Рейтинг
+33.52

Masonluq,onun tarixi

39 üzv, 34 topik

Masonluğun əmələ gəlməsi və inkişafı

Əfsanəyə görə çar Davud Qüdsdə «Allahın evi»ni inşa etdirmək üçün ölkənin hər yerindən 40 min işçi toplayır. Bu toplanan işçilərə «mason» deyilirdi. Bu sözün hərfi tərcüməsi «bənna» deməkdir. Bu fəhlələrdən 3 mini usta olaraq digərlərinə nəzarət etmək üçün ayrılmışdır. Hələ inşaat işləri başa çatmadığı bir dövrdə Kral Davud ölür və işi oğlu Süleyman davam etdirir. Sonradan «Süleyman məbədi» adını almış bu tikintidə işləyən ustalardan birinin adı Adon Giram Abif olmuşdur. O, dul bir qadının oğlu idi. Giram tabeçiliyindəki işçilərin çıraq, kalfa və ustaya bölərək hamısına memarlıq sənətinin bir hissəsini öyrətmişdi. Bunların hər birinin özünə aid sirləri olur və onlar bir-birilərinin sirlərini bilə bilməzmişlər.


Ardı →

Çağdaş Türkiyədə masonluq

Sayı sürətlə artan və bu gün sıralarında 14 min nəfərdən artıq adamı birləşdirən massonlar Türkiyə iqtisadiyyatının 60 faizindən çoxunu əllərində saxlayaraq, ölkənin daxili və xarici siyasət kursunun müəyyənləşdirilməsində önəmli rol oynayırlar. Bəzi məlumatlara görə, iqtidardakı AKP üzvləri arasında da masonçular var. Son bir neçə ildə dünyanın tanınmış KİV-də İsmət İnönü, Süleyman Dəmirəl, Turqut Özal, Dəniz Baykal və indiki prezident Əhməd Necdət Sezərin də masonçu olduğu iddia edilir.
Bir neçə il əvvəl dekabr ayının 19-da qəribə bir hadisə baş verdi. Türkiyə masonları Böyük Lojanın toplantısında rüşvətalma və quruma məxsus paranın mənimsənilməsi məsələsi müzakirə edildi. Rüşvətalma və para mənimsəməkdə suçlanan isə Türkiyə Böyük Lojasının rəhbəri Qaya Paşakay idi. Uzun müzakirə və debatlardan sonra masonlar səsçoxluğu ilə rüşvətalma və quruma aid 7 milyon dollar pul mənimsənildiyi üçün Paşakay və üç müavini qurumdan çıxarıldı. Hadisə bütün dünyanın diqqətini cəlb etdi: doğrudanmı, sirlərini həmişə qoruyan masonlar ləkəli bir hadisədən mətbuatın xəbər tutmasına imkan veriblər? İzah etmək çətindir. Ancaq mason tədqiqatçılarının fikrincə, Paşakayın rüşvət alması və 7 milyon dollar pul mənimsəməsi ağlabatan deyil və belə fakt olsaydı da, gizli saxlanacaqdı.


Ardı →

Masonluğun təkamülü

Tarixi mənbəyə əsasən həqiqətdə ilk mason lojası 1215-ci ildə Şotlandiyanın Maqdeburq şəhərində yaradılıb. İlk mason ordeni isə 1376-cı ildə Londonda meydana gəlib. Ona görə də İngiltərə masonluğun beşiyi adlandırılır. Müasir masonluq isə öz əsasını 1717-ci ildə İngiltərədə fəaliyyət göstərən dörd lojanın birləşib, İngiltərə «Böyük Şərq» lojasının yaradılmasından götürüb. 1717-ci ildə yaradılmış «Böyük Şərq» lojasının təsiri altında vaxt axarı boyu Avropada, şimali və Cənubi Amerikada, digər ölkələrdə yeni-yeni mason lojaları yaradılıb.


Ümumdünya ensiklopediyasının məlumatına əsasən dünya üzrə masonların sayı 30 milyona qədərdir. Təkcə Amerikada 5 milyona qədər mason fəaliyyət göstərir. 1717-ci ildə Londonda 4 lojanın birləşib «Böyük Şərq» lojası yaradandan sonra


Ardı →

Masonluq və onun tarixi əhəmiyyəti

«Bütün dövrlərdə, başqa vaxta nisbətən dünyanı indi daha çox gizli təşkilatlar idarə edir.
Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutulub».


Franklin Delano Ruzvelt, sabiq ABŞ prezidenti


Masonluq ən böyük və məxfi fəaliyyət göstərən, özünün əmlakı, çox milyardlıq büdcəsi olan beynəlxalq təşkilatdır.
Böyük Britaniya Ensiklopediyası masonluğa belə tərif verir: «Masonluq — nəhəng ümumdünya təşkilatı olan qardaşlıq cəmiyyətinin nəzəriyyə və praktikasıdır». Masonluq bütün dövrlərdə cəmiyyəti və dünyanı dəyişmək və bütün dünyanı bir respublika kimi, bir qanun, bir hakimiyyətlə idarə  etmək uğrunda səbirlə, təmkinlə və məqsədyönlü iş aparan beynəlxalq, gizli təşkilatdır. Masonluq bədəninin yarısı yerin altında, yarısı çöldə  olan Sfinksi xatırladır. Ona görə, masonluğun mahiyyətini axıradək dərk etmək mümkün deyil. Heç masonların özləri də masonluğun mahiyyətini axıradək dərk edə bilmirlər.
Ardı →