Bunları bilirsinizmi?

‎1. Bibliya 2462 dilə tərcümə olunub. Həmçinin "Star Track" filmində yadplanetlinin danışdığı klinqon dilinə belə tərcümə olunub. Birdən yad planetlilər Bibliya oxumaq istəsələr çətinlik çəkməsinlər deyə =)
2. Dünyada mövcud olan bütün qarışqaların çəkisi dünyada yaşayan bütün insanların çəkisinə bərabərdir.
3. Braziliyada elə bir hörümçək mövcuddur ki, o kişiləri sancarsa həmin insanlarda bir neçə saat keçməyən ereksiya yaranır. 
4. Anatidaefobiya-elə bir qorxudur ki, bu qorxudan əziyyət çəkən insanlar elə zənn edirlər ki, onları hansısa ördək izləyir.
5. Ağcaqanadları sizdən uzaqlaşdıran vasitələr (sprey və ya kremlər) əslində ağcaqanadları sizdən uzaqlaşdırmır onlar sizi ağcaqanadlardan gizlədir. Belə ki, həmin vasitələr ağcaqanadların hissiyat hüceyrələrini keyləşdirərək onların insanları hiss etmək qabiliyyətini məhv edir. Beləliklə həmin an siz ağcaqanadlar üçün görünməz olduğunuz üçün o sizlərə yaxınlaşmır.
6. Həşərat yeməyənlər üçün xüsusi açıqlama =) Böcəklər dadına görə alma, eşşəkarısı meşə çərəzi, soxulcanlar isə qızardılmış donuz əti tamına malikdirlər. 
7. Orta hesablamaya görə qadın orqazmı kişi orqazmından 4 dəfə uzun çəkir.
8. Statistikaya görə əgər fəlakət baş verən zaman ilk 90 saniyə ərzində siz panikaya düşməmisinizsə deməli siz ya sağ qalacaqsınız yada ki rahat öləcəksiniz əzab əziyyətsiz =)
9. Orta hesabla bir ömür ərzində insanın ifraz etdiyi tərlə 25 metrlik hovuzu doldurmaq olar.
10. Hər il 30 000 insan özündən yeni seksual poz ixtira etmək arzusunu həyata keçirməyə cəhd edərək şikəst olurlar. Yaxşısı budur heçkəs özündən amerika kəşf etməsin =)

11. Asqıran zaman insan ürəyi bir neçə saniyəlik fəaliyyətini dayandırır. Ona görə asqıran zamanı insana Sağlam ol deyirlər.
12. Statistikaya görə Bazar ertəsi özünə qəsd edənlərin həll edici günüdür. Hesaba alınmış özünə qəsd hadisələrinin 96%-i həftənin birinci günü yəni Bazar ertəsi baş verib.
13. Ən maraqlı faktlardan biri isə odur ki, içdiyimiz suyu bizdən öncə bir neçə insan bir neçə dəfə içib. 
14. İnsan bədənində bakeriyaların sayı hüceyrələrin sayından 10 dəfə çoxdur.
15. Amerikanlıların raketin işə salınma kodu 00000000 idi və 17 il ərzində bu dəyişməz olaraq qalmışdır.

16. Homoseksuallıq 1500 növ heyvanlar arasında yayılmışdır. İnsandan sonra yalnız amazon delfinləri eyni cinsləri ilə uzun müddət yaxınlıq edirlər.
17. Metamfetamini ABŞ-da və Kanadada resept ilə aptekdən almaq mümkündür. Dezoksin adı altında satılan bu narkotik maddələri piylənməni müalicə etmək üçün həkimlər tərəfindən xəstələrə yazılır.
18. Kokos sudu o qədər təmiz və sterildir ki, İkinci dünya müharibəsi zamanı IV qan qruplu yaralılara plazma əvəzi bu süddən istifadə edirdilər.
19. Əslində biz burnumuzu tək güzgüdə deyil hər zaman görə bilərik çəpgözlükdən əziyyət çəkmədən. Sadəcə beynimiz bundan imtina etməyi daha üstün tutur. 
20. Qadın və kişi genetik cəhətdən daha çox şimpanzeyə yaxındırlar nəinki bir-birilərinə.

