Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Dövlət katibimizin faciəvi sonu

Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olub. Atası İsmayılov Kazım Mirheydər oğlu əslən İsmayıllı rayonunun Basqal kəndindən idi. O, İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, dövlət və partiya işçisi işləyib.
Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə gedib. Onun Kosmonavtika elminə olan marağı ağır müharibə illərindən başlayıb. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil olur. 1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başlayır və aspiranturanı müvəffəqiyyətlə bitirir.

Davamı →

Token nədir?

Token – kriptovalyuta sektorunda son zamanlar tez-tez işlədilən terminlərdən biridir. Bu araşdırmada tokenlər, onların növləri və xüsusiyyətləri, kriptovalyutalar ilə fərqli və oxşar cəhətləri barədə maksimum faydalı və lakonik izah etməyə çalışacam.
Token – rəqəmsal valyutanın bir növüdür və ingilis dilində tərcümədə simvol, jeton mənasını verir. İlk token 1787-ci ildə İngiltərədə yaradılmışdı. Tokenlərə ehtiyacın əsas səbəbi isə gündəlik əməliyyatlar üçün kiçik nominallı sikkələrin olmaması idi. Bu tip tokenlərin buraxılması adətən lokal xarakter daşıyırdı və konkret əyalətlərdə müəyyən məhsulların alınması və ya dəyişdirilməsi zamanı keçərli idi. Müasir dövrdə tokenlər 2 əsas funskiyanı – maliyyə aləti kimi və informasiya təhlükəsizliyini təmin edilməsi funksiyasını yerinə yetirir. Təcrübədə tokenlər əsasən maliyyə aktivi kimi daha çox istifadə edilir.

Davamı →

Kriptovalyuta nədir?

Kriptovalyutalar rəqəmsal mübadilə vasitələridir. Hansı ki, kriptoqrafiyanı tətbiq edir və əməliyyat məlumatlarını paylaşaraq təhlükəsiz, gizli,nəzarət oluna bilən və potensial olaraq sabit olan pul sistemini yaradır.
Kriptovalyutalar öz adını kriptoqrafiyanın tətbiq olunmasından alıblar. Kriptoqrafiya əsasən təhlükəsiz və şəxsi bir mesaj göndərmək niyyəti ilə edilən əməliyyatları, həmçinin məlumat təhlükəsizliyi və identifikasiyası kimi əməliyyatlar üçün də məlumat şifrələməyin üsullarını öyrədir. Hər iki kəlmənin başlığında istifadə olunan “kripto” sözü Yunan dilində olan “kruptos” sözündən yaranıb və mənası “sir” deməkdir. Kriptovalyulatlar kriptoqraflar tərəfindən həm senzuraya, həm də fırıldaqçılığa davamlı olan rəqəmsal pul vahidi sistemini yaratmaq üçün inkişaf etdirilmiş bir çox texnologiyaları və nəzəriyyələri özündə cəmləyir.

Davamı →

Abay və onun mühiti: Erlan Sıdıkovun fundamental təqdimində

Türk xalqlarının düşüncə tarixinin bütövlüyü, yaxud vəhdəti ideyası türkologiya sözün geniş mənasında bir elm kimi təşəkkül tapandan bu günə qədər heç bir şübhə doğurmasa da, həmin ideya müasir dövrdə — XX əsrin sonu, XXI əsrin əvvəllərində ardıcıl olaraq fundamental araşdırmaların mövzusuna çevrilməklə ayrı- ayrı dahi şəxsiyyətlərin irsi timsalında bütün Türk dünyası miqyasında böyük maraq yaradacaq bir səviyyədə öz müfəssəl təhlil təcrübələrini nümayiş etdirməkdədir ki, bunların sırasında tarix elmləri doktoru, akademik Erlan Sıdıkovun Abay və onun mühiti haqqındakı əsərləri xüsusi əhəmiyyət kəsb edir.

