Qəribə qanunlar

Qəribə qanunlar nə qədər gülməli, ağlamalı, sərt və satirik olsa da, onların faydalı olmaları da danılmaz faktdır. Azından bu qanunlar vaxtaşırı bizi həyatımızda mövcud olan qanunların indiki reallığa nə qədər uyğunlaşdığını nəzərdən keçirməyə sövq edir.

Los-Anjeles şəhərinin qanunlarına görə məhkəmə prosesi zamanı ifadə verən şahidlərə ağlamaq qadağan edilib.

Kaliforniya Ştatının qanunlarına görə böyüklərin uşaqlara palçıqlı suda oynamağı yasaq etməsi qadağandır. Hətta uşaqların bu məşğuliyyətinə mane olmaq cəhdlərini belə qanun qadağan edir.

Nigeriyada 1990-cı ildə "Orduda istifadə olunan rənglər haqqında" qəbul olunan Qanuna görə orduda istifadə olunan rənglərə boyanmış avtomobillərin əhali tərəfindən idarə olunması bu gün də qadağandır.

Miçiqan Ştatının Detroyt şəhərində kişilərin həyat yoldaşlarını bazar günlərində danlamaları yasaq edilib. Bu qanun hələ də öz qüvvəsində qalır. Maraqlıdır, görəsən ona nə dərəcədə əməl olunur?!

Böyük Britaniya qanunlarına görə qadın həyat yoldaşının razılığı olmadan şlyapa ala bilməz.

Kanadanın Ontario Ştatının qanunlarına görə xoruzlara şəhər daxilində banlamaq qadağan edilib. Görəsən bu qadağanı pozan xoruzu hansı cəza gözləyir?


Həmçinin bax: Rekordlar,
 

13 şərh

2ral
Dəlilərinə şükür.
Silen_ce
Miçiqan Ştatının Detroyt şəhərində kişilərin həyat yoldaşlarını bazar günlərində danlamaları yasaq edilib. Bu qanun hələ də öz qüvvəsində qalır. Maraqlıdır, görəsən ona nə dərəcədə əməl olunur?!

:)))) həftənin bütün günləri olsa lap əla olardı))
Türkəl
Los Anceles dairəsinin qanunlarına görə iki uşağı bir vannada çimizdirmək də qanunsuz sayılır.
Arizona ştatında Kaktusu kökündən kəsməyə görə 25 ilə yaxın iş verə bilərlər.
Alabama ştatında kilsədə yalançı bığ taxmaq və bazar günləri domino oynamaq qanunsuz sayılır.
Alyaskada məktəbli, məktəb ərazisində özündən hündür qar adamı düzəldə bilməz.
Okland şəhərində qəbirstanlıqdan quş yuvası oğurlayanlar cinayət məsuliyyətinə cəlb olunurlar.
Florida ştatında çılpaq halda duş qəbul etmək qanunsuz sayılır.
Havayi ştatında isə əkizlər eyni şirkətdə işləyə bilməzlər.
Rene
6-cı qanun mənə inandırıcı gəlmədi, ona görə özüm axtardım. )) Haqlıymışsınız… ) Və bir çox daha gülməli qanunları var imiş Floridanın… )))
Maraqlananlar üçün linki atıram: www.dumblaws.com/laws/united-states/florida
yravil
5 ci və altinci qanunun yeri yoxdur
nigaran
Böyük Britaniya qanunlarına görə qadın həyat yoldaşının razılığı olmadan şlyapa ala bilməz.

Kanadanın Ontario Ştatının qanunlarına görə xoruzlara şəhər daxilində banlamaq qadağan edilib. Görəsən bu qadağanı pozan xoruzu hansı cəza gözləyir?

Bu qanunlarin qəbul olunub əməl olunması ağlasığmazlıqdır.
Silen_ce
— Alyaska: Uçan təyyarədən canlı maral tullamaq qadağandır. 
— Kentukki: Cibdə dondurma aparmaq qəti qadağandır.
Oreqon: Buz meydançasında nikah mərasimlərinin keçirilməsi qadağandır.
— Setl Vaşinqton: Əgər qadın ailəli deyilsə, o, metro vaqonunda kişinin dizləri üstə otura bilməz.
Pensilvaniya: Kişi öz həyat yoldaşının yazılı icazəsi olmadan alkoqollu içki ala bilməz.
Massaçusets: Yataq otağının bütün pəncərələri bağlı olduğu hal istisna olmaqla yatanda xoruldamaq qadağandır.
— Konnektikut: Vətəndaşlara əlləri üstündə küçədən keçmək qadağandır.
— Ohayo: Qadına, kişinin şəkli önündə soyunmaq qadağandır.
— Merilend: Kinoteatra şir gətirmək qadağandır.
Oklahoma: İti cırnatsanız həbs edilə bilərsiniz.
- Missuri: Yanğınsöndürən gecə köynəyində olan qadını xilas edə bilməz.
Rene
Maraqlıdır, bir evde gece vaxtı yanğın çıxıbsa və yazıq qadın ancaq evi alov bürüyəndən sonra ayılıbsa və yaxud daha dəhşətlisi huşunu itiribsə yanğınsöndürən neynəməlidir?..))))
Rene
Yəqin qadının gecə köynəyini çıxarıb xilas etməlidir. Çünki qeyd olunub ki, qadını gecə köynəyində xilas etmək qadağandır, köynəksiz yox. )))))))))))))
Silen_ce
Xilas etmək üçün əsas tapıldı))))
Türkəl
Əgər yanğınsöndürən Qafqazlıdırsa, onda qadının gecə köynəyini çıxartmaq üçün əsas tapıldı!