Mətbuat konfransı

Təcrübi olaraq hər hansı təşkilat vaxtaşırı mətbuat konfransları keçirir.
Firma özünü doğrultmaq və ya onun üçün əlverişsiz şərait yarandığı zaman izahat vermək üçün, məsələn, onun günahından istehsalatda baş vermiş qəzadan ətraf mühitə zərər dəydikdə, istehlakçı üçün buraxdığı məhsulun zərərli olması aşkarlandıqda və.s. hallarda mətbuat konfransı çağırır.
Hökumət nümayəndələri də mətbuat konfransları təşkil edirlər. Şəhər hakimiyyəti orqanları şəhər icra başçısına mətbuat işçilərinin suallarına cavab vermək və həmin anda xalqa nəyinsə barədə sözlərini çatdırmaq imkanı yaratmaq üçün mətbuat konfransı keçirə bilərlər. O, işə muzdla götürmə siyasətini başa sala, mətbuat nümayəndələrini yeni açılan kitabxananın açılış mərasiminə dəvət edə bilər və s.

Məşhur insanlar – aktyorlar, idmançılar, yazıçılar hər hansı qalmaqallı hadisəyə düşdükdə, kütləvi surətdə arqumentlərini deməyə, bu zaman mətbuatı öz tərəflərinə çəkməyə çalışaraq, mətbuat konfransları təşkil edirlər.
Siz sürətlə yayılan xəbərlər dövründə tez-tez keçirilən mətbuat konfranslarından birinə dəvət oluna bilərsiniz. Burada Siz ictimai vəzifəyə namizədliyinizi elan edə, hər hansı elmdə yeni sıçrayışdan danışa və ya hər hansı hadisənin nəticələrindən mətbuatla mühasiyə qoşula bilərsiniz.
Müxbirlərə ünsiyyətdə olarkən, unutmayın ki, onlar öz redaktorları tərəfindən yeganə məqsədlə – lazımi informasiyanı əldə etmək üçün akkreditə olunmuşlar. Televiziya işçilərinə sadəcə bir qısa fikir də kifayətdir ki, onu tez bir zamanda efirə buraxsınlar. Yazan jurnalistlərə düşünmək üçün informasiya lazımdır ki, oradan lazımi faktları tapıb məqalə yaza bilsinlər.
Lakin bütün jurnalistlərə «isti-isti» xəbərlər, şoka salan təfərrüatlar, sensasiyalar və aktual fikirlər lazımdır.
Mətbuat konfransına çox diqqətlə hazırlaşın.
Mətbuat işçiləri qarşısında mikrofona deyəcəyiniz və ya yayacağınız bəyanatınız qabaqcadan hazır olmalıdır. Bəyanatda, ilk növbədə, daha mühüm bəndlərə toxunun. Bəyanatı oxuduqdan və ya yaydıqdan sonra müxbirlərin suallarına cavab verin.
Çalışın Sizə veriləcək sualları əvvəlcədən bilin və cavablarınızı məşq edin. Qabaqcadan düşünün ki, növbəti gün mətbuatda dərc olunmuş hansı informasiyanı görmək istəyirsiniz. Liderin roluna uyğun hərəkətlər edin: suallara dəqiq, hörmətlə və etibarla cavab verin.nə barədə danışmaq istəmədiyinizi dərhal müəyyən edin və bu qərara möhkəm riayət edin.
Çalışın ki, kostyumunuz vəziyyətə və çıxış edəcəyiniz auditoriyaya uyğun olsun. Bu zaman elə üslub seçin ki, söhbətə uyğun olsun – bu ya rəsmi müsahibə, ya da etibarlı söhbət ola bilər. Geyim üslubunuz cavablarınıza təsir etməlidir.
Mətbuat konfransına insanlara həqiqəti demək üçün fürsət kimi yanaşın. Düzgün informasiya bəzən ağır qəbul edilir, lakin yadda saxlayın: həqiqət həmişə üzə çıxır, ona görə də əvvəldən mətbuat işçilərinə həqiqəti demək lazımdır. Yadda saxlayın – etibarı qazanmaq çətindir, lakin onu saxlamaq daha çətindir.faktları inadla gizlətmək Sizin nüfuzunuza və sözlərinizə inama xələl gətirir, jürnalistləri başqa informasiya mənbələri axtarmağa və detallar tapmaq üçün dərinə getməyə vadar edir. Kim bilir, onlara daha nələri tapacaq və onların hadisələri interpretasiya etməsi Sizin xoşunuza gələcəkmi?
İcttmaiyyəti və kütləvi informasiya vasitələrini aldatmaq nəticəsiz ötüşməyəcək. Əgər Siz faktları ört-basdır etsəniz və ya gizlətsəniz, bu yalanı həqiqətə oxşar kimi qələmə vermək üçün Sizə çoxlu başqa liderlərin çoxlu bəyanatı və dəstəyi lazım gələcək. Lakin Siz sadəcə başınızda bu qədər yalanı saxlaya bilməyib, gec və ya tez özünüz çaşacaqsınız.

