Benqal fişəngləri

Uşaqların həmişə ən çox sevdiyi əyləncələrdən biri `benqal fişəngləri` olmuşdur.

Uşaqlarla bərabər, hətta böyüklər də “Benqal fişəngi” yandırmağı çox sevirlər. Amma, yəqin ki, çox az adam bilir ki, “benqal fişəngləri” ilk öncə heç də əylənmək, şənlənmək üçün icad edilməmişdir.

“Benqal fişəngləri” bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı.

“Benqal fişəngləri” əvvəllər necə və hansı məqsədlər üçün istifadə olunurdu? Lap əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədi ilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər.

Hazırki müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, “benqal fişəngləri”ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur.

Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlir cür “benqal fişəngləri” istehsal olunur.

azens.az
loading...
 

0 şərh