Stiletto

Əslində stiletto yüksək və incə dabanlı ayaqqabıların orjinal adından başqa bir şey ifadə etmir. Stilettonun orjinal adı ilə moda gündəmini zəbt etməsi 1950-ci illərdə zəyifliyin, incəliyin moda dünyasında xüsusi yer tutması ilə baş verdi. İlk stilettonun yaranmasında iki ad önə çıxır – markaya adını verən Roger Viver və Marilyn Monroe, Gloria Swanson və Bette Davis kimi müştərilərə sahib italıyalı ayaqqabı dizayneri Salvatore Ferragamo.

Viver üçün ayaqqabının silueti çox vacib amil idi. Ayaqqabıda ayağa tam oturan xəfif qövs və incə daban seksi görüntü və xüsusi dizaynla yanaşı, incə zövqü də ifadə edirdi.

Bəs stiletto necə yarandı?
İkinci dünya müharibsəi dövründə uçuş sistemləri üçün yeni materiallar gətirilmişdi. Aliminum və plastikin metalla birləşməsi yolu ilə dünyanın ən incə dabanını hazırladılar. 5mm ölçüdə poladdan olan ilk stiletto dabanı “iynə” adı ilə xatırlanmağa başladı. Adını İtaliyan bıçağından götürən stiletto 1950-ci illərdə inkişaf dövrünü yaşayırdı. Parisli ayaqqabı dizayneri Christian Louboutin – in qırmızı dabanlı dizaynları stilettonun erotik və fetişist əlaqələrini gücləndirdi.

Keçmişdə qadınlar daha çox bu tip ayaqqabıları gecə geyimi üçün istifadə edirdilərsə, son dönəmlərdə isə daha işlək hal alıb. Amma stilettolar biz qadınlara incəlik, seksilik və xoş görüntü bəxş etməklə yanaşı sağlamlığımıza da əsk təsirlər bəxş edir. Bu tip hündürdabanlı ayaqqabılar ayaqlarda burxulmaya, sümük çatlamasına və oynaq iltihabına səbəb olur. Çünki düzdabanlı ayaqqabılara nisbətən stilettolarla ayaqlar 7 qat daha çox təzyiq görür. Eyni zamanda da stilettorlar vasitəsilə bədənimizin fərqli əzələləri işləyir. Qeyd edək ki, Amerikada stilettolarla gəzmə dərsləri verən kurslar da açılıb.

Biz qadınlar stilettoları geyinəndə özümüzü daha güvənli, seksi və eleqant hiss edirik.
 

0 şərh