Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 807 topik

Bermud üçbucağı: Həqiqət, yoxsa əfsanə?



Xəritələrə baxsanız, Atlantik ökeanında bir tərəfi Mayami, bir tərəfi Puerto Rikoya digər tərəfi Bermud adalarına baxan yanlış formalı üçbucaq görünür. Əfsanələrə görə, bir çox adamlar, gəmilər, təyyarələr sirli şəkildə bu rayonda itkin düşürlər. İtkin düşənlərin sayı əsasən kimin üçbucağın yerini nə qədər bilməsindən və hesabatları necə aparmasından asılı olur. Üçbucağın ölçüləri 0.93-dən 2.79 mln.kv.metrə qədər dəyişir. Hər şey müəllifin təsəvvüründən asılıdır ( bəziləri Bermud üçbucağını Azor adalarına, bəziləri Meksika körfəzinə, bəziləri isə Vest-Hind adalarına aid edir). Bəzi tədqiqatçılar hesab edirlər ki, bu ərazinin sirri gedib Kolumba çıxır. Hesabı məhz həmin dövrdən aparsaq Bermud üçbucağında son 500 ildə 200-dən 1000-ə qədər hadisə baş verib. Hərbi- Dəniz, tarixi mərkəzinin əməkdaşı Hovard Rozenberq iddia edir ki, 1973-cü ildən bəri ABŞ-ın sahil mühafizəsi 8000-dən artıq fəlakət siqnalına cavab verib. Sonuncu yüz illikdə isə Bermud üçbucağında təxminən 50 gəmi, 20 təyyarə itib. Sirli itkinlərlə bağlı yadplanetlilərdən tutmuş Atlantidanın qalıqlarında yaşayan antiqravitasiya alətləri və ya digər hələ bizə məlum olmayan texnologiyalara sahib pis niyyətli insanla qədər çoxsaylı fərziyyələr irəli sürüldü. Bəziləri deyir ki, hər şeyin səbəbkarı qanlı axıntılardır, digərləri deyir əsas səbəb ərazidəki maqnitdir. Əlbəttə ki, biz bu rayonda baş verən bədbəxt hadisələri inkar edə bilmərik. Tədqiqatçı-skeptiklər isə daha çox real səbəblərə üstünlük verirlər. Onlar məsələn, təbiət, uğursuzluq, dəniz quldurları, partlayıcı yüklü gəmilər, savadsız dənizçilər və digər təbii və insan faktorlarına inanırlar. 

Ardı →

Insanların fərqlənmək arzusu-Qeyri-adi toylar

 Insanlar bəzən kreativliyi son həddə çatdırmağı bacarırlar..Bu isə bəzən kreativlikdən çox frik-şouya bənzəyir…  
    1)Bəy və gəlin 'Ulduz müharibələri' filmini çox sevirlər deyəsən  2) harmoniya  3)Şrek və Fiona real həyatda 4)Gotika tərzi 5)Mcdonaldsda toy-Bəy və gəlinin daimi görüş məkanı olub deyəsən  6) Zombi-toyu-həyatlarında və həyatlarından sonrakı zombi yaşamlarında uğurlar 7)Əsas odu ki Gəlinin üzü görünməsin :) 8)Təhlükəsizlik əvvəldir-Hərbiçi toyu                                                                                      Ola bilər ki normal bir mərasimlə evlənməsinlər-amma hər bir cütlüyə ailə həyatında uğurlar :)  
Davamı →

Əsl Drakula haqqında 10 tarixi fakt

DrakulaDünya ədəbiyyatında ən “məşhur” vampir Brem Stokerin təxəyyülünün məhsulu olan “Drakula”dır. “Klassik” Drakulanın müasir obrazı  bu vampir hesab olunur.

Əslində isə bu vampir obrazının törətdiyi müdhiş vəhşiliklər, əsl Drakulanın – yəni, həqiqətdə Valaxiyanın (indiki Rumınya ərazısı) knyazı olmuş, “Drakula” ləqəbli III Vladın törətdiyi qorxunc vəhşiliklərlə müqayisədə, uşaq nağıllarına bənzəyir. Müqayisə üçün azens.az saytının təqdim etdiyi aşağıdakı 10 tarixi fakta nəzər salaq:

1. Drakula çörəyi bir vedrə qana batırıb yeyərdi.
Drakula haqqındakı yazılardan belə məlum olur ki, əslində, Drakula, öz şikarının boğazını dişləyərək qanını içmirmiş. Amma o qanı qida məhsulu kimi gündə bir neçə dəfə qəbul edirmiş. O, işgəncə ilə öldürdüyü adamların qanını vedrəyə doldurtdurub, yediyi çörəyi vedrədəki qana batırıb qanla isladaraq, yeyərmiş.


