Fəvvarələr bağı haqqında

Fəvvarələr bağı yaxud Fontanlar bağı adı ilə tanınan,Bakının ən gur,ən gediş-gəlişli yeri uzun müddət idi ki,təmirə bağlanmışdı. Hamı gözləyirdi ki bu qədər uzun müddətdir təmir olunursa,prezident özü şəxsən 3 dəfə təmir-bərpa işi ilə maraqlanırsa,yəqin Fəvvarələr meydanında nəsə çox gözəl bir şey olacaq.Amma həmişəki kimi....
Nə?Harada?Nə vaxt oyunçularına intellektual sual. Bu nə şəklidir? Bu fəvvarədəki kürələr nə deməkdir?

Fəvvarələr meydanının keçmiş adı Parpapet bağı idi.Parapet - fransızca parapet, italyanca parapetto sözündən götürülüb - müdafiə etmək, qorumaq mənasında işlənir. (Parare—qorumaq, petto—döş) Binanın özülünü, terrası, balkonu, körpünü, sahili çəpərləyən, qoruyan, çox da hündür olmayan divara deyirlər. Görünür, ilk vaxtlarda bağda belə bir çəpər - divar olubmuş. O üzdən də, bağa Parapet deyiblər. Parapet bağında əvvəllər erməni fahişələri olardı. Deyəsən şəhər meriyası bu tarixi yenidən yada salmaq istəyib. Hollandiyada Qırmızı Fonarlar məhləsi indi Bakıda:

Meydanda çoxlu əcaib-qəraib heykəllər qoyulub. yəqin Fəvvarələr bağında adam az olur ki süni şəkildə adam olduğunu göstərmək üçün heykəllər qoyulub. Doğurdan da indi adam tapmaq çox çətindir. Qoyunların sayı çox olduğuna görə adam heykəllərini qoymaq ideyası kimin ağlına gəlibsə ona afərin düşür. Siqaret çəkən bu milli qızımıza tamaşa edin:

Sonda isə McDonalds restoranının qarşısında olan zontikli,mobil telefonla danışan bakılı qız haqqında danışaq. Fəvvarələr meydanında hər kəs bu qızla şəkil çəkdirir. Hətta növbəyə duranlar da var. etibarlı mənbədən aldığımız məlumatlara görə bu qız artıq hamilə olub:

Yaydır. İsti havada yeyin,için,sonra da Fəvvarələr bağında gəzib dincəlin. Özünüzü qoruyun!

27 şərh

Türkəl
Hər şeylə razılaşıram, amma məncə «milli qız» dodağına pomada sürtür.
tenqo

Düzdür. Pomada çəkir. Yaxından görmüşəm. O biri əlində də güzgü. Hətta bir oğlanın həmin heykəlin yanında oturub, qızın güzgüsünə baxaraq, şəkil çəkdirməsini də görmüşəm :)

Westsider
Zontikli prostitutka ilə şəkil çəkdirmək istəyirəm, ona 20 manat uzadan zaman)))

Əvvəllər «Fəvvarələr meydanına» «Parapet» deyərdilər. Parapet isə belələrinin durduğu yerdir. İndi ona görə yəqin qırmızı fənərlər qoyublar ki, Amsterdamdakı «Qırmızı fənərlər küçəsi» ilə analogiya olsun)))
2ral
Mənə elə gəlir ki qızın (heykəlin) göbəyi açıqdır.
Kimsə görüb heykəli?
Westsider
Elə ona görə onu belə adlandırdım. Qız topikdə və «облегающий» şalvardadır)
Türkəl
Bir sözlə biabırçılıq.
Silen_ce
Heykəllərimiz də çilpaqlaşıblar
Bilici

çadralı olmalı idilər


heykəlin çılpaqlığına qalsa


qədim yunan-roma heykəltaraşlığına tüpürmək lazımdır

şərh silinmişdir
kastanka
Hələ gedib bu «gözəllikləri» yaxından görməmişəm.amma belə görürəm  ki, heç getməyimə dəyməz.Həqiqətən də Azərbaycanda olduğumuzu göstərən heç bir əlamət yoxdur.Məncə bu mənasız heykəllərin yerinə  milli geyimidə  bir xanım qoysaydılar daha gözəl görünərdi.Nə bilim ən azından nəsə orijinal bir şey fikirləşmək olardı.

PS.Bəlkə də o heykəlləri ona görə qoyublar ki, o cür geyinən qızlar özlərinə kənardan baxıb utansınlar.Görsünlər ki,necə eybəcər görsənirlər.
Türkəl
Məncə əksinə. İnanmıram o cür geyinən qızlarda utanc hissi olsun. O heykələ baxıb o birilər də həvəslənəcəklər.
tenqo
Həvəslənəcəklər deyəndə guya azdır ki, geyinənlər? Hələ bəzilərinə baxanda o abırlı geyinib. Ondan da betər geyinənlər var
tenqo
P.S. ilə razılaşıram. Bəlkə də elə ona görə qoyublar. Onsuz da həmin yerə gedəndə çox vaxt o cür geyimli qızlarla rastlaşıram. Həmin parkın ümumi görünüşünə uyğun düzəldiblər elə
Ferbara

Təbliğata daha çox oxşayır.

belə heykəl daha yaxşı olardı

Beləsi daha yaxşı olardı.

Admin 2010-07-09 20:44:33 redakte edib
Westsider
Bura bulvarın harasıdır?
Ferbara
Bu heykəl Odessa şəhərindəki dəniz vağzalının yanındadı. Adı «Жене Моряка»
Silen_ce
ümid edirəm ki qışda bu qızcığazlara kürk geyindirərlər)))
bankir

Deyilənə görə Fəvvarələr meydanında gəlib-gedən oğlanlar o qıza toxunmağı özünə borc bilir. Daha bir NHN sualını da mən verim. Bu oturacaqlar nə deməkdir?


Westsider
«Ничего не вижу, ничего не слышу»))
Bilici

Belə millət üçün köhnə, xaraba parklar yaxşıdı


düşüncələri kimi köhnə ,xaraba

Silen_ce
Mən, sən, Torqovı…
Yenə olaq üçümüz…
Bir az mağazaları gəzək,
gözlərimiz bayram eləsin.
Sonra baxa-baxa qalsın
ala bilmədiyimiz paltarlara…
Bir az da kədərə bürünsün gözlərimiz.
Tanrı taleyimiz kimi gözlərimizə də
sevincişişin burnunda verir…
Mən, sən, Torqovı…
Yenə olaq üçümüz…
Bir az da vaxt itrək türk kafelərində biz
Ürəyimizdə cibimizi sayaq,
son qəpiyimizi də burda qoyaq.
Vitrinlərin önündən şütüyüb keçək
Zaman kimi,qan ağlasın içimiz…
Mən, sən, Torqovı…
Yenə olaq üçümüz…

Xuraman Hüseynzadə
E1000
Parapetin adı dəyişsə də özü dəyişməyib. Yenə də həmin qızlar,yenə də həmin oğlanlar. Sadəcə əvvəl erməni qızlar idi,indi elə özümüzkülər.
2ral
Hamı yerli mal alsın,xeyir Vətənə qalsınGülümsəyir
nazli89

Cox gozel dizayn edilib, superde alinib. men xarici vetendawlarin o heykellerin yaninda nece maraqla wekil cekdirdiklerin wahidi olmuwam cox xowum gelib.

Cavid
Nazlı, dəyərli sözlərinizə görə sizə təşəkkür edirəm ancaq zəhmət olmasa Azərbaycan şriftləri ilə yazın.
ayxansevda
dəhşət. nələr oxumadım, mən.