Bikininin tarixcəsi

Qadınlar yayda bikini geyinmək üçün bir neçə ay əvvəlcədən pəhriz saxlayırlar. Gözəl bədən quruluşuna sahib olmaq üçün bütün çətinliklərə dözürlər. Kişilər iki parçadan ötrü bu qədər əziyyətə dözən qadınları başa düşməsə də, bikinin öz dəbi və qaydaları var. İndi hamı rahatlıqla bikini geyinsə də, əvvəllər belə olmayıb. Bikini tarixinə nəzər salsaq, onun 1960-cı ildən etibarən dəbə mindiyinin şahidi oluruq.

Bikinin yaranması tarixi əslində, dördüncü əsrə söykənir. Qədim Romada gimnastika və idman edən qadınlar alt və üst olaraq iki parçadan ibarət olan bikini modelinə oxşayan paltar geyinərdilər. Hətta ayaq biləklərinə də halqa taxıb özlərinə aktiv qadın imici yaradırdılar. Bikini qədim Romada olduğu kimi, bu gün də müasir qadının simvolu olaraq xarakterizə olunur.

XX əsrin əvvəllərində dünyanın az qala hər yerində bikini və ya ona bənzər paltarların geyilməsi düşünülə bilməzdi belə. Qadın üzgüçülər çimərliklərdə özlərini gizləyə bilmək üçün dizə qədər uzanan paltarlarda üzərdilər. XX əsrin irəliləyən dövrlərində qapalı çimərlik geyimləri yerini daha müasir və qadın bədənini ortaya çıxaran modellərə verir. Lakin yenə də qadın bədəninin böyük hissəsini bağlayan bir model idi. Ombanı və göbək çuxurunu tamamilə bağlayan bu yeni modelin üstü də indiki bikinilər kimi açıq deyildi. Lakin köhnəyə görə yenə də olduqca cəsur geyim modeli sayılırdı.

60-cı illərdə bəzi ölkələrdə qadınlar 2 hissədən ibarət olan bikinilər geyinməyə başlayırlar. Qarnın böyük hissəsi və kürək açıqda qalırdı. Bikinini tanıdan və dəbə gətirən isə modelyer Luis Reard olur. Luis Reardın hazırladığı 2 hissədən ibarət olan bikini çox açıq idi. Ancaq mühəndis Reard hazırladığı bikinini təqdim etmək üçün uzun müddət model tapa bilmir. Həmin dövrün modellərindən heç biri bədənini tamamən göstərən bu geyimi nümayiş etdirməkdən imtina edirdi. Bu bikinini geyinməyə model tapmadığı üçün o, striptizci Mikelini Bernardini ilə işləməyə başlayır. İlk yarandığı illərdə mühafizəkarlar bu tərzi «Qızlıq soyadından başqa qadının hər şeyini göstərən geyim” kimi tənqid ediridi. Maraqlı məqam budur ki, mühəndis Reard bikinini anasının alt paltarları dükanından təsirlənərək yaradıb. Adi bir maykanın aşağı hissəsini kəsərək göbək hissəni açıq qoyan Reard beləcə maraqlı bir geyimi kəşf edib.



Reardın yeni məhsulunu tanıda bilməsi üçün ən az məhsul qədər diqqət çəkə bilən ada ehtiyacı var idi. Bikini adı isə Sakit okeanda yerləşən eyni adlı ada ilə bağlıdır. Belə ki, nümayişindən 4 gün əvvəl ABŞ ordusu Pasifikdə „Bikini atomu” kimi tanınan kiçik adalarda nüvə sınağı reallaşdırmışdı. Rəvayətə görə, bu bir oxşarlıqdır. O illərdə də cazibədar qadınlara “bomba”, „atom” kimi oxşatmalarla müraciət olunurmuş. Bu hadisədən sonra o, yeni məhsula bikini adını verməyə tərəddüd etmir. Bikini kimi cəsur geyim geyən qadın da atom bombası effekti yaradır. Reard bu kəşfini nüvə sınaqlarının Bikini adasında yaratdığı kimi partlayış yaradacağına ümid edirdi. Onun gözləntiləri özünü doğruldur. Belə ki, yeni qadın geyimi — bikini bomba partlayışı kimi dünyada sensassiyaya səbəb olur.

Bikini bir müddət İtaliya, Fransa kimi bəzi katolik ölkələrində qadağan edilir. Amerikada da aktrisaların bikini geyindiyi səhnələrin qadağan olunması üçün rejissorlara təzyiq göstərilir. Ancaq çox tezliklə bikini avropalı qadınların sevimli geyiminə çevrilir. 1960-ci ildən sonra isə bikininin Fransada istifadəsinə icazə verilir.

Reklam kampaniyalarında və afişalarda da bolluca bikinili qadın fiquru istifadə edilir. Bikinin dünya miqyasında tanınmasında filmlərin rolunu danmaq olmaz. İrəliləyən dövrlərdə “Time» jurnalı da bu mövzunu qz qabığına daşıyır. Bikinin yenidən gündəmə gəlməsi Bricit Bardonun 1956-cı ildə çəkilən «Və tanrı qadını yaratdı” layihəsi ilə reallaşır. Merlin Monro və Rita Hayvort kimi aktrisalar bikinidə cəsur pozalar verirlər.

Təxminən üç il sonra artıq bütün ulduzlar sahillərdə bikiniylə görünməyə başlayırlar. Qadınlar artıq çimərliklərdə bütün quruluşunu ortaya çıxaran bikinilərlə rahat qaça bilirdilər. Bikini daha sonra artıq modanın ayrılmaz bir parçası halına gəlir. İndi isə bikini qadın seksuallığının bir simvoludur. Qadınlar 1970-ci illərdən sonra bikini uğrunda incə və göbəksiz olmağa diqqət göstərirlər.



Sonralar bikini modeli daha da seksual bir hal alır. Belə ki, tanqa bikinilər qadın qarderobuna daxil olur. Tanqa ilk dəfə 1970-ci ildə Braziliyada yaranıb. O vaxtdan bu günə kimi artıq dünyanın hər yerində, hətta bir çox müsəlman ölkələrində də çimərliklərdə tanqa geyinən qadınlara rast gəlirik. Alt paltarı xatırladan tangalar artıq hər yerdə qarşımızdadır. Jurnalların üz qabığında, televiziyada, çimərliklərdə, moda nümayişlərində, dünya ulduzlarının geyimləri kimi bir sözlə, hər yerdə qarşımıza çıxa bilir. Kişiləri artıq əvvəlki qədər təəccübləndirməsə də, də yenə də böyük həyəcan doğurur…
Dəbin dəyişən trendləri bikini modellərinə təsir etsə də, diqqət çəkiciliyini itirməyib.

0 şərh