Maraqlı hadisələr

Amerikalı qadın Henriyeta Houland Qrin vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bundan xəbər tutan qonşular təəccüblənmişdilər. Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlunun ayağını operasiya etməli idilər. ana oğlunu pulsuz operasiya etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Henriyeta özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdür.
***
Ingilis C. Sonders Hyu-York stadionunda keçirilmiş yarışda fasiləsiz olaraq 191 kilometr məsafəni 22 saat 49 dəqiqəyə başa vurmuşdur. 1964-cü ildə 48 yaşlı bir idmançı Los-Anjelos ilə Nyu- York arasındakı məsafəni 73gün 8 saat 20 deqiqəyə qət etmişdi. O gündə orta hesabla 68.8 kilometr qaçmışdır. Idmançı bu qaçış zamanı 15 kiloqram arıqlamışdı.
***
"Nənələr cazı" adlı caz kollektivi İsveçrədə yaradılmışdır. Onların ən cavanının 50, ən qocasının isə 80 yaşı vardır. Kollektiv 20 nəfər çox yaşlı qadınlardan ibarət olmuşdur. Ifaçılar arasında 75 yaşlı Doroti Sauti öz gözəl ifaçılığı ilə fərqlənirdi.
***
Bu hadisə İspaniyada baş vermişdir. Ispanlar Pireney yarımadasını ərəblərdən azad etmək üçün mübarizə aparırdılar. Nəticədə onlar qalib gəldilər. Kordova şəhərinin başçısı ərəb Əli Mənsur son nəfəsinədək  vuruşmağı qərara alır. Lakin məğlub olur. O, islam dinin atır və xristian dinini qəbul edir. Ispan kralı onu hörmətlə qarşılayır və hərbi rütbə verir. Bir neçə gündən sonra Əli Mənsur xəstələnir, onun yanına çoxlu adamlar gəlir, onlarda xəstələnir. Sonra məlum olur ki, Əli Mənsur özünü taun  xəstəliyi ilə yoluxdurmuş və bu yolla ispanlardan intiqam almışdır.
***
Fransızlar ən nəzakətli xalq sayılır. Bir yazıçı bunu sübut etmək üçün yazır: Bu yaxınlarda Parisin köhnə bir qəbiristanlığında üzərində yazılar olan bir baş daşı tapdım. Orada yazılmışdır: "Mənim istirahət yerimə yaxınlaşanda ayağa qalxıb sizi salamlamadığım üçün üzr istəyirəm".
***
Belçikalı Jozef Tayyandenin qonşusu hər gecə maqnitofonu işə salır və eyni musiqini saatlarla çaldırırmış. Dəcəl qonşu polisin də sözünə baxmırmış. Bir dəfə qonşu gecəyarı maqnitofonda xoşa gəlməyən bir caz musiqisi çaldırır. Bu səsi eşidən tayyande çəkiclə divarı döyür. Divar güclü zərbəyə davam gətirməyib çatlayır və oradan gümüş pullar tökülür. Bu pulları evin keçmiş sahibi gizlədibmiş.
***
Itlər üçün mehmanxana, pişiklər üçün pansionatlar olub. Atlara isə tövlədən başqa bir şey təklif edilməyib. Atlara qarşı belə bir "nəzakətsizliyi" amerikalı Hendriks aradan qaldırmışdır.
O, Los-Anjelosdakı cıdırda atlar üçün xüsusi otel açdırmışdır. Yarışlardan əvvəl atlar həmin otellərdə istirahət edib, dincəlirdilər.
***
Yuqoslaviyada şəhər stadionlarının birində futbol oyunu kegirdi. Tamaşaçılar oyuna maraqla baxırdılar. Topa vurulmuş zərbələrdən biri daha güclü olur. Top yüksəyə qalxır və yerə düşmür. Tamaşaçılar özlərini itirirlər. Oyun yaddan çıxır. Hamı bu maraqlı hadisənin axırını gözləyir. Sən demə elə bu vaxt meydançanın üstündən qartal uçurmuş. O, havadakı topu yem bilib caynaqlarına alır. Yalnız stadiondan bir kilometr aralanandan sonra qartal topu yerə buraxır.
***
ən çox süd verdiklərinə görə dünyada üç ölkədə- ABŞ-da, Hollandiyada və Danimarkada inəklərə heykəl qoyulmuşdur. Dördüncü heykəl isə ildə 8 min l süd verən inəyə 1981-ci ildə Rumıniyanın Mureş şəhərində qoyulmuşdur.
Həminçinin: Heyrətləndirici çox maraqlı faktlar

3 şərh

2ral
Məlumatların çoxu köhnə olsa da,yenə də insanı heyrətləndirir.
Xrizoberil
hərdən arxivə də baş çəkmək gərəkir)))
Silen_ce
ən maraqlısı yığdıqlarını özü ilə qəbrə aparacağını düşünən qadının hekayəsi idi