Kreativ papaqlar

Bakıda qış mövsümündə papaqsız keçinmək mümkün deyil. 

Oktyabr ayı günəşli keçsə də, noyabr ayının soyuğu canımıza üşütmə salır. Soyuqda xəstələnmək istmirsinizsə, papaqlarınızı indidən hazır edin. Bu il qəribə formada və kreativ papaqlar taxmaq çox dəbdədir.

Papaq taxanda saç korlanır. Bu əziyyətdən xilas olmaq üçün parik papaqlar taxmağı təklif edirik. Yaradıcı insanların diqqətini bu papaqlar daha çox çəkir.





“Maison Michel” moda evinin hazırladığı qulaqlı papağın da çox maraqlı dizaynı var. İsti saxlamasa da, çox gözəldir.

Maskalı papaqlar isə velosiped sürənlər üçün göydəndüşmə olacaq. Qorxulu görünsələr də, soyuqdan qoruyacaq.
Kanadalı snowbord-çular isə zirvələri fəth etmək üçün qeyri-adi, gözlərdən başqa üzü tamamilə örtən papaqlar hazırlayıblar.





 

0 şərh