Cəmiyyət Sizə etibar etməli, sözlərinizə inanmalıdır. Bu inamdan sui-istifadə etmək, ona xəyanət etmək olmaz. Etibar və inamın qiymətli tarazlığı olduqca zərifdir və daimi qayğıya ehtiyacı var. Bir dəfə etibarı itirməklə, nəyisə qaytarmaq çox çətin olacaq.
Jurnalistlərə həqarətlə baxmayın, elə bilməyin ki, deyəcəklərinizin hamısına inanacaqlar və Siz onlara barmağınıza dolayacaqsınız. Diqqəti özünüzə cəlb etməkdən ötrü uydurmalara əl atmayın. Kütlənin hər şeyə inanması və şübhəli informasiyanı qavraması xülyasını başınızdan çıxarın – insanlar həqiqəti bilmək istəyir və bu və ya başqa yolla onu öyrənəcəklər.
Mətbuat konfransı başlanana qədər siz onun necə keçəcəyini bilməlisiniz. Çıxışınızın əsas bəndlərinizə bir də baxın, onları qısa və ya geniş şərh edəcəyinizi fikirləşin. Siz öz çıxışınızı saniyəölçənlə məşq edərək, onun on, iyirmi və ya otuz saniyəyə yerləşəcəyini iüəyyən edə bilərsiniz. Qabaqcadan sitatları qısa olaraq, teleqramlarda olduğu kimi yazıb götürün ki, zəruri olduqda cavab heç bir çətinlik çəkmədən yadınıza düşsün. Suallara birbaşa və özünüzü itirmədən cavab verin. Öz strategiyanızı müəyyənləşdirin və axıra qədər də ona riayət edin.
Jurnalistlər öz fəaliyyət növlərinə görə xəbər axtarmağa məcburdurlar, lakin onların məşğuliyyətinin təbiəti belədir ki, yalnız çılpaq faktlarla kifayətlənə bilmirlər, belə ki, bu, çox maraqsız görünə bilər.
Redaktor müxbiri Sizin üstünüzə məlumat mənbəyi kimi göndərirsə, o, redaksiyaya nə isə unikal bir şeylə – qəzet dünyasında rəqabət qabiliyyətli xəbərlərlə qayıtmalıdır ki, bunun üçün insanlar bu qəzeti alır. Müxbirlər öz materiallarını qəzetdə və ya televiziyada görmək üçün son dərəcə gərgin işləyirlər. Ona görə də onlar sərt və mürəkkəb suallar verir. jurnalistlər öz tələblərində inadlıdırlar, onlardan çoxu cavab kimi «ola bilər», «yaşayarıq — görərik» kimi cavabları qəbul etmir. Bəzi jurnalistlər sərt reportyor nüfuzu qazanmaq üçün gərgin işləyir və sonra bu imici qoruyub saxlamağa çalışırlar. Adətən durnalistlər sizin ailəniz, bir sözlə, yalnız sizə aid olan informasiyalardan xəbərdardırlar. Ona görə də Siz dərc ediləcək məqalədə qabaqcadan görmək istədiyiniz informasiyanı planlaşdırmalısınız. Siz qabaqcadan müxbirlərin verə biləcəyi əsas və ən təxribatlı sualları görməlisiniz, belə ki, istənilən halda düşünmədən, əsəbiləşmədən bu sualları cavablandırmalı olacaqsınız.
Bizlərdən hər birimiz deputatlığa namizədlərin, aktyorların və ya başqa ictimai xadimlərin ailələri, şəxsi həyatları, gənclikdə etdikləri hadisələr, maliyyə qalmaqalları və buraxdıqları səhvlər barədə birbaşa verilən suallar zamanı özlərini itirdiklərini müşahidə etmişik. Sizin hansı sualları ədəbsiz sayıb-saymamağınızdan asılı olmayaraq, reportyorlar suallarını verir və sual ünvanlanan şəxslər «simalarını itirmədən» cavab verməlidirlər.
Əgər Sizə xoşagəlməz və ya təxribat xarakterli sual veriblərsə, cavab verməzdən əvvəl söz tapmaq üçün kiçik fasilə verin. Lazımdırsa, sualı təkrar edib şərh etməklə, bir neçə saniyə qazana bilərsiniz, məsələn, deyin ki, «Bəli, bu çox ciddi problemdir»… Sonra səhərki qəzet başlıqlarında görmək istədiyiniz düşünülmüş cavab gəlməlidir.
 
