Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Bunları bilirsənmi?

ABŞ-da ən varlı 200 nəfərin 50 faizi yəhudidir

İnsanlar dogrunu söyləyəndə yuxarı sola baxırlar çox vaxt. Yalan danışanda isə aşağı və tez-tez gözlərini yumub danışırlar.

İnsan 500 il yaşaya bilər!

Qızarmış kartofla qızarmış əti yemək çox zərərdi.

İlan sarımsaq və yarpızdan qaçır.

Kuveytdə ailəli tələbə 1200 dollat təqaüd alır.

11 sentyabr hadisəsi zamanı həmişə təlimata uyğun hərəkət edərək kor kişini ekizlər binasına gətirən it bina dağılan gün ora daxil olmaqdan imtina edib və o kişi sag qalıb...

Körpələr 3 aylığına kimi səs eşitmirlər..

Dəvə siqaret çəkən və piyan adamı xoşlamır.  

TQDK əslində Tələbə Qətli Üzrə Dövlət Komissiyasıdır)))(sonda zarafat)

 

 

 

              


Davamı →

"Qızıl üzüyün fəsadları və faydası"

Məlumdur ki, Məhəmməd peygəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər. Onların fikirincə qızıldan olan üzük sağlamlığımıza kifayət qədər ciddi təsir göstərir. Kişilərə qızıl üzük daim gəzdirmək olmaz. Çünki qiymətli metal vaxt keçdikcə oksidləşir və kimyəvi reaksiya məhsulları əmələ gətirir. Bu isə kişilərin cinsiyyət vəzilərinə mənfi təsir göstərir. Cinsiyyət vəzilərinin fəaliyyətini əyarından asılı olmayaraq bir milliqram qızıl oksidi də pozur. Maraqlı odur ki qızılın mənfi təsiri qadınlara aid deyildir. Alimlər bunu qadın orqanizminin hormonal və cinsiyyət sisteminin xarici təsirlərindən yaxşı müdafiəe olunması ilə izah edirlər.  

Lakin qızıl üzüyün orqanizmə təsirinin digər mexanizmi də var. Məlumdur ki, barmaqların ucunda xeyli sinir ucları cəmlənmişdir. Təbii ki, üzüyü taxarkən sinir impulslarının ötürülməsinə fikizi təsir göstəririk. Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəlikləri doğurur. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib cıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir. Alimlərin fikirincə qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və buradabaş verən prosesləri fəallaşdırır. Mütəxəssislər qadınlara qızıl əşaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər. Bundan əlavə ürək xəstəliklərindən hipertoniyadan əziyyət çəkən xanımlara qızıl çox xeyirlidir. Gümüş gəzdirmək isə təzyiqdən şikayətlənən qadınlar üçün məsləhət deyildir... 

Zərərinə baxmayaraq hər kəsə nişan üzük taxmaq nəsib olsun)

  


Davamı →

Dünyanın ən sirli təriqətləri

Onlar ya dünyanı idarə edir, ya da idarə edənləri təsir altında saxlayır
Deyilənə görə, əslində dünyanı idarə edənlər elə onlardır. Hamımız onların haqqında çoxsaylı miflər, əfsanələr eşitmişik. Söhbət dünyanın ən sirli və cazibədar təriqətlərindən gedir. Türkiyə mətbuatında bu təriqətlər barədə yazılanları Lent.az-ın oxucularına təqdim edirik. Beləliklə...
Dünyanı idarə etdiyi iddia olunan ən sirli örgütlər hansılardı? Onların məqsədləri nədir? Necə yaranıblar? Bu sirli təriqətlər nə qədər insanı birləşdirir?


Ardı →

Kulinariya kəşfləri

Makaron
 
  Makaronun ilk dəfə harada hazırlandığı bu gün də mübahisəlidir. Çin, Yaponiya, Fransa və İtaliyanın da daxil olduğu bir çox ölkələr bu icada iddiaçıdırlar. Bəzi mənbələrə əsasən makaronun 13-cü əsrdə İtaliyaya Marko Polo tərəfindən gətirildiyi güman edilir.
Ardı →

Dahilərin həyatından

Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bunu görən ev darğası deyir: " Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin də bir sərhədi var. " Natəvan cavabında deyir: " Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir. "
Ardı →

Qərbdə çoxarvadlılıq

Bəzi mənbələrdə çoxevlilik (çoxarvadlılıq) ancaq İslam dininə ibadət edən xalqlara məxsus yaşam tərzi kimi göstərilir. Əslində isə çoxarvadlılıq təkcə müsəlmanlar arasında deyil, digər dinlərə sitayiş edən xalqlarda da mövcud olub.   Dini ekspertlərin fikrincə, çoxevlilik həm tarixən, həm də bu gün xalqların həyat tərzinə, iqtisadi vəziyyətinə, imkanlarına, kişi və qadınların statusunun nisbətinə uyğun yaşanan həyat tərzidir.

Qədim Misir, Babil, Yunanıstan, Hindistan və bir çox ölkələrdə çoxarvadlılıq mövcud olub. Buna görə də onu təkcə İslama ibadət edən ərəblərə, farslara, türklərə şamil etmək yanlışdır, xristianların da həyatında bu cür evliliyə rast gəlmək mümkündür. Brahmanizm və Zərdüştilik kimi dinlərdə də çoxevlilik mövcud idi.
Ardı →

İnsanın sifət quruluşuna görə xarakteri

Çinli alimlər insan xarakterlərini üz çizgilərinə görə müəyyən etməyin mümkünlüyünü bildirirlər. Çinli alimlər üz çizgilərinə görə xarakteri müəyyənləşdirərkən alın, burun, çənə, qaş, göz və dodaqların quruluşunu əsas götürürlər.

Alın insanların düşüncələrini inkişaf etdirmə üsulları haqqında məlumat verir. Geniş alına sahib olan insanlar güclü xəyal gücünə və yüksək intellektə malikdirlər. Dar alın insanların diqqətli, vaxtda önəm verən, riyazi bacarıqlarının yüksək olduğuna işarədir. Donqar alına sahib olanlar isə təşəbbüskar, yola gedən və paylaşımçı olaraq qəbul edilir.
Ardı →

Məşhurlar ölüm anında...

Şotland tarixşisi Tomas Karley ölüm ayağında cox sakit halda: «Hə ölüm bu imiş sən demə !»

Bəstəkar Edvard Qriq: «Neyləmək olar, əgər bu qaçılmazdırsa..»


Kraliça Mariya Antuanetta edam olunmazdan əvvəl özünü cox sakit aparıb… Hətta dar ağacına yaxınlaşarkən bilmədən ayağını tapdaladığı cəllada: «Bağışlayın cənab, mən bunu bilmədən etdim» deyə üzrdə isəyibmiş.


Roma imperatoru Tiran Neron ölüm qabağı qişqırtı ilə: «Dahi bir artist ölür»


Vaslav Nijinski, Anatol Frans, Cüzeppe Qaribaldi, Corc Bayron ölümqabağı 1 söz deyiblər: «ANA»


Ardı →