Рейтинг
+8.87

Maliyyə və bank işi

25 üzv, 28 topik

Kassa çekini tələb etmək lazımdır?

Alış-veriş gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər alış-veriş zamanı kassa çeki tələb etmək isə məsələnin hüquqi tərəfdən təminatıdır. Əgər alış-veriş zamanı çek verilməyibsə, bu, qanun pozuntusu və vergidən yayınma deməkdir. Alıcı hər alış-veriş zamanı dövlət büdcəsinə vergilərin ödənilməsində iştirak edir. Belə ki, alış-veriş etdiyimiz yerlər arasında ƏDV ödəyiciləri olan iri supermarketlər və kiçik sahibkarlıq subyektləri vardır. İstehlakçı alış-veriş zamanı müxtəlif vergiləri (ƏDV, aksiz) ödəyir, həmçinin sahibkarın satışı rəsmiləşdirdiyi zaman gəlirlərini bəyan etməklə vergiləri ödəməsində dolayı şəkildə iştirak edir. Məsələn, vətəndaş əldə etdiyi çekə baxmaqla orada ödənilmiş ƏDV məbləğini görə bilər.
Davamı →

Maliyyə fırıldaqçılığında sərhəd tanımayan milyonçu

Maliyyə fırıldaqçıları içərisində Barri Minkovun bioqrafiyası xüsusi olaraq seçilir. Barri 16 yaşı olduqda ABŞ-ın ən gənc milyonçusuna çevrilir. 1987-ci ildə, onun 20 yaşı tamam olduqda sahib olduğu ZZZZ Best şirkətinin kapitalizasiyası 280 milyon dollar təşkil edirdi. Sahibkar öz uğurları haqqında mühazirələr demiş və kitablar yazmışdı.

1988-ci ildə jurnalistlər belə aşkar edirlər ki, Minkovun şirkəti faktiki olaraq mövcud deyil və o IPO həyata keçirmək üçün bir neçə min sənədi saxtalaşdırıb.

İlk baxışdan Barri Minkovun milyonçu olacağını təxmin etmək çətin idi. 1967-ci ildə Rezeda adlı kiçik Amerika şəhərində dünayaya gələn Minkov elə burada məktəbə gedir.
Davamı →

Dolların sirləri

Amerika Birləşmiş Ştatlarının keçdiyi tarix yolunun digər qədim dövlətlərə nisbətən çox qısa olmasına baxmayaraq, o bir çox nəhəng dövlətləri geridə qoydu və dünyanın ən hegemon dövlətinə çevrildi. Bu günlərdə də hər şeyin necə belə sürətli şəkildə baş verməsi hamıda maraq oyadır. XVIII əsrin II yarısından bir dövlət kimi fəaliyyət göstərən ABŞ bu cür ildırımsürətli inkişafa bir çox yollarla nail olmuşdur. Lakin bu yollardan ən əsası iqtisadiyyatdır.
ABŞ ilk öncə inkişafa nail olmaq üçün öz unikal iqtisadi sistemini yaratdı. Bunun əsası 1789-cu ildə “The Department of Treasure”nin yaradılması ilə qoyuldu. Onun nəzdində fəaliyyət göstərən Federal Sərvətlər Bürosunun belə bir deyimi var: “Bizim iqtisadi sistemimizdə pullar borca verilir və borc da öz növbəsində pullar gətirir. Pul qazanmağın ən optimal variantı onu kiməsə kredit verməkdir”.
Davamı →

Maliyyə ehtiyatlarının tərkibi

Dövlətin və ya müəssisənin gəlir və yığımlarının məcmusuna maliyyə ehtiyatları deyilir. \Lakin maliyyə ehtiyatları heç də gəlirlərlə eyni deyildir. Bu anlayışı nəinki ümumiyyətlə gəlirlərlə, həmçinin milli gəlirlə, xalis gəlirlə, mənfəətlə və s. eyniləşdirmək olmaz. Onların hər birinin bir kateqoriya kimi özünəməxsus xüsusiyyətləri var. Onu da xüsusi qeyd etmək lazımdır ki, adətən, maliyyə ehtiyatları əvvəlcədən planlaşdırılmamış xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ehtiyat fondları ilə qarşı-qarşıya qoyulur. Dəyər formasında yaradılmış ehtiyat fondları nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçündür. Ehtiyat fondlarının maliyyə vəsaiti bütün idarəçilik səviyyələrində yəni dövlət, müəssisə və təşkilatlarda yaradıla bilər.
Davamı →

Kreditin mahiyyəti, prinsipləri və növləri

Çox mühüm iqtisadi kateqoriya olan və ssuda, borc mənasını verən kredit sözü latınca «Creditum» və etibar edirəm, inanıram mə­na­sını verən «Credo» sözlərindən əmələ gəlmişdir. Borc verilən pul, yaxud da əmtəənin müqabilində faiz ödənilir.
Kredit münasibətləri dedikdə borc (ssuda) fondunun əmələ gəl­məsi və həmin vəsaitdən müəyyən müddətə, qayta-rılmaq və faiz ödənil­mək şərtilə hüquqi və fiziki şəxslərə borc verilməsi ilə bağlı meydana çıxan münasibətləri ifadə edən iqtisadi əlaqələr nəzərdə tutulur. Bura­dan aydın olur ki, kreditin verilməsi aşağıdakı prinsiplərə əsaslanır. Kre­dit qaytarılma şərtləri konkretləşdirilməklə: 1) Müddətli; 2) Məq­sədli; 3) Təminatlı və 4) Faizli olmalıdır.
Davamı →

