlə satın al-maq, yaxud da göstərilən xidmətlərin haqqını ödəmək üçün ticarət, bank və başqa maliyyə təsisatları tərəfindən verilir. Bu kredit qısa və orta müddətli olur. Əsas etibarilə əhalinin uzunmüddətli istifadəsi üçün nəzərdə tutu­lan şeylərə – avtomobil, ev, bağ evi, mebel, məişət texnikası və i.a. – olan tələbini stimullaşdırır.
Ipoteka krediti daşınmaz əmlakın girov qoyulması müqa­bi­lində verilir. O, torpağın və tikililərin satın alınması, yaxud da inşa edil­məsi üçün verilir və uzun müddətli olur. Ipoteka krediti kreditor üçün ən «etibarlı» kreditlərdən hesab edilir.
Banklararası kredit dedikdə, bankların bir-birilərinə verdikləri kredit nəzərdə tutulur. Təsərrüfatlararası kredit kommersiya kreditinə bənzəyir, lakin pul formasında həya-ta keçirilir.
Dövlət krediti iki yerə bölünür: 1) Məxsusi dövlət krediti; 2) Döv­­lət borcu. Birinci halda dövlətin kredit təsi-satları iqtisadiyyatın müxtəlif bölmələrini kreditləşdirirlər. Ikinci halda isə dövlət debitor, fi­ziki şəxslər kreditor olurlar. Başqa sözlə, dövlət öz xərclərini ödəmək, birinci növbədə büdcə kəsirini aradan qaldırmaq üçün qiymətli kağızlar buraxır, onları maliyyə bazarında yerləşdirir. Buna dövlətin daxili bor­cu deyilir.
Beynəlxalq kredit dövlətin özü, bankları və xüsusi şəxslər tərə­findən digər ölkələrə verilən kreditdir. Beynəl-xalq maliyyə təşki­latları da kredit verirlər. Beynəlxalq kreditin iki forması vardır: 1) Kom­mersiya krediti; 2) Bank krediti. Beynəlxalq kredit təyinatına görə də iki yerə bölünür: 1) Məhsuldar kredit; 2) Qeyri-məhsuldar kredit. Kreditdən bi­rinci halda təsərrüfat ehtiyacları üçün maşınlar, avadanlıqlar, xammal və materiallar satın almaq, ikinci hal-da isə qeyri-məhsuldar məqsədlər, məsələn, müharibəyə hazırlaşmaq məqsədilə iqtisadiyyatı hərbiləşdir­mək üçün istifadə edilir.
Beynəlxalq kredit müddətinə görə qısa (bir ilədək), orta (bir ildən beş ilədək) və uzun müddətli (beş ildən çox) ola bilər. Pul for­ma­sında beynəlxalq kreditə dövlətin xarici borcu deyilir. Beynəlxalq kre­dit­dən əksəriyyət hallarda satış bazarlarını, xammal mənbələrini və nü­fuz dairələrini ələ keçirmək üçün istifadə olunur. Inkişaf etmiş ölkələr beynəl-xalq krediti həm də müəyyən şərtlərlə verirlər. Bu şərtlərə kre­ditdən hansı məqsəd üçün istifadə edilməsi, əmtəələrin hansı hissəsinin borc verən ölkədən satın alınmasına yönəl-dilməsi və s. aiddir.
Beləliklə, kredit–cəmiyyətin sosial-iqtisadi inkişafın-da böyük rol oynayır və bazar iqtisadiyyatının ayrılmaz tər-kib hissəsidir.
Kreditin mahiyyəti və vəzifələri kredit sistemi vasitə-silə real­laşdırılır. Kredit sistemi isə iki cəhətdən nəzərdən keçirilir: 1) Funk­sio­nal cəhətdən; 2) Təsisat cəhətdən.
