Dil necə formalaşır?

Doğulan hər hansısa körpə heç bir söz eşitməyəcək şəkildə izolyasiya edilərək böyüdülsə o, hansı dildə danışar? Və ya danışa bilər mi? Tarix boyunca müxtəlif şəxslər bunu başa düşmək üçün eksperimentlər aparmışdır:
 
1. Bu barədə ilk eksperiment 2700 il əvvəl Misirdə Firon Psamtik tərəfindən aparılıb. O, məsələni öyrənmək üçün 2 uşağın izolyasiya edilərək böyüdülməsini əmr verir. Sonda uşaqlardan biri «bekos» sözünə bənzər səs çıxardır, hansı ki, Frigya dilində "çörək" deməkdir. Firon uşağın ac olduğunu və ilk sözünün Frigya dilində olduğundan bəşəriyyətün dilinin bu dil olduğu qənaətinə gəlir.


2. 13-cü əsrdə İmperator II Fredrik bənzər eksperimenti daha irəli aparmış, doğulduğu andan uşaqların insan təmasından uzaqda böyüdülməsini tapşırmışdır. Təəssüf ki, eksperiment aparılan uşaqların heç biri sağ çıxa bilməmişdir.


3. 15-ci əsrdə Kral IV Ceyms Şotlandiyada bir lal qadına yalnız adada körpələri böyütməyi tapşırmışdır. Eksperimentin sonunda körpələrin İvrit dilində danışa bildikləri qeyd olunsa da tarixçilər bu iddianın saxta olduğunu düşünürlər.


Bütün bu ekperimentlər maraqlı və bir o qədər də qəddar görünə bilər, amma, şükürlər olsun ki, elmin köməyi ilə artıq bu cür qəddar eksperimentlər aparmadan sualın cavabı tapılmışdır.
Nəticədə məlum olmuşdur ki, biz dil öyrənməyə hələ 4 aylıq ikən ana bətnində başlayırıq. Ana hansı dildə danışsa və ya hamilə qadının yanında hansı dildə danışılsa körpə onu digər dillərdən ayırd edə bilir. Ananın dərisi körpənin səsləri qəbul etməsinə maneə deyil. Təcrübə zamanı doğumdan bir ay qabaq (8 aylıq körpə) otaqda başqa dildə danışıldıqda bətndəki uşağın ürək döyüntülərinin dəyişdiyi məlum olmuşdur. Bu körpənin doğulmamışdan qabaq belə dillər arasındakı ritmik fərqləri hiss edə bildiyini göstərir. Və əlavə olaraq bətndəki körpələr musiqiyə qulaq asdıqda da fərqli reaksiya verirlər. 

0 şərh