Mətbuatla ünsiyyəti özünüzün xeyrinə çevirməyə çalışın. Jurnalistlərdən yalnız xoşagəlməz hadisələr gözləmək olar fikrini rədd edin. Əgər Siz hər hansı suala ani cavab verməlisinizsə, çalışın bu sualı verənini gözlərinə baxasınız və sadə bir şey dəyəsiniz, məsələn, təəssüf edirsiniz ki, indi bu barədə lazımi informasiyanız olmadığı üçün cavab verə bilmirsiniz və ya bu sualın sizin ünvanınıza olmadığını bildirirsiniz.
Siz özünüzü düzgün qiymətləndirib, nəyin fayda, nəyin zərər gətirəcəyini bildinizsə və jurnalistlə ünsiyyət sənətinə yiyələndinizsə, kütlə qarşısında çıxışdan gələn faydanı götürməyə çalışmalı, özünüzə reklam yarada bilərsiniz. Lakin həddinizi aşmaqdan çəkinin, daim ekranda görünməklə insanları ən yaxşı jurnalistlərlə tanış olmağa çalışın.qıcıqlandırmayın. lobbi, ictimai əlaqə xidmətlərinin nümayəndələri, mətbuat katibləri kütləvi çıxışların və mətbuatda reportajların tərzlərini başa düşməyə çalışır, aparıcı reportyorların, nəşriyyatların və studiyaların hər cür meyillərini öyrənmək üçün var-qüvvələrini sərf edirlər. Hər bir jurnalistin öz şəxsi fikri, meyilləri, mövqeyi, simpatiya və antipatiyaları vardır. Lakin bir professional kimi o, emosiyalardan uzaq, qərəzsiz olmalıdır. Bununla belə, məlumdur ki, jurnalistlər bir ictimai xadimlərə digərlərindən daha yaxşı münasibət göstərirlər.
Bəzi məşhur insanlar jurnalistləri şəxsi dostları kimi qarşılayır, evlərinə dəvət edir və ünsiyyətdə lovğalıq, iddialıq göstərmirlər. Belə insanlar, şübhəsiz, mətbuatın rəğbətini qazanırlar. Lakin çox vaxt ictimai xadimlər mətbuata qarşı düşməncəsinə və etibarsız münasibət göstərir, onların müxbirlərlə ünsiyyəti zamanı narahat vəziyyəti aşkar görsənir.
Reportyorla yaxın dostluq münasibətləri yaratmağa ehtiyac yoxdur, lakin təsadüfən və ya peşəkar məsələləri müzakirə etmək üçün qarşılaşdığınız jurnalistlə qeyri-rəsmi tanışlıqda heç bir çirkin əməl yoxdur.
Müxtəlif müsahibələrin gedişində mətbuat nümayəndələri tez-tez ədəbli və ya dolaşıq, çaşdırıcı suallar verir.
Fikirləşin, bəlkə Sizə tez-tez verilən sualları qeyd etmək üçün vərəqləri kəsilib atıla bilən qeydiyyat kitabçası düzəldəsiniz? Bu kitabçaya qabaqcadan fikirləşdiyiniz daha uğurlu və dəqiq cavabları yazıb saxlamaq olar. Bura həmçinin söhbət zamanı lazım olan faktları, rəqəmləri və tarixləri də yazmaq olar.
Birinci səhifəyə reportyorların verə biləcəyi təhlükəli sualları yazın. Qorxduğunuz, düzgün verməyəcəyiniz cavabın acı nəticələr verə biləcəyi mürəkkəb, mühüm və sürüşkən sualları qabaqcadan nəzərə almağa çalışın. Həmçinin elə suallar daxil edin ki, cavabları texniki məlumatları və ya geniş faktiki materialları tələb edir. Şən və Hazırcavablar Klubunun oyununda olduğu kimi, əvvəlcədən bir neçə cavab hazırlayın ki, bu cavab bir neçə sualın cavabı ola bilər. Müsahibə zamanı belə deyə bilərsiniz: «Mən bilirdim ki, siz bu sualı verəcəksiniz və qabaqcadan cavabı hazırlamışam…», sonra isə «sehrli kitabça»ya müraciət edin. Əgər bu zəruridirsə, kitabçanın əlifba göstəricisini hazırlayın.
 