Həmçinin bax: Maraqlı bilmədiyimiz faktlar
Mənbə: Solo.Az
 

27 şərh

Responsible
Demək olar ki, hamısı təzə məlumatlar idi mənimçün. Təşəkkür.
bahar
Bir statistik məlumat da mən deyim: Orta hesabla gün ərzində 30-40 dəfə ürəyim dayanır.:))
Responsible
Ola bilər ki, qripsiz? :)
bahar
Sadəcə olaraq alerqiya
lili95
20 — ci bənddə biraz məntiqsizlik var, ümumilikdə götürəndə yaxşıdi
Responsible
Ümumiyyətlə həqiqətən genetik cəhətdən deyə bilərəm ki, insana ən yaxın heyvan şimpanzedir.
lili95
hörmətli Darvinə əsaslanaraq bunu deyə bilərik amma o bu fərziyəsinə görə tənqid olunmuşdu.
Responsible
Yox Darvinə görə yox. Bunu elmi araşdırmalar da deyir. Onlarda da bizdəki kimi qan qrupları, xromosom sayına görə, genlərə görə, tutulan xəstəliklərə görə oxşarlıq var.
lili95
doğruluq ola bilər amma mən buna ssona qədər razi deyiləm. bizim əcdadlarımız sadəcə həddən artık meymunlara bənzəmişlər.
Responsible
Əgər siz təkamül nəzəriyyəsinə inanmırsınızsa, meymuna bənzətmə söhbəti etməməlisiz axı. :)
lili95
düz demirsiz axı faktlar var. qədim insanı meymundan fərqləndirən çox cəhət var
Responsible
Mən bənzətməni sadəcə genetik tərəfdən etdim. Bu da normaldır. Təkamül nəzriyyəsinə görə isə insan inasanabənzər meymunlardan başlanğıc götürür. Bu fikirdə xarici görünüşcə bənzətmə var. Belə izah eliyim fikrimi.
lili95
nece genetikdir ki. insan beyni meymun beynindən bböyükdü
Responsible
Bilirsiz necə demirəm tam eynidilər və deyə bilmərəm. Amma şimpanze insanabənzər 4 meymun arasında (oranqutan, şimpanze, hibbon, qorilla) insana ən yaxınıdır və oxşar əlamətləri digərlərindən daha çoxdur.
lili95

bir şey də deyim də bənzəməkdə bir söz demirəm amma göründüyü kimi insan təkamülə uğrayaraq bu halına düşüb. bəs meymun niyə yerində sayıb. yeqin belə olacaqmış

Responsible
Siz təkamül nəzəriyyəsinə inanırsız?
Responsible
Onu demək istəyirəm ki, əgər siz inanmırsınızsa insanın əcdadlarını meymuna bənzətməməlisiniz. Nəzəriyyəyə inananların fikrincə meymunabənzər əcdadın təkamülü nəticəsində insan yaranıb.
lili95
yenə də siz dediyinizdə durdunuz mən də öz dediyimdə
Nailə Qasarayeva
Vay-vay, indiyə kimi nə qədər şey bilməmişəm. :-)
Amrxx584
13. Ən maraqlı faktlardan biri isə odur ki, içdiyimiz suyu bizdən öncə bir neçə insan bir neçə dəfə içib.
Dəhşət, çoox maraqlıdı :)))
Amil

Bəli, su həyatda dövr edir. Su atmosferdə 8 gündən, çaylarda 15-16 gündən, axarlı göllərdə 17 ildən, axarsiz göllərdə 350 ildən, daimi buzlaqlarda 15 min ildən, yeraltı sularda 250 min ildən sonra təzələnir — bərpa olunur.

Aysel218
13cu fakt dehsetlidi
məryam
13 heç razı deyiləm. Qalanları maraqlı idi.
Rene

19-cu mənə çatmadı, məncə bu düz deyil ))) Ümumilikdə maraqlı məlumatlar idi, təşəkkürlər… 13-cüyə inanmayanlar və ya buna dəhşət kimi baxanlar, siz suyun təbiətdə dövr etdiyini birinci dəfədir ki, eşidirsiniz? )))

məryam
Bilirəm dövr edir. Amma inanmaq istəmirəm. Sadəcə ona görə.
Medikamentoz
Bibliyanın tərcüməsi ən maraqlı info oldu.Ancaq Quranı başa düşmək üçün tərcüməsiz oxumaq lazımdır.Bunu Allah Quranda belə buyurur.