Kredit sisteminə funksional cəhətdən yanaşdıqda kredit münasibətlərinin, kreditləşdirmənin forma və metod-larının toplusu nəzərdə tutulur. Bu zaman kredit sisteminin bank, kommersiya, istehlak, dövlət və beynəlxalq kreditdən ibarət olduğu təsəvvür edilir.
Kredit sisteminə təsisat cəhətdən yanaşdıqda, kredit-ləşdir­mə­nin əsas prinsiplərinə uyğun olaraq pul vəsaitlərini formalaşdıran, ya­xud da onu cəlb edən və borc verən kredit təsisatlarının toplusu nə­zər­də tutulur.
Kredit təsisatı mənfəət götürmək məqsədilə aşağıdakı bank əmə­liyyatlarının hamısını, yaxud da onların bir hissəsini yerinə yetirə bilən hüquqi şəxs deməkdir: 1) Fiziki və hüquqi şəxslərin pul vəsaitləri­ni əmanət qoyuluşu kimi cəlb etmək (fiziki şəxslərin pul vəsaitini fəa­liyyət göstərdiyi müddət bir ildən çox olan təşkilatlar cəlb edə bilərlər); 2) Bu vəsaitləri öz adına olan hesablarda yerləşdirmək; 3) Hüquqi və fi­zi­ki şəxslərin bank hesablarını açmaq və aparmaq; 4) Hesab sahiblə­ri­nin tapşırığı ilə hesablaşmaları həyata keçir-mək; 5) Pul sənədlərini inkas­o etmək, kassa xidməti gös-tərmək; 6) Xarici valyutaları satın almaq və satmaq; 7) Qiy-mətli metalları cəlb etmək və yerləşdirmək; 8) Zə­manət vermək.
Kredit təşkilatları olan banklar ilk üç əməliyyatı, qeyri-bank təşkilatları isə yalnız ayrı-ayrı əməliyyatları yerinə yetirə bilərlər. Kredit təşkilatları, həmçinin müxtəlif növ sövdələşmələri–faktorinq və lizinq əməliyyatlarını–yeri-nə yetirə, məsləhət və seyfləri icarəyə verə, isteh­sal, sığorta və ticarət fəaliyyətindən başqa,  digər fəaliyyət növləri ilə də məşğul ola bilərlər.
Mənfəət götürmək məqsədi güdülməyən birgə vəzifə-lərin həll edilməsi üçün kredit təşkilatları ittifaqlar və asso-siasiyalar, bank əmə­liy­yatlarını birgə aparmaq üçün isə qruplar və holdinqlər yarada bilər­lər. Kredit təşkilatları öz fəaliyyətlərini qüvvədə olan qanunve­ricilik, özlərinin nizam-namələri və alınmış lisenziya əsasında həyata keçirir, mü­əyyən edilmiş səviyyədən az olmamaqla özlərinin nizam­namə kapi­tal­larını formalaşdırırlar.
Ayrı-ayrı ölkələrin kredit sistemlərində müxtəliflik olsa da, onların ümumi cəhətləri də vardır. Bu, ondan iba-rətdir ki, onların ha­mı­sında kredit sistemi bank sistemin-dən, habelə müvəqqəti sərbəstləşən pul vəsaitlərini səfərbər-liyə ala və onları müddətli, faizli və qaytarılmaq şərtilə yer-ləşdirə bilən qeyri-bank təsisatlarından ibarətdir. Beynəl-xalq təc­rübədə qeyri-bank kredit-maliyyə müəssisələrinə investisiya fond­ları, maliyyə və sığorta şirkətləri, qeyri-dövlət pensiya fondları, əma­nət kas­sa­ları, lombardlar daxil edilir. Bu təsisatlar forma cəhətdən bank ol­ma­salar da, bir çox bank əməliyyatlarını yerinə yetirir və banklarla rəqa­bət aparırlar. Lakin bunlara baxmayaraq, dövlətin kredit siste-minin əsasını bank sistemi təşkil edir.
 

0 şərh