Olimpiya çempionları niyə medalları dişləyirlər?

Yəqin ki, siz də bu səhnəni dəfələrdə görmüsünüz. Qaliblər kürsüsünə çıxan çempionlar medalların dişləyərək, kameraya maraqlı görüntülər verirlər. Bəs bu maraqlı ənənənin səbəbi nədir? Gəlin birlikdə öyrənək.

1. Xeyr, bu yeni ənənə deyil.
İlk dəfə 1991-ci ildə medalları dişləməyə başladılar.

2. Bəs onlar niyə şəkil çəkdirəndə medallarını dişləyir?
Əslində hər şey çox sadədir. Bunu etməyə onları fotoqraflar məcbur edir. Darıxdırıcı fotolardan xilas olmaq üçün, onlardan bunu etmələrini tez-tez xahiş edirlər. Bu yolla qaliblər guya medalların nə qədər həqiqi qızıldan olun-olmadığını yoxlayırlar.

3. Lakin bu ənənə heç nədən yaranmayıb.
Məsələ bundadır ki, əvvəllər həqiqətən də qızılın keyfiyyətini yoxlamaq üçün onu dişləyirdilər. Əgər qızıl həqiqidirsə, onun üzərində dişin izləri qalmalı idi.


4. Çoxdandır bu ənənə öz mənasını itirib.
Çünki artıq hər kəsə məlumdur ki, hətta olimpiadada verilən qızıl medalların da tərkibi 93 faiz gümüşdən ibarətdir. Artıq qızılın keyfiyyətini yoxlamağa ehtiyac qalmayıb. Əslində bu hələ uzaq 1912-ci ildən belədir. Medalların tərkibində olan əsl qızılın miqdarı cəmi 1.2 faizdir.

5. Bu hərəkət təhlükəli də ola bilər.
2010-cu ildə idmançı David Moeller bunu etməklə, dişini sındırmışdı.

6. Buna görə də bəzi çempionlar medallarını öpərək, kadra düşməyə üstünlük verirlər.


7. Hər nə qədər qızıl medal əslində qızıl olmasa da, bu mükafatla təltif olunmaq hər bir idmançı və təmsil etdiyi ölkə üçün böyük şərəfdir!
 

pahoo.az 

0 şərh