Ardı →

Qafqaz, Gitara, Fındıq, Qardaş, Musiqi | Kəlməbaz

Qafqaz

“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotun mətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi 77-ci ildə Plininin “Təbii tarix” əsərində verilir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.
Qafqaz, Gitara, Fındıq, Qardaş, Musiqi, Kəlməbaz

Azərbaycan əfsanələrində  Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və  dar məqamda insanların imdadına çatan Simurq quşu da burada yaşayır.


Ardı →

Ölümlərini “kəşf edənlər”

Həm şöhrət, həm də pul gətirən şeylərdən biri də kəşfdir. İnsanlar həmişə nəsə icad etməyi arzulayıblar. Ancaq bəziləri var ki, kəşfləri insanlara fayda versə də, özlərinin ölümünə səbəb olub:

Mariya Küri – kimyaçı

İki dəfə Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib. 

Tomas Endrüs — memar
İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan “Titanik” gəmisinin memarlarından biri olub. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb. 
Ardı →

Test, Braziliya, Jurnal | Kəlməbaz

Test

KəlməbazLatın dilində  “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi. Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi. Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər. Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.

Braziliya

Portuqaliyalı  səyyah Pedru Kabral XVI əsrdə Braziliyanı kəşf edərkən oranı Həqiqi Xaç Torpağı (portuqalca Terra da Vera Cruz) adlandırmışdı. Sonradan bu ərazilər Müqəddəs Xaç Torpağı (port. Terra da Santa Cruz) kimi tanındı.


Ardı →

Lalə dövrü

Lalə Dövrü — 1718-ci ildə imzalanan Pasarofça Müqaviləsi ilə başlayan və 1730-ci ildə çıxan Xəlil üsyanı nəticəsində Padşah III Əhməd'in taxtdan endirilməsiylə sona çatan dövrə verilən addır.

Türkiyə Tarixində 1718-1730 illəri arasındakı dövrə Dövlət adamları daxil, istanbulluların baxçalarında lalə yetişdirib zövq almalarından dolayı ve tarixçilər tərəfindən bu illərə " Lalə dövrü " deyilmişdir. Elə məhz bu dovrdə lalə çiçəyi dünyaya yayılır ve çiçəyin soğani 500 qızıla satılırdı. Bu dönəmin padşahı III Əhməd (III Ahmet) və Ibrahim Paşadır. Sultan III Əhməd, Topkapı Sarayı ilə Yeni Câmi'də kitabxana, Ayasofya'da Sultan Üçüncü Əhməd Çeşməsi ve İstanbulun su ehtiyacını qarşılamaq məqsədiylə də Dəryayi Sim adlı bir su bəndi inşa etdirmiştir. İllərlə sürən hərblər və üsyanlardan bezmiş olan əhali, andlaşmalardan sonra qorxu və təhlükələrdən uzaq bir həyat sürməyə başladı.


Ardı →

Gözdən əlillər üçün telefon


Dünyanın bir çox ölkəsində əlil insanların cəmiyyətdən kənarda qalmaması, normal həyat tərzi yaşaması üçün bir çox dövlət və qeyri-hökumət təşkilatları tədbirlər, kampaniyalar keçirir,  dünyanın diqqətini əlil insanlara yönəltməyə çalışırlar.
Ardı →

Qəribə müalicə üsulları

guluş də mualicədirİnsan yarandığı gündən etibarən ölümsüzlüyün yolunu və gənclik «eleksiri»nin repestini tapmağa çalışır. Sağlam yaşamaq və gənc qalamq üçün effektli müalicə üsulları axtarır.
Gənc və sağlam qalmaq həvəsi insanları qəribə və elmi cəhətdən təsdiq olunmamış təhlükəli addımlar atmağa sövq edir. Baxmayaraq ki, tibbdə və elmdə bəzi müalicə üsulları rədd edilir, dünyanın bir çox yerində hələ də istifadə edilir. 

Qurğuşun — Azərbaycanda və bir çox müsəlman ölkələrində qorxunu aradan qaldırmaq üçün qurğuşun əridilər. Bunun təkcə qorxunu deyil, bədəndə yığılan bütün stress və gərginliyi aradan qaldırdığdığına dair də inanclar olduqca yüksəkdir. 

Peruda hamilə qadın delfinlərlə müalicədən istifadə edir. Delfinlərin buraxdığı yüksək tezliklə səslər ana bətnindəki uşağın beyninə müsbət təsir göstərir.
Ardı →

Məşhurların uğursuz və qəribə ölümləri

Rok-n-roll kralı tualetdə qusanda vəfat edib.2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.

“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub.
Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb.


Ardı →