Pulların adları nə deməkdir?

Nə vaxtsa dünya valyutalarının adlarının hansı mənaları ifadə etdiyi barədə düşünmüsünüzmü?
Beləliklə:

Yapon yeni – dünya valyutaları içərisində ən sirli ad kimi təsir bağışlayan yapon yeninin adı kifayət qədər bəsit mənaya sahibdir. Belə ki, valyutanın adı Çin valyutası yuanın adından qaynaqlanır.

Çin yuanı – Bəs o zaman yuan adının mənası nədir? Yuan sözü tərcümədə “dairəvi əşya” və yaxud “dairəvi qəpik” mənasını verir. Bəli, Sin imperiyası dövründə çinlilər məhz bu dərəcədə bəsit düşünürdülər.

Amerikan dolları – Amerika dollarının adı isə avropalı taler qəpiyinin adından əmələ gəlib. Taler XVI-XVII əsrlərdə əsas dünya valyutası idi.

Funt sterlinq – Versiyalardan birinə görə, valyutanın adı gümüş funtdan götürülüb. Belə ki, kiçik gümüş qəpiklər sterlinq adlanırdı. Digər bir geniş yayılmış versiyaya görə isə, Almaniyada məşhur ticarət regionu olan İsterlinqdə gümüş qəpiklər “easterling silver” adlanırdı.

İtaliya lirəsi – İtaliyada artıq bu valyuta dövriyyədə iştirak etməsə də, Türkiyə, Suriya və digər Yaxın Şərq ölkələrində valyuta lirə olaraq qalır. Əvvəllər, gümüşü çəkmək üçün istifadə edilən tərəzi lirə adlanırdı.

Pirat piastrları – Əslində pirat deyil, ispan piastrları. Valyutanın adının mənası elementardır: piastra “plitə” deməkdir, qəpiklər isə o zaman plitə formasında idi.

Latın Amerika pesosu – Milli peso Argentina, Kolumbiya, Çili ərazisində hazırda aktual valyutadır. Bütün bu valyutalar isə orta əsrlərdə mövcud olan və “çəki” mənasını verən ispan pesosunun davamçılarıdır.

İsveç eresi – Ere – skandinaviya ölkələrində istifadə olunan valyutadır. Pulun adı isə Qədim Romada istifadə olunan aureus sikkəsinin adından götürülüb.

Sehirli galleon – Harry Potter dünyasında ən geniş yayılmış valyutanın adının hansı mənanı ifadə etdiyini araşdırmaq qərarına gələnlər hələ ki, tutarlı bir nəticə əldə etməyib.

0 şərh