Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Təlxəklik sənəti

KlounTəlxəyin sarayda varlığı sarayın gündəlik abu-havasını tənzimləməklə bağlı idi. Səhərdən axşamacan çalıb-oxumaq, fokus göstərmək, rəqs eləmək, kəndir üstə gəzmək, heyvan oynatmaq mümkün deyil, həm də adamı bezdirər. Lakin təlxək sarayda baş verən hər bir hadisəyə öz münasibətini bildirir. Təlxəklər həmişə çalışır ətraf mühitin əhvalı-ruhiyyəsin qaldırsın. Hər təlxək də şahın sevimlisi ola bilməzdi.
Təlxəklər müxtəlif istedad sahibi olublar. Onların çoxları hazırcavablıqdan, lətifə söyləməkdən əlavə, hər hansı bir musiqi alətində ifa etməyi, akrobatik hərəkətlər etməyi, fokus göstərməyi, rəqs etməyi və s. estrada janr növlərini ifa etməyi bacarardılar. Bu xüsusiyyətlər isə solo ifaçılıqda mühüm və müsbət xüsusiyyətlərdən biri sayılır.
Müasir estrada aktyorları peşəkar ifaçı olmaq üçün yuxarıda adını çəkdiyim müsbət xüsusiyyətləri bacarmalıdır. Belə ifaçılar dünya estrada sənətində çoxdur. Azərbaycanda da estrada və sirk səhnəsində belə ifaçılar olub. Sirkdə belə ifaçıları məzhəkəçi adlandırırlar.
Ardı →

UNO

UNOBu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar«la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın.

Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib… Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir?


Ardı →

Təsadüfi ölümlər

1898-ci ildə jurnalist-yazar Morgan Robinson «Titan» adlı bir kitab yazdı. Kitabda böyük bir reys gəmisi, okeanda aysberqə çarpırdı. 14 il sonra «Titanik» dəniz faciəsi meydana gəldi.

Təsadüflər zəncirinin ən inanılmazı, 1981-ci ildə ABŞın Boston şəhərində meydana gəldi. Randolp Matika, ildırım vurması nəticəsində evinin qarşısında öldü. Adamın dul yoldaşı yenidən evləndi. Kürəkən Pepero toy gecəsi siqaret çəkmək üçün balkona çıxdı. Düşən ildırım, kürəkənin ölümünə səbəb oldu. Qadın sinir krizləri keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. 1 həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu.

  Christina Veroni, 1991-ci ildə İtalyanın Torino şəhərində tramvay çarpması nəticəsində öldü. 4 il sonra atası Vittorio, eyni keçiddə eyni sürücünün istifadə etdiyi eyni tramvayın çarpması nəticəsində öldü.
Ardı →

İlk avropalılar kim olub?


Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.

Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. «Nature» dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var.


Ardı →

Bədnəzər

bədnəzərHamımızın həyatında baş verib bu. Geyinib- gecinirik, toya-ad gününə gedirik və qayıdandan sonra xəstələnirik. Ya da uşağımız çox şirin görünür, qonşular “ay Allah saxlasın” deyir, bir neçə dəqiqə sonra uşaq yıxılır, ya da qızdırması qalxır. İzahatımız dərhal hazırdır: uşağa bəd nəzər tuş gəlib, kiminsə gözü dəyib körpəmizə, özümüzə və s.

Bədnəzərdən qorunmaq üçün evinin ən gözəgəlimli yerinə, ya da uşağının boynuna göz muncuğu asan da var, evə gələn kimi üzərlik yandıran da. Hətta işi o qədər absurda çatdıranlar var ki, hər evə girib-çıxan olandan sonra bir “partiya” evi üzərlik tüstüsünə bürüyür. Nəsə, uzun sözün kəsəsi, nədir bu nəzər, bəd nəzər, göz dəymə, göz muncuğu  ilə bağlı əfsanələr? Uydurma, batil inanc, yoxsa elmi araşdırmanın nəticəsi? 
Öncə məsələnin elmi kökləri ilə bağlı. Elm deyir ki, parapsixologiya dilində “bioenergetik” gözdəymə mənfi təsirdi. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdı. Elm adamlarının da təsbit etdikləri kimi, göz yoluyla da hipnoz hadisəsini reallaşdırmaq mümkündü. Bədnəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. İlanlar siçanı, quşu və ya digər ovlarını belə tutar.
Gözlərindən göndərdiyi zəhərli şüalar yolu ilə ovunun beyin funksiyalarını pozmaqda və talesiz ov bir anlıq göz gözə gəlmənin əvəzini həyatı ilə ödəyər. Eynilə insanlar da göz yolu ilə qarşı tərəfə zərər verə bilərlər. Nəzər mövzusunda gözlərin daha təsirli olması onun şəffaflığının çox olması ilə də əlaqədardır. İnsan xüsusilə qısqanclıqla və pis niyyətlə, yəni kəm gözlə bir şeyə baxdığı zaman daha tez zərər verə bilər.


