Reklamda ən güclü sözlər

Təsirli sözlərdən istifadə edərək reklamı necə daha məhsuldar edə bilərik?

On illər ərzində reklamlar daim dəyişib, lakin müxtəlif şüarlardan ibarət olan bəzi sözlər öz aktuallığını qoruyub saxlaya biliblər.

Reklamların məhsuldarlığını artırmaq üçün bir neçə güclü və təsirli sözlər təyin edilmişdilər.

Əgər siz öz şirkətinizin məhsullarının irəliləməsini və yaxud nəyə görə reklama baxdıqdan sonra müəyyən bir məhsulu almaq qərarına gəldiyinizi istəyirdinizsə, o zaman bu məqaləni diqqətlə oxuyun.

Biz sizə bu məqalədə sözlərin müştəriyə təsirinin artması ardıcılıqda təqdim edəcəyik.Beləliklə, siyahının sonunda olan sözlər ən təsirli sözlərdir.

1. Yeni
Çox az adam tamamilə yeni bir məhsuldan imtina edə bilər. Hətta bu söz ən yeni məhsulu təsvir belə etməsə, siz «yeni» sözündən istifadə edərək satışlarınızı yüksəldə bilərsiniz.

Biz hər birimiz ən son model telefon (IPhone silsiləsini xatırlayın), yeni avtomobil, yeni paltar, yeni ayaqqabılar, yeni ətirlər, yeni reseptlər istəyirik. Üstəlik, “yeni” olan hər şeyə görə artıq pul verməyə də hazırıq.

2. Qənaət
Kim alış- veriş edən zaman qənaət etmək itəməz ki? Əslində bizim istəklərimizin 99%-i qənaət etməyə və bir az pul toplağa yönəlib.

Dünyada ən varlı insan belə öz pulları ilə sağollaşmaq istəməz.

Buna görə əgər siz hardasa qənaət etmək imkanı görsəniz, bundan yararlanmaq istəyəcəksiniz. Lakin məhsulun qiymətini də düzgün şəkildə aşağı salmaq lazımdır.

Digər bir fən də vaxtın qənaətinə aid ola bilər. Bizim zamanda bu çox aktualdır, çünki vaxt- puldur.

3. Təhlükəsizlik
Hər birimiz üçün təhlükəsizlik vacibdir. Məsələn, biz nahara yemək alanda. Biz əmin olmaq istəyirik ki, pullarımızı təhlükəsiz məhsullara yatırırıq. Həmçinin hər birimiz üçün uşaqlarımız təhlükəsiz oyuncaqlarla oynadığı da çox vacibdir. Geyim və ayaqqıbılara da bu istəklər şamil olunur.

4. Yoxlanılmış və yaxud Etibarlı
Adətən müştərilər ilk dəfə gördükləri məhsullardan çəkinirlər. Onlar yəqin ki, ilkin olaraq bu məhsul haqqında qiymətləndirmələri gözləyərək və daha sonra həmin məhsulu almağa risk edəcəklər.

Lakin bu halda belə bir fəndən istifadə etmək olar. Məsələn, tədqiqatar aparmaq və alınmış nəticələri hər hanısa məşhur bir şəxsin fikri kimi geniş kütləyə açıqlamaq. Bir neçə şirkətlər bu cür ifadələrdən istifadə edirlər: «10 pişikdən 8-i böyük məmnuniyyətlə bu yeməkdən qidalanırlar. Bu haqqda bizə onların sahibləri danışırlar».

5. Sevgi
Bu sözün bir neçə mənası və anlayışları var. Hanısa ayaqqabıya vurulmaq və yaxud ümumiyyətlə alış- veriş prosessinin özünü sevmək olar. İstənilən halda, «sevgi» güclü bir hissdir, buna görə bu sözlə ehtiyyatla davranmaq lazımdır.

