Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Osmanlı saraylarının zənci xidmətçiləri

Şərqin keçmişində “xacə”, yaxud “ağa” adı ilə çağırılan ad var. Güclü cinsə aid olsa da, cinsi cəhətdən gücsüz bu zümrənin saraylarda öz yeri və nüfuzu vardı.

Xədimetmə
Xədimetmə köhnə dövrlərdə, hərəm ağası, opera sənətçisi və kilsə xoru üçün musiqiçi yetişdirmək məqsədilə yetkinlik çağına çatmamış uşaqlara tətbiq olunan bir əməliyyat Xayaların əməliyyatla çıxarması yetkinlik çağından əvvəl edildiyində cinsi inkişaf dayanar, səs qalınlaşması və tüklənmə kimi cinsi xüsusiyyətlər aradan qalxar və cinsi orqanlar inkişaf etməzdi. Yağın bədənə paylanmasında dəyişiklik baş verdiyindən bədən qadına xas bir görünüş alardı. Əzələlər, normal yetkin kişi əzələləri kimi güclü olmazdı. Amma gənc adamın xayaları çıxarıldığında nəticə səs incəlməz, saqqal çıxa bilər, bir çox xədimdə cinsi istək itməz və kişilik orqanı sərtləşərdi.

Davamı →

Faşizm olmasaydı bu sevimli içkimiz də olmazdı

Hitler Almaniyası bəşəriyyəti ikinci dünya müharibəsinə sürükləməklə bərabər, əsirlər üzərində qeyri-insani təcrübələr keçməklə də tarixin yaddaşında qalıblar. Saysız-hesabsız konslagerlərdə əsirlərin üzərində aparılan təcrübələr on minlərlə insanın həyatına son qoymuşdu. Faşistlər əsirlər üzərində kimyəvi silahın təcrübəsindən tutmuş, ağrıkəsici olmadan əməliyyat qədər hər şeyi sınaqdan çıxarırlar. Amma faşist Almaniyasında ixtira edilmiş elə şeylər var ki, bu gün də dünyada onlardan istifadə edirlər.

Davamı →

Yeni il adətləri

Kayzen.az müxtəlif ölkələrin Yeni il adətlərini təqdim edir.

1) Vyanada Müqəddəs Stefan kilsəsində quraşdırılmış “Sülh Zəngi”nin təntənəli sədalarını dinləmək Avstriyada Yeni ilin yazılmamış qanunlarından biri hesab olunur. Dekabrın 31-də Kilsə meydanına minlərlə insan toplaşır. Keçmişdə bu ölkədə Yeni İl günü bacatəmizləyənlə qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu böyük xoşbəxtlik və uğur gətirir.

Davamı →

Sovet liderləri hansı alkoqollu içkilərə üstünlük verib?

Rusiyanın istehsal etdiyi alkoqollu içkilər, xüsusilə «vodka” adı ilə təqdim olunan araqlar dünyanın bir çox ölkələrində məşhurdur. Bu məşhurluğun iki səbəbi var — birincisi onun keyfiyyəti ilə bağlıdırsa, ikincisi də rusların özünün arağa olan münasibətindən, öz məhsullarını böyük „sevgi” ilə təqdim etməsindən irəli gəlir.
Çoxları rus arağının kəşfində “günah”ı Mendeleyevdə görür. Belə ki, o, 1885-ci ilin yanvar ayında „Spirtin su ilə birləşməsi” mövzusunda dissertasiya işi yazıb. Əslində isə hələ kimyaçı alimin elmi yaradıcılığından çox-çox əvvəllər ruslar çörəkdən spirt düzəldərək, üzərinə su əlavə etməklə araq hazırlayıblar və ilk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə açılıb.
Davamı →

Edam olunan yazarlar

Federiko Qarsiya Lorka – XX əsrdə yaşamış məşhur ispan şairi. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür.
İsaak Babel – XX əsr rus yazıçısı. Antisovet təbliğatçısı kimi həbs olunub, daha sonra öldürülmüşdü.
Tomas Mor – İngilis yazar. “Ütopya” əsəri ilə məşhurdur. VIII Kral Henrinin kilsənin başına keçmək istəyinə qarşı çıxdığına görə xain elan olunaraq edam edildi. Ölümündən 400 il sonra Papa tərəfindən müqəddəs adlandırıldı.

Davamı →

Yəhudilərin varlanmaq sirləri

Bütün dövrlərdə yəhudi millətinin nümayəndələri pul qazanmaq və var-dövlətlərini artırmaq bacarıqları ilə seçiliblər. Bu barədə dillərdə minlərlə əfsanə və lətifə dolaşır. «Forbes» jurnalının siyahısında da ilk yerləri adətən yəhudi milyarderləri tutur. Ümumiyyətlə, yəhudilər hələ qədimdən bankçılıq, sələmçilik və ticarətlə məşğul olublar, xristianlar arasında isə bu cür fəaliyyətlər o qədər də geniş yayılmamışdı. Odur ki, sərvət əldə etmək, iqtisadi müstəqillik qazanmaq və şəxsi maliyyə idarəçiliyi baxımından yəhudilərdən çox şey öyrənmək olar.

Davamı →

Zərdabi haqqında 10 maraqlı fakt

1. Həsən bəy Zərdabi uşaq vaxtı mədrəsədə oxusa da, ilahiyyata maraq göstərmirdi. Ona görə də atası onu rus məktəbinə qoyur. Yaxşı şagird olan Həsən bəy Zərdabi Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Həsən bəy Zərdabi burda rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəydəki vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xristian qızıyla evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina etməyə məcbur olur.

Davamı →

Yapon möcüzəsi?

Yaponiya heç də yad planetdən gələnlərin əli ilə yaradılmayıb və yaponların uğurlarında sirli-sehrli səbəblər yoxdur. Yaponiyanın inkişafının təməlində rasional izah edilə bilən səbəblər yatır.
 
Yaponiya haqqında düşüncələrimiz
Etiraf edim ki, mən uzun müddət yaponları dünya sakini saymamışam. Onların müdhiş uğurlarının arxasında sirli-sehirli səbəblər axtardığım çox olub. Maraqlısı budur ki, sonradan ətrafımda bir çox insanların da mənimlə eyni hissləri və düşüncələri bölüşdüyünü gördüm, amma önəmli məqam budur ki, içi mən qarışıq, bu insanların heç biri Yaponiyanın bu möcüzələrinin arxasındakı rasional, məntiqi əsasları tapmaq üçün əziyyət çəkib heç bir araşdırma etməmiş və heç bir şey oxumamışdı.  Savadsız insanlar kimi, asan yola əl ataraq işi möcüzəyə bağlayırdıq.

Davamı →

Gəncliyin bəlasına çevrilən narkotik

“Bir dəfə dadına baxım, bir də yaxın durmayacam”, deyənlər görmüşük ki, bu gün məzarına gül qoyuruq.
İlk dəfəsi belə asılılıq yaradır və bir göz qırpımında insanın işıqlı dünyasını zülmətə çevirir. Söhbət metamfetamindən gedir – burada o, daha çox “patı”, “şüşə” adlarıyla məşhurdur.
“Patı” Azərbaycanda son 3 ildə şiddətlə yayılmağa başlayan sintetik, süni narkotik vasitədir.

Davamı →