Hər sualdan sonra ətraflı və dəqiq cavabı yazın. Siz lap öz sahənizdə peşəkar və bu suala savadlı cavab verməyə səlahiyyətli olsanız belə, hər hansı anda özünüzü itirə bilər və cavabı düzgün qura bilməzsiniz. Bu cür çətin vəziyyətlərə düşməməkdən ötrü reportyorla mübarizədən qabaq hazır cavablarınızı nəzərdən keçirin. Bu kitabça olmadan düzgün olmayan bəyanat verər, şübhəli görünərsiniz. Televiziya reportyoru ilə görüş zamanı belə bir şey baş verərsə, nəticəsi pis olar.
Yadda saxlayın ki, qeydiyyat kitabçasına yaxdığınız cavablar müxbirlərə deyil, ən əvvəl dinləyicilərə və ya televiziya tamaşaçılarına yönəlməlidir. Ona görə də mövqeyinizin mühüm məqamlarını dəqiqi müəyyənləşdirməli, çıxış zamanı onlara dəfələrlə qayıtmalısınız. Vəziyyətdən asılı olaraq, cavabları müxtəlif cür verə bilərsiniz, lakin əsas xətt eyni olmalıdır.
Bir komandada işləyən ictimai xadimlərə adətən eyni suallarla müraciət edirlər. bu halda mənaca eyni cavablar vermək, mümkün qədər məlumatı müxtəlif tərzdə şərh etmək vacibdir.
Qeydiyyat kitabçasına hər dəfə işinizə aid tedeviziya verilişləri və cari məqalələr haqqında məlumatları əlavə edərək, təzələyin. Tabeliyinizdə olanlar qeydlərinizə əlavələr etməklə, Sizə böyük köməklik göstərmiş olarlar. Kitabçaya Sizinmövqeyinizi möhkəmləndirən statistik məlumatları, müvafiq tədqiqat və sorğuların sitat və nəticələrini daxil edin.
Bütün yardımçı material cibinizdə gəzdirdiyiniz kiçik kitabçaya sığacaqdır. Bu köməkçi ilə Siz özünüzü rahat və yüngül hiss edəcəksiniz.
 
