Рейтинг
+13.89

sirrli ölümlər

11 üzv, 4 topik

Lənətlənmiş roman

Mixail Bulqakovun “Master və Marqarita” romanı ətrafında gəzən söz-söhbət bitmir.

Zarafat deyil, bu əsəri ekranlaşdıran, səhnələşdirən, yaxud orada rol alan aktyorların həyatında mütləq faciəli hadisələr baş verir.

Əsərin baş qəhrəmanı Volandın bir sitatını xatırlamamaq olmur: “Bu roman hələ sizə çox sürprizlər gətirəcək”.

Volandın xəbərdarlıq etdiyi “sürprizlər”lə üzləşənlərin halına acımamaq olmur.

Əvvəla onu qeyd edim ki, kifayət qədər populyar olan bu roman Rusiyada dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb.

1972-ci ildə Andrey Vayda “Pilat və başqaları” adlı film çəkir. Ad başqa olsa da, süjet xətti “Master və Marqarita”nı xatırladırdı. Filmin çəkilişləri bitən kimi Yeşua obrazını canlandıran aktyor sirli şəraitdə öldü. Elə həmin il bu mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkdilər. Lakin filmin nümayişı İtaliyada qadağan olundu, rejissor isə ölkədən qovuldu. O, sonradan yad ölkədə kasıbçılıq içində öldü.

1990-cı illərdə Moskvanın “Cənub-Qərb Teatrı”nda “Master və Marqarita” səhnələşdirildi. Voland obrazını canlandıran Viktor Avilov özünü pis hiss etməyə başladı. Aktyor pis ruhlardan qorunmaq üçün üzərində xaç gəzdirirdi. Amma bu kömək etmədi. Tamaşanın premyerasından sonra həkim müayinəsindən keçən Avilovda xərcəng xəstəliyi aşkarlandı.
Ardı →
 

Ceyms Dinin lənətlənmiş “Porcshe”si

Təsadüflərə inanırsınız? Bəzən  elə hadisələr olur ki, bilmirsən ona təsadüf deyəsən, ya yox. Mistika adlandırın, nə deyirsiz deyin, ancaq bu real faktdır. İnanılmaz olsa da.

Bu hadisə 1955-ci ildə baş verib. Həmin il sentyabrında bir neçə dəfə ralli qalibi olmuş Ceyms Din özünün Porsche 550 «Spyder»  idman avtomobilində qəzaya uğrayaraq həlak oldu. Sürücünü dəfn etdilər, yarasız hala düşmüş avtomobili isə zibilliyə atmaq əvəzinə təmir etməyə qərar verdilər. Hər şey bundan sonra başladı...

Əzilmiş avtomobili təmir olunmaq üçün yük maşının yedəyinə qoşdular. Qaraja çatarkən qəfildən maşının mühərriki qoparaq ustanın ayaqları üstünə düşür. Onun hər iki ayağı bir neçə yerdən sınır.

Bir qədər sonra avtomobilin mühərrikinə müştəri tapılır. Alıcı varlı-hallı həkim idi və o, mühərriki idman avtomobilinə yerləşdirir. Az keçmiş həkim elə Ceyms Din kimi qəzaya uğrayaraq həlak olur.

Maraqlıdı ki, bu lənətlənmiş avtomobilin təmir olunduğu və ustanın ayağının sındığı qaraj günlərin bir günü yanaraq külə dönür.


Ardı →
 

Dahi masonun ölüm səbəbi

“Həmin naməlum adamın təsviri gözümün önündən getmir. Qara, uzun paltarı, parıltılı maskası məni vahiməyə salır. O, elə hey dayanmadan məni “rekviyem”i  bəstələməyə  məcbur edir. Artıq ölümün nəfəsini duyuram. Həyatım sona çatmamış bu əsəri bitirməliyəm. Bu, mənim ölüm marşımdır. Həyat və musiqi gözəl idi. Artıq bütün gözəlliklərlə vidalaşmağın zamanıdır”.

Motsartın dostuna yazdığı bu məktubu oxuyanda, insanda elə bir təəssürat yaranır ki, sanki, o, öləcəyini əvvəlcədən bilirmiş. Bu məktub onun masonlar tərəfindən öldürüldüyünə dair fikirlər səsləndirməyə bizə əsas verir. 


Motsartın həyatının  başqa, mühüm fraqmentləri:


Ardı →
 

Məhşur insanların sirli ölümü

Məhşur insanların ani ölümün səbəbləri hər zaman maraqlı olub. Araşdırmalar, istintaqlar müxtəlif fərziylər irəli sürüb, amma nəticələr hec də hər zaman dəqiq olmayıb. Onların sirli ölümlərinin üstü hələ də açılmayıb. Qətil, intihar yoxsa əcəl?!             

1963-ci il, avqustun 5-də Merlin Monronun cəsədi tapılır. Onun mədəsində və qanında yüksək miqdarda yuxugətirci və ağrıkəsici maddələr aşkarlanır. Lakin Monronun ölümqabağı məktub yazmamağı intihar ehtimalını sıfıra endirir. Onun sirli ölümü hələ də gizli qalır. Ancaq bu ölümlə bağlı bir neçə versiya var. Bəziləri bunu Kennedi qardaşları, bəziləri mafia tərəfindən sifarişli ölüm, bəziləri isə bədbəxt hadisə adlandırır.


Ardı →