Tarixin ən gözəl intiharı


«Tarixin ən gözəl intiharı» adı verilən bu hadisə 1947-ci ilin 1 may günündən baş verib. 
Adı Evelyn Mchale olan gözəl bir xanım Nyu-Yorkda yerləşən məşhur Empire State-in (102 mərtəbəli göydələn) 83-cü mərtəbəsindən özünü ataraq intihar edir.

Nəticədə binanın aşağısında dayanmış BMT-ə aid olan limuzin avtomobilinin üzərinə düşür və ölür. Həmin vaxt təsadüfən oradan keçən fotoqraf Robert Viles tərəfindən bu hadisə lentə alınır.

Bu hadisə ona görə tarixin ən gözəl intiharı adını qazanır ki, fotodan göründüyü kimi və hadisənin şahidi olmuş insanların dediklərinə görə intihar etmiş bu gözəl qadın, özünü 83-cü mərtəbdən düşmüş insan əvəzinə avtomobilin üzərində sakitcə uzanıb yatmış qız təsiri bağışlayır.
 

10 şərh

MURAD_SEYFULLAYEV
Heç də Evelin üçün bu intiharı gözəl adlandırmaq olmaz, qaldı ki, «tarixin ən gözəl intiharı»… Amma fotoqraf üçün yəqin gözəl şəkil olub, nədə olmasa 47-ci ildən bəri hələdə müəllifi olduğu şəkilə görə adı hallanır. :)
asel
İntiharın da gözəli olarmış.:(
pascal
Mövzuya cəlb etməyin başqa yolun tapmayıblar da. :)
Ramil
Gözəl sözdür. +
Ferbara
Ən azından «heyif bu gözəldən» deməyə vadar edən səhnədi.
istorik_c
Lap yatmış gözələ bənzədi :)
azadmamedov90
Bəs bu Yatmış gözəl hansı səbəbdən intihar edib? və də dünyanın ən gözəl intiharları da var… insanlar yaşamaq üçün mübarizə aparanda, kimlərsə də ölmək üçün mübarizə aparırlar. yadıma bir film düşdü, ama o filmi izah etmək olmaz, gərək baxasınız) ama bir azın deyim- yaşlı və varlı bir neçə əprimişdən ibarət qrup halında olan insanlar pul ayırırlar və kimsəsiz olan, qormayan bir çox insan üzərində təcrübə aparırlar-(əlbəttə ki bunu edən gənc və təcrübəli insanlardır) — və nəticədə birini tapırlar, bunu hər gün döyürlər, işgəncə edirlər, daha sonra yeməyini öz ifrazatından kokteyl düzəldib verirlər və s. Üstündən bir müddət keçəndən sonra dərisini soyurlar, və sonunda o ölür və dirilir- həmin O əprimişlər gəlirlər, onların qrup lideri qulağını dayayır onun ağzına- o qız nə isə deyir, və o təəccüblə otağı tərk edir, və tualetdə öz çantasında daşıdığı silahı ilə öz həyatına son qoyur-intihar edir.
 Dünya nə qədər də kiçik olsa 7milyard əhalisi var, və hər kəs nədənsə zövq alır. kimisi yeməkdən, kimisi başqa hisslərdən, kimisi narkətikdən, kimisi də…
 Nəticədə intiharlar elə belə deyil, onsuzda bunu bilirəmki, hamı bilir, elə-belə heç nə olmur- Təsadüf dediyimiz belə zərurətlərdən-təvavüflərdən doğur eşitdiyimə görə.
 Hə, əziz İstifadəçilər. Gözləyirəm :)
Ferbara
Deyəsən siz də sizə yönlənəcək hücumlardan zövq alırsınız. :))
azadmamedov90
Söz ilə edilən hücumlar söz ilə də müdafiyə olunmağı öyrənməyə kömək edir. Bu zövq məsələsi deyil. (:
 
Ferbara
Onda hamımıza uğurlar! :)