Qəribə tapıntılar -2


Bu boyda adam olar?

 

1895-ci ildə İrlandiyada mineral axtarışları zamanı, Şəkildə gördüyünüz daşlaşmış şəkildə olan insan tapılıb. Bu daşlaşmış insanın boyu 3 metr 70 santimetr olub. Sağ ayağında isə barmaqlarının sayı isə 6-ı dır. Daş vəziyyətində olduğu üçün hal hazırda çəkisi 2050 kq-dır. Şəkildə boyunu yaxşı təsəvvür etməyiniz üçün onu qatar vaqonunun qarşısına qoyublar.

 Görəsən belə böyük daşı necə daşımaq olar?

 

Lübnanın Ballbek şəhəri yaxınlığından tapılmış çox böyük qaya parçaları. Bu qaya parçaları min illər bundan əvvəl buraya  gətirilib və yonularaq bu hala gətirilib. Bu gördüyünüz monolit isə  insan tərəfindən cilalanmış ən böyük daş parçasıdır. Çəkisi 1050 tondur uzunluğu isə 25metrdi.

 Qədim yaponların kosmonavtları.

 

Miladdan əvvələ aid olan Yapon heykəlləri. Göründüyü kimi bu heykəllər kosmonavt paltarında təsvir olunub. Hətda bu heykəllərdən birinin eynəyidə var sanki günəş işıqlarından qorunmağa çalışır.

 Yəni qədim Misirlilər Avstraliyaya gedib çıxıb?

 

20-ci əsrin əvvəllərində 250 -ə yaxın heroqlif Sidney şəhərinin 100 km şimalında kəşf olunmuşdu. Qəribəsi bundadı ki, bunlar qədim misir heroqlifləri idi. Hətda Misirlilərin ölüm Allahı Anibusun da şəkli bu heroqliflərlə bir yerdə çəkilmişdi. Alimlər bu tapıntıya heç bir elmi açıqlama verə bilmədilər. Çox qəribə bir sual yaranırdı. Yəni qədim misirlilər Avstraliyaya gedib çıxıb?

Topladı və tərcümə etdi: Nuranə Heybəova

 

14 şərh

ramzes
Maraqlı idi, amma birinci heykəl də ola bilər ))))))))))))
IDEAL
Məncə tarixi izah edən mövcud nəzəriyyələrdə səhv var.
ramzes
Avstraliyada ola bilməz? Pangeyanı xatırla )))))))))
IDEAL
Deməli misirlilər pangeya vaxtından mövcud imiş. hələ üstəlik heroqliflərlə yazırdılar.

Ancaq bəzi mənbələrdə misirlilərin Atlantidalılarla müharibəsin olduğunu deyirlər. hətda pramidalarıda atlantidalılar tikibmiş. Və onlar misirliləri qul kimi istifadə edibmiş. Hələ üstəlik Atlantidalıların uçan cihazlarıda var imiş.
Bu inanılmaz şaiyələri birləşdirib bu tapıntını belə izah edə bilərəm ki,

Bir gün misirlilərdən biri atlantidalıların uçan aparatını oğurlayıb qaçır. istəyir Afrikadan Avropaya gəlsin gedib çıxır Avstraliyaya. Orada da Azpetrol xidmət göstərmədiyindən benzini qurtarır. Elə bu vaxt bekarçılıqdan qayalar üzərinə heroqlif çəkir.
bankir
Pangeya neçə yüz milyon illər bundan əvvəl olub.O vaxt heç insan ola bilməzdi.
Bu ya saxtakarlıqdır,ya da elmin ən böyük müəmması.
Westsider
Adamların boyu haqqında=)
Şəkinin Kiş kəndində bir Alban kilsəsi var, orda bir neçə insan skeleti var, hərəsi 3.50, 3.60 metr boyda. Özü də biri var idi, qadın kişidən hündür)))
eysar

Burda qəribə nə var ki,məşhur Piri Rəisin xəritəsinə yada salın.Orda da Amerika və Antraktida qitələrinin təsviri vardı.Məndə bir ktab Nəsiədin Tusiyə ai d bir kitab var.Orda sübut olunur ki,hələ N.Tusinin zamanında Amerika qitəsinin coğrafi kordinatları bəlli idi.


O ki qaladə indiki tarixdəki səhvə sizinlə tamamilə razıyam.Qədim mətnlərdə elə şeylərdən danışılır ki,adam lap məəttəl qalır,onların fantastika olduğunu düşünürsən,elm inkişaf etdikcə həqiqəti dərk edirsən.


Bir vaxtlar heyvanlarla inasanların qarışığı mümkünsüz hesab edilir,mif adlandırılırdı.İndi isə reallıqla mif arasınadkı sərhəd bəlli deyil.Bilimirsən ki,mif reallığa çevrilib,yoxsa reallıq mifə.Ən nəhayət tərcüməyə görə təşəkkürlər :))

IDEAL
Texniki elmlərdə eksperimentin nəticəsi nəzzəriyyəyə zidd olanda o nəzəriyyədən əl çəkib təzəsini yaradırlar. Ancaq bu tarixçilər üçün xeyri yoxdu. Tutublar qatıq qaradı vəssalam. Heç nə də uyğun gəlmir. Qədim mətinlərə deyirlər uydurmadı. Bəs indiki yazılan mətinlər necə uydurma deyil ki? Səhər daha da maraqlı faktlar tərcümə edib yerləşdirəcəm. Əsasən də insan qalıqları ilə bağlı.
ramzes
Burdakı bəzi faktlar İdealın Qəribə tapıntılar 3 məqaləsində öz əksini tapıb
IDEAL
Xəritəni tapıb Qəribə faktlar 3də  yerləşdirdim ki, daha inandırıcı olsun. Yoxsa belə şəkilləri olmadan faktları deyəndə bəzən qarşı tərəf inanmır ki, ola bilməz. Çünki həqiqətəndə inanılması çətin olan faktlardı.
mr13


 


 


 


 


 


 


 


 


 


 


 


 


 

təpəgöz
Şəklin harada çəkildiyini,necə olduğunu təsvirdə yazın da.Yoxsa adam bilmir ki,harda çəkilib.
mr13
əslində şəklin harda çəkildiyi barədə məlumatım yoxdur və çox ehtimalla mistifikasiya da ola bilər. Məndə böyük bir şəkil arxivi var «Секретные фото» ordan götürüb qoymuşam