İlk dəfə

* İlk dəmir yolu tunelini ingilislər 1826-1830-cu illərdə Liverpul ilə Mançester arasında salmışlar. Bu tunelin layihəsini Corc Stafenson vermişdir.
* İlk yazı makinasını 1714-cü ildə İngiltərədə mühəndis Henri Mill yaratmışdır.
*Dünyada ilk aptek 8-ci əsrdə Buxara və Bağdadda, 11-ci əsrdə isə Avropada Toledo şəhərində ( İspaniya ) yaradılmışdır.
* İlk futbol komandası bir qapıçıdan, bir müdafiəçidən, bir yarımmüdafiəçidən və səkkiz hücumçudan ibarət olmuşdur.
* Bizim eradan əvvəl 450-460-cı illərdə yaşamış Yunan tarixçisi Herodot özünün " TARİX " əsərində bitum və asfalt haqqında məlumat  vermişdir.    Slavyan ədəbiyyatında  " asfalt " sözünə 16-cı əsrə aid yazıda təsadüf edilir. İlk asfalt yollar Nyu-Yorkda, Bostonda (1872-1875 ) salınmışdır.
* İlk dəfə kağız bizim eranın 105-ci ilində Çində Tsay Lun adlı şəxs tərəfindən yaradılmışdır. Avropaya onu ərəblər gətirmişdir.
* 1045-ci ildə dəmirçi Bi Şen yanmış gildən, sonralar ağacdana. qalay və başqa metallardan hərflər hazırlamışdır.
* İlk qədim kitab Çində 868-ci ildə yaradılmışdır. Onun müəllifi Bah Tsze olmuşdur.
* İlk partlayıcı maddə 13-cü əsrdə Şərq ölkələrində kəşf edilmişdir. Avropada və Rusiyada isə partlayıcı maddə 14-cü əsrə aiddir.
*Üz qırxdırmağın əsasını Yunan sərkərdəsi Makedoniyalı İsgəndər qoymuşdur. Müharibə zamanı əlbəyaxa döyüşündə düşmənin əsgərləri onun əsgərlərinin saqqalından yapışıb yerə yıxdığını görən İsgəndər əsgərlərə saqqallarını qırxdırmağı əmr etmişdir.
* İlk svetofor dəmir yolunda tətbiq edilmişdir. Lakin müəllifi məlum deyil. 1868-ci ildə ingilis mühəndisi Hayt onu Londonda parlament binasının qarşısında meydana qoymuşdur. SSRİ-də svetofordan 1924-cü ildə Moskvada Kuznetski körpüsündə və Petrovkada istifadə olunmuşdur.
* Ədəbiyyatda ilk dəfə " qlobus " sözünə bizim eranın 2-ci əsrində rast gəlirik. Lakin o vaxt qlobusun özü olmamışdır. İlk qlobusu 1492-ci ildə alman geoloqu Bexayon hazırlamışdır. Rusiyada isə ilk qlobus hazırlanmasına 17-ci əsrin sonunda, 18-ci əsrin əvvəlində təsadüf edilir. İlk qlobusun diametri 91,4 sm olub. Onu Pskov şəhərində Karp Maksimov hazırlamışdır. Maksimov bu qlobusu Birinci Pyotra hədiyyə etmişdir.
* Sovet alimi Tixomirov 1921-ci ildə ilk dəfə olaraq reaktiv artilleriya silahının yaradılmasını təklif etmişdir. Sonralar Petropavlovski, Langemak, Artemyev, Klfymenova və s. artilleriyanın inkişafında böyük xidmətlər göstərmişlər.
İlk dəfə təxəllüslə çıxış edən müəllif eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış Yunan komediyaçısı Aristofan olmuşdur.

3 şərh

bahar
Məlumatlara görə təşəkkürlər.Amma «ilk qədim kitab» məsələsi mənə bir az qəribə gəldi
Anar_Lorens
Bu  melumatlari  men  bir  cildsiz...kiril  herfleri  ile  yazilmiw  bir  kitabdan  oxumuwdum....SSRI- newri  idi.....melumat  ucun  tewekkur…
Medikamentoz
Kitab və qlobus məsələləri dəqiq araşdırılmalıdır məncə.