Rəssamın məşhur zarafatı

Ekssentrik amerikalı rəssam Waldo Peirce (1884-1970) XX əsrin 20-ci illərində Parisdə təhsil alırdı. O kiçik ənənəvi Paris evində konsierj (mehmanxana və yaxud mənzildə yaşayan sakinin rahatlığını təmin etməyə məsul şəxs) ilə birgə yaşayırdı. Bu konsierj isə öz növbəsində çox yaşlı, savadsız və inanılmaz dərəcədə çox danışan bir qadın idi və rəssamı onun yanına gələn qonaqların qarşısında daim pis vəziyyətdə qoyurdu.

Bir dəfə Yeni il bayramında Waldo yaşlı qadına kiçik bir tısbağa hədiyyə edir. Bu hədiyyə onların münasibətlərini qaydasına salmaq əvəzinə, qadının “yeni qayğılar” ilə bağlı daha artıq gileylənməsinə səbəb oldu. Bundan əlavə, tısbağa gün keçdikdə sürətlə böyüməyə başlayırdı. Cəmi 1 ay ərzində o çox nəhəng bir canlıya çevrildi və bu da aydın idi ki, tısbağa qoca qadına kiçik otaqda sıxlıq yaradırdı. Bir tərəfdən bu dəhşət idi. Digər tərəfdən isə, bütün qəsəbə əhalisi tısbağaya baxmağa gəlirdi və qadın demək olar ki, gün ərzində susmurdu. Lakin dəhşətli günlərin birində tısbağa sanki əvvəlkindən nisbətən kiçik görünməyə başladı. Sonra daha kiçik…
Qadın çaşqınlıq içərisində idi. O bacardığı və tapdığı hər şeyi tısbağa üçün gətirib onu yedirməyə çalışırdı və hətta yerli həkimdən kömək istəməyə belə qərar vermişdi. Lakin heç nə kömək etmirdi. Tısbağa elə hey kiçilirdi. O kiçildi, kiçildi və ilk gün olduğu ölçüyə çatdı.

Əlbəttə, bütün bu zaman ərzində Waldo Peirce və onun qonaqları “hədiyyənin” taleyində əsas rola sahib idilər. Xüsusəndə Peirce. Belə ki, o hər gün hədiyyə etdiyi tısbağanı kiçik, yaxud böyük tısbağalar ilə əvəz edirdi. Yaşlı qadın isə rəssamın bu zarafatından xəbərsiz olduğundan çaşqınlıq içərisində çaş-baş qalmışdı.
 

0 şərh