Masonluğun əmələ gəlməsi və inkişafı
Əfsanəyə görə çar Davud Qüdsdə «Allahın evi»ni inşa etdirmək üçün ölkənin hər yerindən 40 min işçi toplayır. Bu toplanan işçilərə «mason» deyilirdi. Bu sözün hərfi tərcüməsi «bənna» deməkdir. Bu fəhlələrdən 3 mini usta olaraq digərlərinə nəzarət etmək üçün ayrılmışdır. Hələ inşaat işləri başa çatmadığı bir dövrdə Kral Davud ölür və işi oğlu Süleyman davam etdirir. Sonradan «Süleyman məbədi» adını almış bu tikintidə işləyən ustalardan birinin adı Adon Giram Abif olmuşdur. O, dul bir qadının oğlu idi. Giram tabeçiliyindəki işçilərin çıraq, kalfa və ustaya bölərək hamısına memarlıq sənətinin bir hissəsini öyrətmişdi. Bunların hər birinin özünə aid sirləri olur və onlar bir-birilərinin sirlərini bilə bilməzmişlər.
Ardı →