Ən gözəl üz cizgilərinə sahib xalq

Bir çox səyyahlar əsərlərində dünyanın ən gözəl xalqının gürcülər olduğunu iddia edir. Bir çox səyyah və elm adamlarının fikrincə, gürcülər ala gözləri ilə dərhal seçilir. Aristotel isə bunu temperamentin ən vacib əlaməti hesab edirdi.

Müxtəlif dövrlərdə gürcü xalqının qonağı olan səyyahların onlar haqqında bildirdiyi fikirlər sizin üçün də maraqlı olacaq.

«Gürcüstanda olan bütün avropalı səyyahlar yekdilliklə etiraf edir ki, bu xalqın qızları çox gözəl və cazibədar üz cizgilərinə malikdir. Türklər, ərəblər, farslar gürcü qızları evlənib qanlarını onlarla birləşdirmək istədiyini deyir». (Kant İmmanuil — alman filosofu, alman klassik fəlsəfəsinin banisi)

«Onların qanı gürcülərlə və çərkəzlərlə nikah nəticəsində birləşib və nəcibləşib, bu iki millətin gözəlliyi digərlərini üstələyir. İranda demək olar ki, bütün adlı-sanlı adamların nənələri gürcü və ya çərkəz olub». (Çarlz Darvin — ingilis naturalisti və səyyahı)

«Dünyanın ən gözəl, mükəmməl və aristokratik üz cizgilərinə malik olan xalqı gürcülərdir». (Ritçel — alman alimi)

«Kartvelian qəbiləsi bütün Şərqdə və hətta deyə bilərəm ki, bütün dünyada ən gözəlidir. Mən burada heç bir çirkin qadın və heç bir yaramaz insan görmədim. Hamısı gözəldir. Gürcü xalqının böyük hissəsi elə incəliklə mükafatlandırılıb ki, ona başqa yerdə rast gəlməyəcəksiniz. Gürcülərin zərif bədən quruluşunun gözəlliyini təsvir etmək çətindir: Onlar təmkinli, incə və nərmə-nazikdir. Kök qadınlara nadir hallarda rast gələcəksiniz». (Fransız səyyahı Jan Şarden)

«Gürcü millətinin dəqiq və qüsursuz üz cizgiləri tarixən həmişə fərqlənib. Bir çox xalqlar ta qədimdən bəri kobud üz cizgilərinin yaxşılaşmasına görə, onlara borcludur”.

»Gürcüstanlılar döyüşkən xalqdır, amma həzzi qiymətləndirməyi bacarır. Mətbəx və rəqslər onların ən güclü cəhətləridir. Çoxsaylı bağçalarda, Tiflis küçələrinin damlarında və terraslarda tez-tez gənc qız və oğlanların mükəmməl rəqslər ifa etdiyini görmək olar". ( Emil Fransua Dessen — 19 əsrin fransız rəssamı və memuar müəllifi)

«Gürcülər zahiri görkəminə görə yer kürəsinin ən gözəl xalqları siyahısına daxildir. Onların hündür boyu, möhkəm immuniteti, böyük gözləri, qəşəng saçları, zərif və təmiz dəri rəngi var. Gürcülər rəhmli, şəfqətli və yüksək dərəcədə qonaqpərvərdir. Onların ehtiras dolu rəqsləri və mahnıları çox gözəldir» (Rusiya imperiyasının coğrafiyası", 1892)

Alman antropoloqu İohann Blumenbax güman edirdi ki, 19 əsrin ən ideal insanı gürcülərdir: «Mən öyrənmək üçün Qafqaz tipini seçdim. Çünki onun cənubu dünyaya ən gözəl irqi bağışlayır. Mən ilk növbədə gürcüləri nəzərdə tuturam».

0 şərh