Рейтинг
+52.52

Menecment

41 üzv, 125 topik

Menecement (idarəetmə) elmi

Menecment anlayışı. Geniş mənada menecment yaratmaq, idarə etmək, nəzarət etmək, müxtəlif sosial-iqtisadi sistemlər və modellərin maksimum effektiv ifadəsini göstərir. Sosial-iqtisadi sistemlər üzərində idarəetmə, o cümlədən istehsalat sahəsində də idarəetmə menecment adlanır. Menecment ingiliscə-management, fransızca menagement sözündən götürülərək idarəetmə bacarığı, peşəkarlıq fəaliyyəti, latınca-manu agere-əlnən göstərmək, orta əsrlərdə Rusiyada isə rəhbərlik etmək mənasını verirdi. Menecmentin əsas funksiyaları: planlaşdırma, təşkiletmə, qərar qəbuletmə, nəzarətetmə və s. Əgər müəssisə düzgün təşkil olunarsa onun idarə olunması da əlverişli olur. Bu da funksiyalar arasında qarşılıqlı əlaqənin yaxşı təşkil olunmasından xəbər verir. Menecer anlayışı müxtəlif istehsalat  səviyyələrində rəhbərlik etmək mənasını verir.
Davamı →

Menecer bunlara əməl etməlidir

İdarəetmənin mühüm elementlərindən biri kollektivdə qarşılıqlı münasibətlərdir. Bu münasibətlərin əsasını humanizm, ədalət, xeyirxahlıq və inam təşkil etməlidir. Bu münasibətlər əsasında rəhbərlik qarşısında aşağıdakı davranış qaydaları durmalıdır:
1. Yaddan çıxarmayın ki, yalnız işdə siz müdir olmalısınız başqa hallarda isə həmsöhbət olmağa çalışın.
2. Tabeçiliyinizdə olanları dinləməyi öyrənin, onların y ideyalar və tövsiyələr söyləmək arzularını, istəklərini mükafatlandırın və onlara qarşı diqqətli olun.
3. Tabeçiliyinizdə olanlardan müəyyən qaydaları gözləməyi tələb edərək özünüzdə onu gözləməlisiniz.


Ardı →

Keyfiyyətli işçi sorağında

İşi keyfiyyətlə yerinə yetirmək üçün həmin iş barədə lazımi məlumata malik olmaq lazımdır. Bununla yanaşı, uğur qazanmağın əsas amillərindən olan  ruh yüksəkliyi də yaddan çıxarılmamalıdır. Bu iki şərtdən biri təmin edilmədikdə keyfiyyət şkalasını maksimuma çatdırmaq, demək olar, mümkün olmayacaqdır.


Ardı →

Kreativ fəaliyyətin idarə edilməsinin xüsusiyyətləri

Rəhbərlik tez-tez özünə belə bir sual verir: " Nə etmək lazımdır ki, bizim firmanın fəaliyyəti yeniliklərə istiqamətlənmiş olsun. Onları qəbul etməyə hazır olsun və yeniliklər yaratsın?" Əgər təşkilatda yeniliklə bazarda təşəkkül tapmış mühitə xas proseslərin təbii gedişinə zidd olması nöqteyi-nəzərindən qəbul olunursa onda yeniliklər heç vaxt yaranıb tətbiq olunmayacaq, Kreativ fəaliyyət və onunla əlaqədar tədbirlər firmanın normal, adi işinin tərkib hissəsi kimi çıxış etməlidir. Buna nail olunması kollektivdə yaradıcılıq mühitinin yaradılmasını tələb edir.


Ardı →

Təşkilatlarda kreativ mühit

Təşkilatda yaradıcılıq əhval-ruhiyyəsinin təmin olunması üçün rəhbərlik tərəfindən kreativ fəaliyyətin dəstəklənməsi həlledici rol oynayır. Əsl rəhbər o şəxsləri adlandırmaq olar ki, o ya öz sözləri, ya da özünün potensial imkanlarını tam ifadə edib özünü nümunə göstərərək insanları canlandırmaq qabiliyyətinə malik olsun, onların fəaliyyətləri üçün şərait yaratsın və məqsədlərinin realizəsi üçün tam sərbəstlik versin. Menecerin əsas vəzifəsi ondan ibarətdir ki, o bütün məsələləri öz üzərinə götürməməli və bütün qərarları tək qəbul etməməli, əksinə o rəhbərlik etdiyi kollektivdə yaradıcılıq axtarışı atmosferi yaratmalıdır. Bu böyük məna kəsb edir, belə ki, işçilər tədqiqetmə prosesinə cəlb olunur və ən əsası isə özlərinin qəbul etdiyi qərarların reallaşdırılmasında iştirak edirlər.
Davamı →

Hakimiyyət və ünsiyyət

Bir sıra Amerika menecerləri belə hesab edirlər ki, rəhbərlərin əsas vəzifəsi strateji istiqamətləri müəyyən etmək, tabeçilikdə olanların razılığını almaq, onlara pul və səlahiyyət verməklə onları rahat buraxmaqdır.
İlk baxışda bu nə qədər gözəl görünsə də müəyyən problemlər meydana çıxarır. Bu problem insanların böyük bir qismində hakimiyyətlə nəticələrə nail olmaq imkanlarının əlaqələndirilməsidir,başqalarını göstərişlərin yerinə yetirilməsinə məcbur etmək və son qərar qəbul etməkdir.
Əks halda kim təminat verə bilər ki,iş yerinə yetiriləcək və özü də necə lazımdırsa elə yerinə yetiriləcəkdir?
Əlbəttə müstəbid direktor vaxtı keçmişdir, yeni isə olduqca incədir.
Davamı →

Şallaq, yoxsa qoğal?

Мотивация персонала: кнут или пряник?
İnsan mürəkkəb və təlabatları sonsuz məxluq olduğundan rəhbər şəxsiyyəti maksimum anlamağa çalışmalı, onun maraq və ehtiyaclarım nəzərə almalıdır. Neqativ möhkəmlətmə hakimiyyət verilmiş adamlar tərəfindən çoxdan istifadə olunur. Bu cür yanaşma adamların tənqid və cəzadan qaçmaq cəhdlərinə əsaslanır ki, bunun nəticəsində onların davranışı dəyişir. Lakin yuxarıda deyildiyi kimi insan tam gücü ilə kötək altında deyil, ona real qazanc əldə etmək imkanı olduqda işləyir. Neqativ stimullar isə onun əlini işdən soyudur, nəticədə hər iki tərəf ruhdan düşür.


Ardı →