Рейтинг
+52.52

Menecment

41 üzv, 125 topik

A.Maslounun tələbatların iyerarxik nəzəriyyəsi

İnsan tələbatlarının quruluşu qanunlarını dərk edənlərdən birincisi, amerikan psixoloqu humanist psixologiyanın banilərindən biri Abraham Maslou (1908-1970) olmuşdur. İlk dəfə o, öz konsepsiyasını 1943-cü ildə nəşr etdirmişdir. Çox tezliklə o, klassik oldu və bütün dərsliklərə daxil oldu. Bəs nə üçün onun nəzəriyyəsi iyerarxik adlanır? Biz iyerarxiyanın ancaq vəzifəyə görə olmasını hesab etməyə öyrəşmişik. Burada isə söhbət arzu (meyl, niyyət)  və həvəslərin (istəklərin) görünməyən dünyası (aləmi) haqqında gedir. Tələbatların sırası ona görə iyerarxik adlanır ki, onlar yüksələn xətlə — ən aşağıdan (maddi) ən yüksəyə (mənəvi) kimi yerləşirlər. Maslou qəbul edirdi ki, insanlar müxtəlif tələbatlar çoxluğuna malikdir, onları beş əsas kateqoriyaya ayırmaq olar:
Ardı →

Top menecmentin qərarvermə mayakı

Ölçüsündən asılı olmayaraq, demək olar ki, hər bir şirkət fəaliyyətinin müxtəlif istiqamətlərində ən primitiv şəkildə olsa belə, proqnozlardan istifadə edir. Büdcə-maliyyə proqnozları, satışla bağlı proqnozlar, kadr ehtiyacı proqnozları və s. Şirkətin ölçüləri böyüdükcə, idarəetmə sistemi təkmilləşdikcə proqnozlara olan ehtiyac və onların strateji qərarların verilməsində oynadığı rol da əhəmiyyətli dərəcədə artmış olur.

Daha böyük şirkətlər, xüsusilə də banklar, maliyyə-investisiya şirkətləri iri həcmli vəsaitləri idarə etdiyindən, yaxın və uzaq gələcəklə bağlı daha dəqiq informasiya sahibi olmaq, doğru zamanda doğru qərar vermək onlar üçün həyati əhəmiyyət daşıyır. Bunun üçün yuxarı menecment üçün şirkətdaxili proqnozlar qədər ölkə iqtisadiyyatındakı gedişatın izlənməsi və gələcəklə bağlı makroiqtisadi proqnozlar da vacibdir. Çünki məhz bu tip iri maliyyə institutlarının balansı ilə makroiqtisadi göstəricilər arasında daha yüksək korrelyasiya mövcud olur.


Ardı →

İmza və biznes

Siz nə vaxtsa sənədləri necə imzaladığınız barədə düşünmüsünüzmü? Öz imzanızın gözəlliyi və səliqəliliyini qiymətləndirmisinizmi? Bu və ya digər rəsmi sənədlərə baxan zaman tanışlarınızın və ya tanış olmayanların imzalarını qiymətləndirmisinizmi? Elə düşünməyin ki, imzanız sırf sizin şəxsi işinizdir. Sən demə, qrafologiya sahəsində bilgili olanlar və ekspertlər insanın imzasına baxmaqla onun sahibi haqqında çox şey deyə bilərlər.
İlk imza rəsmi olaraq simvollar şəklində mövcud olmuşdur. Lakin artıq 16-cı əsrdə imza ad və ya təxəllüsü göstərən hərflərin aydın şəkildə uyğunlaşmasına çevrilir. 18-ci əsrdə isə imza özündə təkcə ad və familiyanın elementlərini deyil, anlayışı və onun saxtalaşma imkanını çətinləşdirən müxtəlif qrafik elementləri çətinləşdirərək mürəkkəbləşməyə başlayır.
Hər kəs imzanı özü sərbəst şəkildə fikirləşir. Hal-hazırda heç kəs imza çəkməkdə heç bir qayda və qanun ilə məhdudlaşdırılmamışdır. Lakin qrafik improvizasiyalarda onların müəllifi onun təbii xüsusiyyətlərini, yəni onun dəqiq portretini təşkil etməyə imkan verən müəyyən qanunauyğunluqlara tabedir. Ayk Nac bu mövzu ilə əlaqədar böyük bir hesabat hazırlamışdır: "İnsanın xasiyyətini onun imzası və ya praktiki qrafalogiya ilə bilmək".


Ardı →

Əməyin mühafizəsi

Əməyin mühafizəsi işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, onların iqtisadi və sosial, texniki-təşkilati, sanitar-gigiyenik, müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir.
Bütün müəssisələrdə sağlamlığın mühafizəsi və əmək şəraitinin təhlükəsizliyinin təmin olunması müdiriyyətin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) əsasnamələrdə, kollektiv müqavilələrdə, daxili əmək qaydalarında təsbit olunur.


Ardı →

Qərar qəbul etmək

1. Menecmentdə qərarların təsnifatı.
2. Qərarların qəbul edilməsi zərurəti.
3. Qərarların səmərəli olması meyarları.
4. Qərar qəbul edilməsinə təsir göstərən amillər .
5. Qərar qəbul edilməsi üsulları.
6. Qərar qəbul edilməsi prosesi.


Ardı →

Menecmentdə informasiya təminatı

1. Menecmentdə informasiyanın rolu.
2. İdarəetmədə tətbiq edilən informasiyaların növləri və təsnifatı.
3. İnformasiyanın yaranma və alınma mənbələri.
4. Menecmentdə kommunikasiya.
5. İnformasiya texnologiyaları və sistemləri.

İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq.


Ardı →

Əmək intizamı və maddi məsuliyyət

Əmək intizamı dedikdə, əmək münasibətləri iştirakçılarının müəyyən davranış qaydalarının məcmusu başa düşülür. Əmək intizamı normal səmərəli iş üçün lazımı təşkilati və iqtisadi şərtlərin yaradılması ilə təmin edilir.
İşçilər əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və müəssisədaxili intizam qaydalarına əməl etməlidirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisə daxili intizam qaydaları qəbul edilə bilər.


Ardı →

Müəssisələr, onlarin növləri

1. Müəssisə nədir.
2. Müəssisələrin növləri,
3. Müəssisələrin təşkilati-hüquqi formaları
4. Formal və qeyri – formal təşkilatlar
5. Müasir idarəçilik formaları.


Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir.


Ardı →

Menecmentin mahiyyəti

1. Menecment elmdir və fəaliyyətdir.
2. Menecment nədir və menecer kimdir?
3. Təşkilat (firma, müəssisə) nədir?
4. Müəssisənin yaradılması və yaşadılması amilləri.
5. İdarəetmə səviyyələri və vasitələri.
6. Menecerin funksiyaları və rolu.


Ardı →