Banklar və onların növləri. Bank əməliyyatları

Kredit sisteminin mərkəzində banklar dururlar. Onların yerinə yetirdikləri vəzifələrin kökləri qədim dövrlərə– Qədim Babilistan, Mi­sir, Yunanıstan və Roma imperiyası–gedib çıxır. Müa­sir bankların ilk varisləri Florensiya və Venesiyada (1587-ci il) meydana gəlmişdir. O dövrdə bank-ların əsas vəzifələri pul vəsaitlərini əmanətə qəbul etmək­dən və nəqd olmayan hesablaşmaları aparmaqdan ibarət olmuş-dur. Sonralar bu prinsip nəzərə alınmaqla Amsterdamda (1605-ci il) və Hamburqda (1618-ci il) bank yaradılmışdır.
Ayrı–ayrı ölkələrdə maliyyə–kredit təsisatları mər-kəzi bank­lara, kommersiya banklarına və ixtisaslaşdırılmış kredit təşkilatlarına bölünür.
Davamı →

Birja

Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda ola­raq birjalar vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağı­dakı əsas növləri vardır:
1) Əmtəə birjaları;
2) Fond (qiymətli kağızlar) birjaları;
3) Valyuta birjaları;
4) Əmək birjaları.
Davamı →

Qloballaşan dünyada inflyasiya

Dünya iqtisadiyyatının qloballaşma şəraitində milli iqtisadiyyatın bütün sahələrində inflyasiyanın dəyişməsi və iqtisadi artım günün vacib məsələlərindən biri hesab edilir.

İnflyasiya əmtəə və istehsal amillərinin qiymətlərinin ümumi səviyyəsinin yüksəlməsidir. O, pulun dəyərsizləşməsi, onun alıcılıq qabiliyyətinin aşağı düşməsi, qiymətlərin qalxması, əmtəə qıtlığı, əmtəə və xidmətlərin aşağı keyfiyyətdə olmasını özündə əks etdirir. İnflyasiyanın dərin səbəbləri həm tədavül (dövriyyə), həm də istehsalat sferasında yerləşir və tez-tez dövlətin siyasi münasibətlərində özünü biruzə verir.

İnflyasiya hər bir halda iqtisadi artıma təsir edir. Bu təsir bir çox amilləri özündə xarakterizə edir. Bunlardan biri də bazar iqtisadiyyatının prinsiplərinə uyğun olan investisiya layihələrinin qiymətləndirilməsidir. Belə ki, investisiya layihələri qiymətləndirilərkən inflyasiyanın şərtlərindən aşağıdakı amillərin nəzərə alınması vacibdir:

1. Manatın inflyasiyasının ümumi indeksi;

2. Manatın valyuta məzənnəsinin proqnozları;

3. Məhsula və resurslara qiymətlərin vaxta görə dəyişmələrinin proqnozları, eləcə də perspektiv üçün orta əmək ödənişləri və digər göstəricilərin səviyyəsinin dəyişmə proqnozları;

4. Vergi dərəcələri, rüsumlar, Respublikanın yenidən maliyyələşdirilmə dərəcəsi və dövlət tənzimlənməsi üzrə digər maliyyə perspektivləri.


Ardı →

2015-ci ildə pulunuzu necə dəyərləndirməlisiz?

 “Dövlət əmanətlərin cəlb olunması üçün uzun müddətdən bəri güzəşt tətbiq edirdi. Son iki ildə bu güzəştin müddəti artırılsa da, artıq hökumətin tezliklə əmanətlərdən əldə olunan gəlirlərə vergi tətbiq edəcəyi məlum idi”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, bank sektoruna etibarın artması və indiyədək tətbiq olunan güzəştlər sayəsində əmanət büdcəsi 7 milyard manata çatıb: “İllik 10 faiz nəzərdə tutulan verginin tətbiq olunması illik 7 milyon manat deməkdir. Lakin hökumət yenə də bu vergini tam tətbiq etmir, müəyyən differensiallıqla tətbiq etməyə başlayır. Bu o deməkdir ki, əgər əmanətdən il ərzində əldə olunan gəlir 500 manata qədərdirsə, vergi tətbiq olunmur. Məsələn, əgər banka illik 10 faizlə 5000 manat vəsait qoymuşuqsa, bizim illik gəlirimiz 500 manat olacaq. Bu gəlirdən vergi tutulmayacaq. Lakin əmanətdən əldə olunan qazanc məsələn 550 manatdırsa, bu zaman 500 manat çıxılacaq, qalan 50 manatın 10 faizi həcmində vergi tətbiq olunacaq”.

Ardı →

Maliyyənin funksiyaları

Maliyyənin funksiyalarını araşdırmazdan öncə «funksiya» anlayışını nəzərdən keçirək. Funksiya sözü latınca «functio» sözündən əmələ gəlib, mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir.

Maliyyənin əsasən iki funksiyası vardır: bölgü və nəzarət. Eyni zamanda bəzi iqtisadi ədəbiyyatlarda maliyyənin istehsaledici, stimullaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir.

Buna görə də maliyyətin funksiyalarını toplu şəkildə nəzərə almaq lazımdır. Funksiya iqtisadi anlayışların mahiyyətinin özünüifadə vasitəsidir. Maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi ilə, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir.


Ardı →