6. «Özünüz üçün kəşf edin»
Siz nə vaxtsa bu ifadəni reklam başlıqlarında görmüsünüz? Bəlkə də, hə, bəlkə də yox. Lakin şirkətlər reklamlarda həqiqətən də bu ifadədən istifadə edirlər. Siz sanki bir insanı sonda onu sürpriz gözləyən maraqlı bir işə sövq edirsiniz. Bu hədiyyə qablaşdırmasına bənzəyir.

7. Zəmanət
Bu söz «təhlükəsizlik» sözünün sinonimidir. Hər hansısa məişət məsələlərində zəmanətli əşyaların olmasını təsəvvür etsəniz, siz bu sözün əhəmiyyəti başa düşəcəksiniz.

Reklamlarda «zəmanət» sözü material, rəsmi təsdiqləmə kimi səslənir. Məsələn, məhsulu bəyənmədiyini zzhalda onu qaytara bilmək imkanınız. Həmçinin bu fənnə sizin məhsulu bəyənmədiyiniz halda pullarınız qaytarılması da aiddir. Əksər insanlar geri qaytarmaq imkanlardan istifadə etmirlər belə. Çünki onlar uzun sürən və çətin olan bu prosessdən qaçırlar.

8. Sağlamlıq
Təbii ki, bu sözdən adətən qida məhsullarının reklamında istifadə edirlər. Əgər siz öz məhsulunuzu və ya xidmətlərinizi təsvir etmək üçün bu sözdən istifadə edə bilərsiniz. Lakin bu sözlə ehtiyyatla davranmaq lazımdır. Məsələn, “KFC” müştəriləri onların satdıqları toyuqların tamamilə faydalı olduqlarına inandırmaq istəyəndə heş kəs onlara inanmamışdı.

9. Nəticələr
Bu söz ən təsirli sözlərdən biridir, çünki hər kəs nəticələri uğurla əlaqələndirir.

Siz hər hansısa bir nəticəyə zəmanət veridyinizdə, məhsulunuzun uğurla satılmasının göstəriciləri artır.

10. Siz
Bu söz hər zaman ən təsirli söz olub və elə qalmağa davam da edəcək. Siz müştərilərə şəxsən müaciət etdik də oların diqqətini öz məhsulnuza cəlb edirsiniz. Məsələn, «Gəlin siizdən danışaq»» və yaxud «Sİz o qədər yaxşı bilirsiniz ki, Sizinlə vaxt keçirmək çox maraqlıdır…». Razılaşın ki, bizim bizə diqqət göstərilməsindən xoşumuz gəlir.

banker.az

7 şərh

Ferbara
"Özünüz üçün kəşf edin", yaxud buna bənzər mənalı cümləsi olan reklamlar məndə heç bir inam yaratmır. Əksinə ikrah hissi aşılayır. Buna misal «Twix» şokoladının reklamıdı.
pascal
Bu sözlərin heç biri məni etkiləməz. Divar reklamları, demək olar ki, məni cəzb etmir elə də. Ümumiyyətlə, reklama baxarkən (əsasən də video reklama) mənə maraqlı gələn orda göstərilən məhsuldan çox, reklamın süjet xətti, oyunçuların səmimiyyəti və bir də, az kəlməylə çox məna verən sözləri olur. Belə deyim ki, reklama kiçik bir film kimi baxıram. Məhsul, artıq 2-ci plana keçir mənimçün. Baxın, bu reklam kimi. 1 kəlməylə başlanan və bitən reklam. Amma mənalı və maraqlı olmasına söz ola bilməz. :)
Ferbara
:)) Hə, bu yadda qalan reklamlardandı.
Yadda qalan demişkən, bəzi reklamlarda məhsulun adını tez-tez deyirlər ki, yadda qalsın. :) Məsələn, bu. :)
pascal
Bu, daha çox bezdirici reklamdı. ))
asel
Son zamanlar ən bezdirici reklam mən deyərdim ki Twix-in reklamıdır. 
Ferbara
Bir də pis örnək olan M&M şokoladlarının reklamı.
asel
«Robinzon, qayıq istəyə bilməzdin?»  .:)