Chanel №5 tarixində beş sima

5 may 1921-ci ildə Fransada ilk dəfə Chanel №5 ətiri təqdim edildi. Bu əfsanəvi Koko Şanelin ilk ətiri idi. Ətirin təqdimat tarixi təsadüfən beşinci ayın beşinci günü seçilməmişdi. Ətir məşhur rus-fransız kimyaçı-ətriyyatçısı Ernest Bo tərəfindən yaradılmışdı. Ətir və onun sadə qabı o dövrün parfüm dünyasında böyük inqlaba səbəb olmuşdu. Məşhur ətir təqdim edildikdən qısa müddət sonra, bütün Paris qadınlarının istəyinə çevrilmişdi.

Chanel №5 artıq çoxda bir ətir klassikasına çevrilib və onun reklama ehtiyyacı olmadığına şübhə edilmir. Lakin məşhur brend müxtəlif dövrlərdə bəzi məşhurlarla müqavilə bağlayaraq onların bu ətirin səfiri olmasını - Chanel №5 siması kimi tanınmalarını təmin edir. Gəlin birlikdə Chanel №5 tarixinin ən məşhur beş simasını yada salaq…

Merlin Monro heç vaxt ətirin rəsmi reklam siması olmasa da, 1950-ci illərdə onun ilk səfiri olmuşdur. 
Aktrisanın jurnalistlərdən birinin «Yatağa girərkən əyninizə nə geyinirsiniz?» sualına verdiyi «Bir neçə damçı Chanel №5″ cavabı, onun adının Chanel №5 tarixinə əbədi həkk olmasına səbəb olub.
 

1970-ci illərdə ətirin siması kimi Katrin Denev seçilmişdi. Brendin məqsədi Chanel Nº5-in 1960-cı illərdə itirdiyi mövqeyini bərpa etmək idi.
Bu məqsədlə də ətiri apteklərdən və bu kimi kütləvi satış məkanlarından yığışdırılır, ətirin PR-ı ilə məşğul olan şirkətlərlə əlaqələr kəsilir. Chanel Nº5-in  imici ilə Chanelin art direktoru Jak Jelyü şəxsən məşğul olmağa başlayır. O, Katrin Denev və məşhur rejissor Riddli Skottu işə cəlb edərək, ətir üçün kiçik reklam rolikləri çəkdirir.

Məşhur kinoqlamur Katrin Denev və məşhur rejissor Riddli Skottun əməkdaşlığı qarşıya qoyulmuş məqsədə çatmaqda birmənalı olaraq mühüm rol oynayır.

Bəzi məlumatlara görə, 1990-cı illərdə Chanel №5-in reklamına digər ətirlərin reklamından bir neçə qat artıq xərc çəkilmişdi.

Ətirin yeni siması kimi Karol Buke seçilmişdi. Çəkilişləri isə ən az ulduzun özü qədər məşhur olan istedadlı fotoqraflar Patrik Damerşelye və Dominik İssermann həyata keçirmişdi.


2003-cü ildə ətirin siması kimi cazibədar Nikol Kidman seçildi.
Məşhurlarla əməkdaşılığını davam etdirən brend reklam rolikinin çəkilməsi üçün bu dəfə Mulen Ruj filminin məşhur rejissoru Baz Lurmanı əməkdaşlığa dəvət edir. 

Baz Lurman heç vaxt çəkilməyəcək bir film üçün iki dəqiqəlik bir treyler çəkdi. Sonra isə həmin treyler əsasında 30 saniyəlik bir reklam hazırladı.



2012-ci ildə kompaniya daha bir inqlaba imza atdı. ilk dəfə olaraq, qadın ətrinin reklamında kişi çəkildi. Əlbəttə ki, bu rol üçün başqa biri yox, məhz qadınların sevimlisi olan Bredd Pitt seçilmişdi. 

Bu addım çox yaxşı düşünülmüş və nəticələri əvvəlcədən planlaşdırılmış bir addım idi. Çünki, çətin ki, hansısa qadın belə bir kişinin əlindən ətiri almaqdan imtina etsin.


Bundan başqa məşhur aktrisa Odri Tatu, koko Şanelin özü və bir neçə şəxs də müxtəlif vaxtlarda Chanel №5-in siması olub.


Mənbə: sbm.az

0 şərh