Şampunlar haqqında maraqlı faktlar

Gündəlik istifadəmizə daxil olan kimyəvi məhsullardan biri də saç şampunlarıdır. İndi ancaq saç yuyarkən işlədilən şampunlar vaxtilə fərqli məqsədlər üçün də istifadə edilirmiş.

1. 1800-cü illərin sonlarına qədər insanlar şampunları tualet, mətbəx dəzgahı və hətta dişlərini təmizləmək üçün istifadə edirdilər.

2. İddiaların əksinə, saçı yağlı göstərən maddə “sebum” su keçirməz olduğu üçün şampunların baş dərisinə o qədər də faydası yoxdur.

3. Şampundakı maddələrin sadəcə yüzdə 50-si su ilə reaksiyaya girir.

4. 1908-ci ildə Nyu-Yorkun ən böyük qəzetlərindən biri 6 həftədə bir şampunla yuyunmaq yerinə 2 həftədə bir şampunla yuyunmağın lazım olduğunu demişdi.

5. Çimməyin elə də məşhur olmadığı bir dövrdə kraliça I Elizabet ayda bir dəfə, ehtiyacı olmadığı hallarda isə heç yuyunmadığını qürurla deyirmiş.

6.
Mütəxəssislərin fikrincə, həftədə bir, ya iki dəfə şampunla yuyunmaq ən doğrusudur. Kəpəyə qarşı istifadə edilən şampunların içində silikon var.

7. Şampunların saça həcm verməsini və ya parlaqlığını artırmasını polimerlər təmin edir.

8. Astronavtlar kosmosda saçlarını yumaq üçün suya ehtiyac duyulmayan özəl bir şampundan istifadə edirlər.



9. Tibb bacılarının işini asanlaşdırmaq üçün yaponlar saç şampunlayan robot icad ediblər.

10. Eyni marka şampunların tərkibi ölkədən ölkəyə fərqlidir, çünki hər ölkədəki su keyfiyyəti dəyişkəndir.

11. Şampunların axın dinamikasını izah etmək alimlərin tam 40 ilini alıb.

12. Şampunlar yağ ləkələrini çıxartmaqda olduqca təsirlidir.

13. Körpə şampunlarının normallardan fərqi odur ki, polimer və nəmləndirici tərkibli deyillər.
 

0 şərh