Marketinq anlayışı və marketinq predmetinin yaranma tarixi

“Marketinq” termini ingilis dilində “market” sözündən götürülüb “bazar” mənası verir. Bu buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır.
Istehsalın istehsalı və mürəkkəbləşdirilməsi, yeni məhsul növünün yaradılması, texnika və texnologiyanın modelləşdiriləsi, dizaynın yaxşılaşdırılması istehsalçını məcbur edir ki, o əvvəlcədən insanların və sahibkarların tələblərini dəqiq öyrənməlidir. Bu onun üçün zəruridir ki, müəsisə məhsul (xidmət) istehsal etmək məqsədilə xeyli miqdarda maliyyə, əmək və material resurslarını hədər yerə sərf etməsin.
Marketinq XX əsrin əvvələrində ABŞ-da meydana gəlmişdir. marketing
Filipp Kolterin verdiyi tərifə görə: Marketinq-ehtiyacların və tələbatların mübadilə vasitəsilə öyrəsilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür.
Satış marketin aysberqinin yalnız üst hissəsidir, suyun altında qalan hissə isə marketoloqların biz görmədiyimiz zəhməti və səyləridir.
“Əgər bazar xadimi-Filipp Kotler demişkən-marketinq istehlakçı ehtiyaclarının aşkar olunması, münasib əmtəələrin hazırlanması və onlara müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkili və səmərəli stimulaşdırılması kimi bölmələri üzərində yaxşı çalışmışsa, belə mallar əlbət ki, asanləqla satılacaq”.
Marketinq haqqda idarəetmə problemləri üzrə aparıcı nəzəriyyəçilərdən biri olan Piter Druker  deyir-“Marketinqin məqsədi satış üzrə qüvvə sərfini lüzumsuz etməkdir. Onun məqsədi müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun və özləri – özlərini satsınlar”.
Lakin bu heçdə o demək deyol ki, satış üzrə səylər və onun stimullaşdırılması öz əhəmiyyətini itirir. Söhbət ilk növbədə bundan gedir ki, onlar daha geniş “marketinq kompleksinin” bir hissəsinə, yəni bazara yüksək dərəcədə təsir göstərmək üçün bir-biri ilə uzlaşdırılması zəruri olan marketinq vasitələrinin məcmusuna çevrilirlər.
Marketinq adətən satıcıların nəsibi hesab edilsədə, onunla alıcılar da məşğul olurlar. Həta evdar qadınlar dəyərini ödəməyə hazır olduğları münasıb qiymətli malları axtararkən özlərinin şəxsi “marketinqini” həyata keçirirlər.
Satıcı bazarı-elə bazardır ki, burada satıcılar üstün hakimiyyətə malikdirlər.
Alıcı bazarı-elə bazardır ki, orada alıcıların daha çıx hakimiyyəti var.

0 şərh