Xeyirxah milyarder

Olav Thon 90 yaşlı norçevli milyarderdir. Forbes jurnalının məlumatlarına əsasən onun sərvəti 6 milyard dollar təşkil edir və özünün bütün sərvətini tibbi araşdırmaları maliyyələşdirməyə xərcləməyə qərar verib.

Bundan belə başa düşülməməlidir ki, Olav Thon-un sağlamlığı ilə hər hansı bir problemi var. Xeyr. O sağlamlığı ilə problemlərinin olmaması üçün demək olar ki, bütün Norveçi ya piyada, ya da xizək ilə gəzib. Sadəcə o belə bir qərara gəlib ki, ömrü boyu qazandığı pulları xeyriyyə məqsədilə xərcləsin. O bildirmişdir: “Onsuzda mən onları özüm ilə apara bilməyəcəm”.

Bu yaşlı və xeyirxah milyarder öz sərvətini son qəpiyinə qədər özü qazanıb. O kənddə böyüyüb və öz biznesini tülkü dərisi ilə ticarətlə başlayıb. Daha sonradan isə otel və restoran işinə qoşulur. Hazırda isə onun şirkətinə 450-dən çox obyekt daxildir.

Sahib olduğu böyük sərvətə baxmayaraq, Olav Thon Oslo-nun şəhər ətrafında yaşayır və əyləncələrdən yalnızca təmiz havada gəzintiyə üstünlük verir. O evli olsa da, onun birbaşa varisləri yoxdur. Bu səbəbdən də o rahatlıqla bütün sərvətini tibbi araşdırmaları maliyyələşdirməyə verməyə hazırdır. Bununla yanaşı o özünə çox cuzi məbləğ saxlayır. O deyir: “Mənim velosiped və xizəyim var, yeməyi isə çox az yeyirəm. Buna görə də, düşünürəm ki, hər şey yaxşı olacaq”.
 

0 şərh