Yuxu haqqında maraqlı faktlar

Yuxusuz qalmağın rekordu 18 gün 21 saat 40 saniyədir. Bu rekord bir yarışmada qırılıb. Yarışmaya qatılan və uzun müddət yuxusuz qalanların çoxu halusunasiya, paranoya, görmə pozuqluğu, danışmağın çətinləşməsi, yaddaşın itməsi və konsantrasiyanın itməsi kimi problemlərlə qarşılaşıblar.

Kiməsə tibbi baxımdan oyaqdır demək çətin məsələdir. Çünki insanlar gözləri açıq olsa da qısa müddətli yuxuya gedə bilirlər. Bəzən isə heç bunun fərqinə də varmırlar.

İnsanların istədikləri vaxtda oyanmalarını təmin edən “təbii zəngli saat” stressdən yaranan hormone sayəsində həyata keçirilir.

“Təbii zəngli saat” balaca bir işıqla aktivləşə bilir. Ancaq həmin vaxt oyanmaq istəməsək, yenidən dərin bir yuxuya dalırıq.

XVII əsrdə insanlar 9-10 saat yatırmışlar.

1998-ci ildə insanın kürək nahiyəsindəki oynaqlarla beynin yuxu hissəsi arasında əlaqə olması aşkarlanıb.

1989-cu ildə baş vermiş Exxon Valdez neft qəzasının, “Challenger” gəmisinin batmasının və Çenobıl faciəsinin yuxusuzluqdan qaynaqlanan səhvlərin nəticəsi olmasından şübhələnirlər.

Tez yuxu fazasında görülən yuxuların digər yuxu fazalarında da görüldüyü bəlli olub. Yuxunun bu prosesində görülən yuxuların qorxulu olduğunu düşünürdülər. Amma sübut olundu ki, heç də belə deyil. Tez yuxu fazasında da qorxulu yuxular görmək olurmuş. Bu vaxt gözlərin hərəkəti, yuxudakı spesifik anlara işarə edir.

Əgər yerinizə uzandıqdan sonra 5 dəqiqə ərzində yuxuya gedirsinizsə, deməli yuxusuz qalmısınız. Normal halda 10-15 dəqiqəyə yuxuya getməlisiniz.

Alimlər deyirlər ki, yaddaşımızdakı uzun müddətli təcrübələrimizi sabitləşdirmək üçün yuxu görürük. Bəziləri unutmağa çalışdığımız şeyləri yuxuda gördüyümüzü düşünürlər.

Yuxu müəyyən məqsədə xidmət göstərmir. Sadəcə şüurlu olmaqla yuxulu olmağın uyğunlaşmasını göstərir.

İngiltərə Müdafiə Nazirliyinin tədqiqatçıları əsgərləri 36 saat oyaq qalmağa alışdırmağı bacarıblar.

İnsanlar meymunlardan 3 saat az yatır.

Özlərinə təhlükə hiss edən ördəklər yarı-yuxulu rejimə keçə bilirlər. Yəni nə yatırlar, nə də tam oyaq olurlar.

Yuxu haqqında əldə edilən biliklərin çoxu son 25 ilin nailiyyətləridir.

Yay və qış vaxtına keçdikdən sonra bir neçə gün ərzində Kanadada yuxu pozğunluğuna görə baş verən qəzaların sayı artırmış.

24 saat daimi internetin mövcud olması bu gün yuxu düzəninin qarşısındakı ən böyük təhdid hesab edilir.

Hazırladı: Rəna Nevzat 

0 şərh