Edam edilən fil Mary

Mary adlı fil tarixin ilk asılaraq edam edilən filidir.
13 Sentyabr 1916-da Amerika Birləşmiş Ştatlarının Tennessi Ştatında, Erwin qəsəbəsində bir sirkdə nümayiş etdirilən Mary adlı fil, baxıcısının onu qəzəbləndirilməsi nəticəsində baxıcısına hücum etmiş və baxıcısını öldürmüşdü.

Charlie Sparksın səyahət edən bir sirki vardı və Mary adlı bu fil sirkdə ən çox nümayiş etdirilən heyvan idi. Demək olar ki, Mary olmadan hər hansı bir nömrənin nümayişi mümükün deyildi. 1916-ci ilin soyuq bir Fevral ayında, Marynin hər zamankı baxıcısı yox idi və ona təcrübəsiz bir baxıcı təyin etmək məcburiyyətində qalındı. Çünki 5 tonluq bir Asiya fili olan Mary, şounun ən əvvəl oyunçularından biri idi.

Təcrübəsiz baxıcı Maryni təşviq etmək istəyərkən onu şüursuz şəkildə yaralayır. Ağrılar içərisində qalan fil, qəzəbdən baxıcısını əzəndə olanlar olur. Erwin qəsəbə yolları inşa edilən, inkişaf edən və öz məhkəməsi olan bir qəsəbə idi. Cinayət günahından mühakimə olunan fil Mary günahkar bilindi və edamına qərar verildi. Fil Mary, Erwin qəsəbəsindən 40 km uzaqlıqdakı Kingsport qəsəbəsinin meydanında şəkildə görüldüyü kimi edam edildi.

Təbii ki 5 tonluq bir fil olan Mary adi kəndirlə asıla bilməzdi. Bu səbəblə bir dəmir yolu qaldırıcı kranı istifadə edilməyə qərar verilib. İlk sınaqda beş tonluq fili qaldıra bilməyən kranın zənciri qırılır, yerə düşən Mariyin budu və ayaqları sınır. İkinci dəfə isə daha da gücləndirilmiş bir zəncir tapılır və ölüm yenidən həyata keçirildi. Bu dəfə uğurlu oldu və fil Mary cinayət günahından dolayı edam edildi.
 
loading...

0 şərh