Əgər Siz axşam xəbərlərində dərc etdirmək üçün müraciət hazırlayırsınızsa, konfransın vaxtını elə təyin edin ki, jurnalistlər mətbuat konfransında iştirak edə bilsinlər, sonra isə öz iş yerlərinə qayıdıb materialı efir üçün redaktə edə bilsinlər. Vaxtın düzgün müəyyən edilməsi çox önəmlidir.
Ənənəvi olaraq mətbuat-konfransının rəsmi hissəsindən sonra jurnalistlər onu təşkil edənlərin ətrafına yığışır. Onlar dəqiqləşdirici suallar verir, xüsusi qeydlər üçün material toplayır, axşam xəbərləri üçün fikir axtarırlar.
Mətbuat konfransı zamanı və ya insanlar arasında hər hansı təşkilatı və ya konkret şəxsi tənqid edərkən ehtiyatlı olun. Əgər sözləriniz özünüzün şəxsi rəyinizdirsə, istisna deyil ki, onlar əks təsirə malik olacaq. Müsahibləriniz konkret nə dediyini yada salmaya da bilər, lakin çox yaxşı yadda saxlayacaqlar ki, Siz hər hansı şəxsə və ya hər hansı təşkilata qarşı özünüzü olduqca çirkin və iyrənc formada aparmısınız.
 
Rəqiblərinizi kütrəvi şəkildə tənqid edərkən, öz zəif cəhətlərinizi göstərirsiniz. Rəqibiniz də, kütlə üçün işləyərək, bilərəkdən Sizi çaşdırır, kütlənin gözündə Sizdən yaxşı görünmür. «Çirkli alt paltarlarını» qarışdırmaqdan yan keçmək və yalan ittihamlar atmaqdan çəkinmək lazımdır – bütün bunlar hər iki tərəf üçün acı nəticələr verə bilər. Bir çox siyasətçilər ona görə uduzur ki, televiziya kameraları qarşısında özlərini düzgün aparmırlar. İnsanlar qalmaqal xoşlasa da, bu qalmaqalı salanlar kütlə qarşısında təlxəyə çevrilir, insanlar onları artıq ciddi qəbul etmir. Ona görə də, kimi isə palçıqla ləkələməyi qərara aldıqda, özünüzün sudan quru çıxmağınızızın qayğısına qalın, ittihamçı deyil, müşahidəçi qismində çıxış etmək üçün üçüncü şəxsləri bu işə cəlb edin. Əgər Sizə ləkə yaxıblarsa, qəzəbinizi boğmağa çalışın, sakitliyinizi qoruyun, yumor hissini köməyə çağırın. Beləliklə, Siz nəinki kütlənin qəzəbinə səbəb olmayacaq, həmçinin onun simpatiyasını qazanacaqsınız, əgər yaxşı bir gediş edib rəqibinizə meydana çıxmış problemi müzakirə etməyi təklif etsəniz, qarşı-qarşıya gəlib mübarizəni ləyaqətlə başa çatdıracaqsınız.

Mənbə finan.az saytı
 

3 şərh

papatürk
Beynəlxalq Mətbuat Mərkəzinə gələnlərin görəsən neçə faizi bunları bilir?
Leyla
Mətbuat konfransında jurnalistlər üçün kofe,çay,şirə verilməsi çox yaxşı haldır.Jurnalist qaça-qaça gəlir konfrans olan yerə,yorğun halda,özü də tələsir.Belə vaxtda ona içmək üçün nəsə verilsə o həmin konfrans haqda yaxşı fikirlər yazır=) Əgər yemək üçün yanında pirojna,bulka olanda jurnalist ümumiyyətlə pozitiv fikirlər yazır konfrans haqda. Dediyim real təcrübəyə əsaslanır.
Ferbara

Mənbə finan.az saytı


Nə olsun...