Davamı →

İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər

Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan "İrəvan xanlığının bölgə mətbəxi" kitabının İstanbulda nəşr olunması diqqətçəkən hadisə kimi qarşılanıb.
Kitabın layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli AZƏRTAC-a bu mövzuda danışarkən bildirib ki, mənfur işğalçı qonşularımız tarix boyu Azərbaycan mətbəxini və yeməklərini də özününküləşdirib «erməni yeməkləri» kimi təqdim edir, bu saxtakarlığı indi də davam etdirməyə cəhd göstərirlər.

Davamı →

Bir dəfə Şirokinoda

Şirokinoya o unudulmaz səyahətlə bağlı heç bir qeydim qalmayıb. İndi yadıma düşənlər isə çox natamam, qırıq-sökükdür. Mənim kimi huşsuz adam üçün də beş ildən bəri yaddaşın küncündə hansısa qırıq-sökük xatirələrin ilişib qalması bir möcüzədir. Həm də Şirokinoda gəzdiyimiz yerləri asanlıqla unutmaq mümkün deyil. Robert Kapa deyirdi ki, çəkdiyin şəkillər yaxşı deyilsə, deməli gözəlliyə çox da yaxın olmamısan. Amma biz Şirokinoya çox yaxın idik. Əgər şəkil yaxşı alınmayıbsa, yaddaşımı günahkar bilməliyəm.

Davamı →

İki ölkəni üz-üzə qoyan casus qız

1987-ci il noyabrın 29-da içərisində 115 sərnişin olan Vyana-Bağdad-Əbu-Dabi-Seul marşrutu üzrə hərəkət edən Cənubi Koreyaya məxsus bir təyyarə qəfil radarlardan itdi və ehtimal ki, Andaman dənizinin üstündə partladı.
Sərnişinlərin yoxlanılması vaxtı özünü “yapon ailəsi” kimi təqdim edən iki şübhəli dərhal ələ keçdi: Bağdadda təyyarəyə minmişdilər və tezliklə qəzaya uğrayacaq təyyarənin son dayanacağında — Əbu-Dabidə düşmüşdülər və oradan Bəhreynə uçmuşdular. Bəhreyn polisi onları tez bir zamanda saxladı –saxta Yaponiya pasportları diqqəti cəlb etdi.

Davamı →

Ruhumuzun mistikası

Çox təsadüf etmişəm, əksər bəşər övladı elə zənn edir ki, bizlər bu dünyanın mövcudluğunda yalnız bir ömür yaşayırıq. Bu dünyada yaşadığımız müddətdə də yalnız bir ömrün imkanlarını və yaşadıqlarını görürük, yəni bu dünyada yaşamın reallığı qətiyyən digər, heç vaxt görmədiyimiz dünyaların, hətta mən deyərdim ki kainatların reallığına aidiyyatı mövcud deyil və bu heç vaxt mümkün olan reallığa bənzəmir.

Davamı →

Körfəz - dünyanın ən qaynar nöqtələrindən biri kimi

Bu dəfə dünyanın ən qaynar nöqtələrindən olan Körfəzdən bəhs edəcəyik.
Dünyanın iqtisadi xəritəsinə nəzər salsaq, planetdəki qitələri birləşdirən mühüm ticarət xətlərinin, nəqliyyat dəhlizlərinin məhz Körfəz vasitəsilə keçdiyinin, dünyadakı ən zəngin neft-qaz yataqlarının da məhz bu regionda cəmləşdiyini əminliklə deyə bilərik.

Davamı →

Öldürmək olmaz, amma lazımdır

Zorakılıq və siyasət – hər zaman bir-biri ilə toqquşan anlayışlardır. Bir tərəfdən, demək olar ki, dövlətin istənilən tərifi güc aparatını onun zəruri hissəsi kimi ifadə edir, onlardan ən məşhuru da Weberə məxsus olan – zorakılıq üzərində inhisarçılığın dövlətin zəruri xüsusiyyəti olmasıdır. Digər tərəfdən də, dövlətin əsas qayəsinin münaqişələrin sülh yolu ilə həlli olduğu əsas gətirilərək, ona qarşı (hərbi, polis, siyasi və s. kimi vasitələrə malik olması səbəbilə) zorakılıq ittihamı yönəldilir, bununla da delegitimizasiyasına cəhd edilir.

Davamı →