İg Nobel mükafatı

Dünyada elm və sənət sahələri üzrə bir çox beynəlxalq və milli mükafatlar mövcuddur. Hər il on minlərlə insan bu mükafatlara layiq görülür. Bu məşhur mükafatlardan biri də Nobel mükafatıdır. Mükafat alanlar ilə yanaşı milyonlarla insan bu mükafatları almaq yolunda məğlub olurlar. Amma bəzən elə «kəşflər „ə imza atır, elə “yüksək » sənət əsərləri yaradırlar ki, onların əməyini qiymətləndirməmək ən azından insafsızlıq olardı. Bunu nəzərə alan xeyriyyəçi-filontroplar və estetlər sayı o qədər də çox olmayan antimükafatlar təsis etmişlər və hər il xeyli insan bu mükafatlara layiq görülür.

Bu cür mükafatlara, demək olar, bütün mədəni xalqlarda rast gəlmək olur və bütün dünyada tanınan, nüfuzlu mükafatlar olduğu kimi, son dərəcə «prestijli » antimükafatlar da vardır. bunların sırasında, əlbəttə ki, "İg Nobel mükafatı «nı (İg Nobel Prize – ingiliscədə „ignoble “ — biabırçı, əttökən sözündən) xüsusilə qeyd etmək lazım gəlir. Həqiqi Nobel mükafatlarının verilməsindən bir həftə qabaq ənənəvi olaraq lazımsız, faydasız kəşflərə yumoristik, satirik Nobel mükafatları verilir.

Mükafat Maks Abraham və „Qəribə tədqiqatların səlnaməsi “ adlı yumoristik jurnal tərəfindən 1991-ci ildə təsis edilmişdir. Bir qayda olaraq Harvard universitetində düzənlənən mərasimdə verilən antimükafat əsl Nobel mükafatı laureatları tərəfindən təqdim olunur. İgNobelin verilməsi proseduru da adına uyğun şəkildə təşkil olunur. Harvardın Sanders Teatrının 1166 yerlik zalında kağız təyyarələr uçuşur. Laueratların çıxışı 60 saniyədən çox olmamalıdır. Laureat 60 saniyədən çox danışdığı halda ,adətən, Sviti Pu adlı qızcığaz cır səslə qışqırır: „Xahiş edirəm, bəsdir! “. Amerika televiziyası və radiosu mükafat mərasimini birbaşa məruzə edir və bütün dünya mətbuatı günlərlə bu hadisə haqqında danışır.

Ig Nobel Mükafat həmçinin güldürən, sonra isə düşünməyə məcur edən nailiyyətlərə görə verilir (first make people laugh, and then make them think). Məsələn fizik Andre Geim əvvəlcə belə İg Nobel almışdı, bir neçə il sonra fizika üzrə həqiqi Nobel mükafatı aldı.

İndi isə tarixdə bu mükafatı alanlara nəzər salaq.
2010-cu ildə Yeni Zelandiyalı fiziklər qarlı-buzlu ölkələr üçün çox aktual eksperimentlər aparmışlar. Nəticədə onlar belə qənaətə gəlmişlər ki, əgər corabları ayaqqabının üstündən geysən, buzun üstündə sürüşüb-yıxılmazsan.

2006-cı ildə Mak-Hill universitetinin alimi P.Brass «Ağacdan düşən kokosların yetirdiyi xəsarətlər» elmi araşdırmasına görə mükafatlandırılmışdır.

Prinston universitetinin professoru Daniel Oppenqeymer öz nitqində jarqon və mürəkkəb tərkibli eruditlər haqqında dərc etdirdiyi məqaləyə görə bu şərəfə layiq görülüb. O, belə qənatə gəlmişdi ki, çox çətin oxunan mətnləri, adətən, yüksək intellekti olan müəlliflər yazırlar.

2007-ci ildə Barselona universitetinin alimləri Xuan Toro, Jozel Xuan, Nuriya Qalles sübuta yetirmişdilər ki, siçovullar tərsinə səsləndirilən yapon sözlərini tərsinə səsləndirilən holland sözlərindən fərqləndirə bilmir. Nəticədə təntənəli surətdə İg Nobel almışdılar.



Hətta bir tibb həkimi olan Donald Anqer 50 il boyunca yalnız sol əlindəki barmaqlarını şıqqıldatmış, sağ əlindəkiləri heç şıqqıldatmamışdı. 50 illik işinin nəticəsində əllərinin əsməsində hər hansı bir fərqlilik olmadığını ortaya qoymuş və 2009-cu ildə Tibb sahəsində Ig Nobel Mükafatını qazanmışdı.

Qeyd etmək lazımdır ki, İg Nobelə layiq görülənlər, adətən, bu mükafatı təşkilatçıların əlindən şəxsən alırlar və buna kifayət qədər yumorla yanaşmağa çalışırlar.
 
loading...

0 şərh