Qarajda reallaşdırılan dahi ideyalar

Hər hansı bir böyük layihənin işə salınması üçün çoxlu pul, böyük məkan və bir o qədər də çox əməkdaşlar mütləq deyil. Bir çoxlarına öz layihə və yaxud ideyasını reallaşdırmaq üçün şəxsi qarajı kifayət etmişdir.
 
Əksəriyyətimiz həyatımız boyunca yaddaqalan və yaxud mühüm bir layihəni həyata keçirməyə can atırıq. İdeyalarımız çox olsa da, bəzən məqsədimizə gedən yolun üzərində gözlənilməz maneələr ilə rastlaşa bilərik: pul azlığı, məkanın olmaması, zaman məhdudluğu və müxtəlif kombinasiyalarda olan digər fərqli səbəblər. Lakin bütün bu bəhanələr heç də hər kəsi öz ideyasından imtina etdirməyə qadir deyildir. Bu məqalədə öz ideyasını reallaşdırmaq yolunda heç bir maneə qarşısında təslim olmayan və limitli şərtlər fonunda belə uğur qazanmağa nail olmuş insanların bir neçəsi ilə tanış ola biləcəyik.

Apple
Heç kəsə sirr deyil ki, Apple şirkəti hazırda dünyanın ən güclü texnoloji şirkəti hesab edilir. Onun əsası isə Steve Jobsun valideynlərinin qarajında qoyulmuşdur. 1976-cı ildə Steve Jobs (21 yaş) və Steve Voznyak (26 yaş) bu qarajda işləməyə başlayır və 30 gün ərzində əl ilə 50 kompüteri yerli pərakəndə satıcı üçün hazır vəziyyətə gətirirlər. Bu zaman kompüterlərin 1 ədədi 500 dollara satılır.
 

The Beatles
The Beatles qrupu yaranana qədər Jhon Lennon bir neçə məktəb dostu ilə birlikdə The Quarrymen adlı qrupun üzvü idi. Qrupun üzvlərindən birinin valideynləri artıq onların səs-küyünə dözə bilmədiklərini dedikdə, gələcəyin ulduzları arxa həyətdə lazımsız tikilidə qərarlaşmalı və məşqlərini burada etməyə məcbur olur.

Amazon
Ceff Bezos 1994-cü ildə Amazon şirkətini online kitab mağazası olaraq yaratdıqda o tamamilə öz qarajında qərar tutmuşdu. Şirkət 1995-ci ildə elə bu qarajdaca qablaşdırılan ilk kitabını satır. 

Harley Davidson
Uilyam Harley 1901-ci ildə öz velosipedinə mühərrik quraşdırmaq qərarına gəlir. Harley və onun dostu Artur Davidson bir neçə il ərzində yeni mühərrik yaradır və öz ilk motosikletlərini kiçik taxta “dam”-da yaradırlar. Əfsanəvi Harley-Davidson məhz belə yaranır.

Microsoft
Bill Gates və Pol Allen 1975-ci ildə qarajda Microsoft şirkətinin əsasını qoyurlar. Onlar məhz burada IBM üçün ilk əməliyyat sistemini 80 000 dollara qeydiyyatdan keçirirlər. Daha sonradan isə onlar hələ də fərdi kompüterlər bazarında dominantlıq edən Windows-u yaradırlar.
 

Disney
1923-cü ildə Uolt və Roy Disney əmiləri Robertin yaşadığı yerə köçürlər. Qardaşlar onun qarajında The First Disney Studio adlı şirkəti yaradırlar və hazırda dünya kinosənayesinin nəhəng şirkətinin ilk təməl daşı olur.

Google
1998-ci ilin yayında Stanford tələbələri – Larry Padge və Sergey Brin öz təhsil layihələri olaraq Google üzərində işləməyə başlayırlar. Gələcəyin nəhəng axtarış xidmətinin yaradılması Suzen Vodjinskinin qarajında həyata keçirilir və Google Inc. şirkətinin üç əməkdaşı rahatlıqla orada yerləşmişdilər.

Hewlett-Packard
Hazırda dünyanın məşhur və nəhəng məşhur şirkətlərindən biri olan HP 1939-cu ildə 538 dollar dəyərində investisiya ilə qarajda yaradılır.

Lotus Cars
Entoni Kolin Brüs Çepmen 1984-cü ildə valideynlərinin qarajında özünün ilk yarış avtomobillərini düzəltməyə başlayır. Bu gün Lotus Britaniyanın nəhəng idman və yarış avtomobili istehsalçısıdır. 

Nike
Nike şirkəti (1964-cü ildən 1978-ci ilə qədər – Blue Ribbon Sport) tələbə və öz məşqçisi tərəfindən yaradılır. Onların ideyası çox sadə idi: onların hər biri 500 dollar yatırır, asiyalı istehsalçılardan idman ayaqqabıları alırlar və onları öz brendləri altında satırlar. Bununla belə, şirkət mövcudluğunun ilk mərhələsində hətta qarajın icarə haqqını ödəyə bilmirdi və ticarəti avtomobilin baqaj hissəsindən edirdilər.
 
loading...

0 şərh