Ardı →

Ürək həbləri ağır xatirələri unutdurura bilər

Hollandiya alimlərinin dediyinə görə, adi ürək həbləri ağır itki və ya psixoloji travma keçirmiş insanlara sarsıntı və dərdlərini unutmağa kömək edə bilər.

Alimlərin qənaətinə görə, həmin həblərdə olan beta ünsurlərı ağır xatirələri blokadaya alaraq onları hafizədən tədricən silir.

Öz araşdırmalarında alimlər 60-a qədər adam üzərində müşahidə aparıblar. Həmin elmi araşdırmanın nəticələri «Nature» — Təbiət dərgisində dərc olunub.

Bununla belə, ingilis alimləri hollandiyalı həmkarlarının araşdırmasına bir qədər şübhə ilə yanaşırlar.

Onların fikrincə, ağır xatirəni silmək — arzuedilməz xalı götürmək deyil; bu, insanın şəxsiyyətini dəyişə bilər.

Bundan başqa, ingilis alimlərinin dediyinə görə, mənfi xatirələr və sarsıntılar mühümdür, belə ki, onlar insanlara öz səhvlərindən öyrənməyə və nəticə çıxarmağa imkan yaradır.

Digər tərəfdən isə, İngiltərə alimlərinə görə, bunun cəmiyyət üçün mənfi təsiri ola bilər.

Əgər, məsələn, zorlama qurbanı həb qəbul edərək onun başına gələnləri unudarsa, deməli, o, onu zorlayan şəxsə qarşı ifadə verə bilməyəcək və həmin şəxs cəzasız qalacaq.


Davamı →

Yuxu | 20 Fakt

Hər birimiz yatanda müəyyən yuxular görürük. Bəzilərimiz hər gün, bəzilərimizsə nadir hallarda, amma mütləq nə zamansa yuxu görürük.Bəs yuxu haqqında hər şeyi bilirikmi? Yəqin ki, çoxunuz YOX deyəcəksiniz. O zaman yuxu ilə bağlı bəzi həqiqətləri diqqətinizə çatdırıram. qorxulu yuxu

  1. Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.
  2. Korlar da yuxu görürlər.
  3. Hər gecə 4-7 yuxu görürük.
  4. İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.
  5. Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.
  6. Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.
  7. Hamı rəngli yuxu görə bilməz. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara rəngdə görürlər.
  8. İnsanlar 1915-50-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu «tendensiya» dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.

Ardı →

Lənətlənmiş çörək

Fransanın cənubunda yerləşən Pont Saint Esprit kəndində, 1951-ci il, avqustun 16-sı səhər tezdən çox qəribə hadisə baş verdi. Yuxudan ayılan kənd əhalisi 1-2 saat içində dəli olmağa başladı. İnsanlar polisə tez-tez əjdaha gördüklərini, həmin əjdahanın onlara hücüm çəkdiyini söyləyirdilər.
Həmin gün bir nəfər “mən təyyarəyəm” deyərək, özünü ikinci mərtəbədən atdı. Qaçaraq həkimə gələn biri isə: 

-Həkim, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın. — deyə yalvardı.
Küçələr dəli olan insanlarla dolu idi. Bu qəribə hadisə 5 nəfərin ölümü, 300 nəfərin yaralanması, 50 nəfərin isə dəlixanaya düşməsi ilə nəticələndi. Fransa tarixinə bu gün “lənətlənmiş çörək” adı ilə düşdü. Mütəxəssislər səbəb kimi, çörəyə qarışmış göbələyin keyləşdirici və hallüsinasiya yaradan təsirini göstərdilər.


Ardı →

Abort

abortAbort  müasir dövrdə geniş müzakirə olunur. Lakin tarixə nəzər yetirdikdə hamiləlikdən azad olunmanın bu üsulu keçmişdə də xeyli mübahisələr doğurub. 
Antik dövrlərdə həkimlər bəzi bitkilər, kəsici alətlər və digər üsullarla abort ediblər. Tibb elminin yaradıcısı olan Hippokrat isə öz məşhur andındakı mətndə qədim Yunanıstandakı həkimlərə iti alətlərlə abort etməyi qadağan etmişdi. Hippokratın andında deyilir: “Heç bir qadına qarşı abort qurğusundan istifadə etməyəcəyəm”. 

Yunan filosofu Aristotel isə tamam əksini düşünürdü: “Əgər ər-arvad uşağın doğulmasına qədər gözləməyin əleyhinədirlərsə, onda döl ona duyğu və həyat verilməmişdən əvvəl tələf edilməlidir”. 

Orta əsrlərdə də ağır dini qadağalara baxmayaraq, abort həyata keçirilirdi. Xristian kilsəsi həmişə aborta qarşı sərt münasibət sərgiləyirdi və Papa V Stefan 887-ci ildə kilsə hökmündə yazırdı: “Əgər kim qadının bətnindəkini məhv eləsə, o insan qatilidir”. 
Ardı →

35 qəribə fobiya


 (Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya — qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya — fleytadan qorxu
4. bibliofobiya — kitabxanalardan qorxu
5. verbofobiya — sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya — tərləməkdən qorxu
8. qrafofobiya — əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya — nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya — ədalətdən qorxmaq
Ardı →