Marketinq strategiyasını necə tərtib etməli?

Marketinq strategiyası  sizin şirkətinizin marketinq hədəflərini və onlara çatmaq üçün planın tərtib edilməsində sizə kömək edən addımlar silsiləsindən ibarətdir. Marketinq strategiyasını yazanda  hədəf bazarı təsvir edən bölmə əlavə edin; sizin məhsulun və xidmətin bazar meydanında nə ilə fərqləndiyini izah edən bir bölmə;  marketinq qarışığından məlumat verən bir bölmə;  və imkanlarını necə yerbəyer etmək  haqqında planı təsvir edən bir bölmə.

Təlimatlar: 

 1. Rəqiblərinə görə hədəf müştəriləri  araşdır. Onların müştərilərinin  yaş, cins və etnik mənsubiyyəti kimi demoqrafik məxsusiyyətlərini müəyyənləşdir.  Həmçinin, hədəf bazarlar üçün oxşar  istehsal sahələri haqqında  ticarət qrupları, kiçik biznes təşkilatları və yerli ticarət palatası ilə danış. Sonra  sən öz istehsal sahənlə əlaqədar onlayn araşdırma et. Hədəf bazarın üçün məişət gəliri, mediya istifadəsi  və texnoloji üstünlükləri kimi demoqrafik, psixoloji  və sosialoji informasiyaları axtar.

 2. Sizin məhsul və xidmətin rəqiblərin  məhsul və xidmətindən necə fərqləndiyini müəyyən edin. Bu suala cavab ver “Mənim məhsul və xidmətim müştərilərin  problemlərini necə həll edir?”  Sonra məhsulunun xüsusiyyətləri və faydaları  ilə bağlı siyahı yaz. Xüsusiyyətlər  məhsulun simvoludur, və ya məhsulun nə olduğudur.  Məsələn, “əyləc kilidinə qarşı  vasitə”.  Faydalar  məhsulun müştəri üçün  nə ifadə etdiyidir.  Məsələn, “əyləcin kilidlənməsinə qarşı vasitə sizi və ailənizi bütün hava şəraitlərində  qoruyur” 

 3. Marketinq qarışığında olan elementləri təsvir et.  Marketinq qarışığı 4 sözü əhatə edir: dəyər,məhsul,yer və himayə etmək. Birinci, məhsulunun dəyərini təsvir et. Sonra məhsulu ifadə edən açar sözlər seç.  Daha sonra yer və məhsulun yerləşəcəyi paylama kanalını qeyd et.  Sonda, məhsulu necə  tərifləyəcəyin haqda taktikalardan məlumat ver.

 4. Marketinq planını və strategiyasını yaz.  Marketinq strategiyasının hədəf və məqsədlərini təsvir et. Hədəf bazarı, fərqləndirici faktorlar və marketinq qarışığı haqqında bölmə daxil et. Hansı marketinq taktikalarından istifadə edəcəyin haqqında məlumat ver və onların hər birindən nə vaxt istifadə edəcəyin haqqında cədvəl  tərtib et. Hər marketinq taktikasından gələn sərmayəni ölçən və test edən plan hazırla.

Tərcümə etdi: Şəhla Məmmədova

 

0 şərh