Saatlar ölüm vaxtını göstərir

saatHempton Kortçasın sarayında saatlar ev sahibinin ölüm günündə dayanır.
İlk dəfə bu fakt 1619-cu ildə qeydə alınıb. Belə ki, I Yakovun xanımı Kraliça Anna həmin il vəfat edib.

Alimlər sübut ediblər ki, bu hadisə bir neçə dəfə təkrarlanıb. Parapsixoloqlar isə hesab edirlər ki, ölən insan öz enerjisini buraxır və bu da saatları dayanmağa məcbur edir.

Belə bir hadisə 1887-ci ildə də qeydə alınıb. Belə ki, Pensilvaniyadan olan Corc Fray öz qardaşı Gideona məktub yazır. Məktubu yazandan sonra Corc saata baxıb görür ki, saat dayanıb. Saat 9.45-də dayanmışdı.
O yenidən saatı qurmaq istəyəndə alınmır. Növbəti gün o, məktub alır. Məlum olur ki, qardaşı saat 9:45-də ölüb.

Digər belə bir hadisə Vaşinqtonda baş verib. Hakim Cerri Uilson bir dəfə gecə saat 2:10-da yuxudan ayılır. Görür ki, həmişə dəqiq vaxt göstərən qədim saatı dayanlb. Səhər isə öyrənib ki, ona saatı bağışlayan dostu elə həmin vaxtda ölüb.

Beləcə saatlarla diqqətli olmaq lazımdır. Onlar insanları və onların ölüm saatlarını hiss etmə qabiliyyətlərinə malikdirlər. 
 

11 şərh

gulwan
maraqlıdı birinci dəfədi eşidirəm
babayeva_sabina

mənim sinif yoldaşımın babası rəhmətə gedəndə onlarda da saat dayanıb.

məqaləyə görə təşəkkürlər

mariya1971
Maraqlıdır, məqaləyə görə təşəkkürlər. Görmədiyimiz  nələr var,…
Lily996
cooooox maraqlidi))))))
velili_hemide
bu tip yazıları oxumaq çox maraqlıdır :) sağolun, Apollon
Mehemmedcan
Mən də birinci dəfədir belə şey eşidirəm.Məlumat verdiyinizə görə çox sağ olun. :) :) :)
akbar2000
Çox,çox,çox əla məlumatdır.Sağol Apallon
naninka

Maraqlı məlumatdır. Bir az qorxdum desəm yalan olmaz ...

mehri_kerimli
Təsadüfdü məncə. Bunda nə varki, hər saat dünyada insanlar ölür. Bu hamının başına gəlsəydi onda qorxardım