Рейтинг
+77.11

Moda dünyası

60 üzv, 169 topik

Maykl Ceksonun modaya verdiyi töhfələr


Uğurlu karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı ilə Maykl 40 il pop mədəniyyətinin bir hissəsi olub. Bu illər ərzində onun geyimləri və xüsusi olaraq hazırlanan səhnə kostyumları da diqqətdən kənar qalmayıb. Pop-kralı hələ sağlığında moda dünyasına stil diktə edən və ölümündən sonra belə ona böyük təsir göstərən musiqiçi olub.


Ardı →

“Vogue” jurnalının nüfuzlu baş redaktorları


«Modanın İncili» adlanan «Vogue» jurnalı artıq neçə illərdir ki, dəbi sevən insanlara mayak rolunu oynayır, modanı diktə edir, milyonlarla qadına stil ipucları verir. «Vogue» qədim ingilis dilindən tərcümədə «dəb» mənasını verir, lakin indi yalnız «to be on vogue» (dəbdə olmaq), «to come into vogue» (dəbə daxil olmaq) söz birləşmələri formasında işlənir. Jurnalın məqsədi XIX əsrdən bu günə kimi dəbin yenilikləri barədə oxucuları məlumat verməkdir.


Ardı →

Saç modellərinə uyğun baxım qaydaları

Hər qadın saçları ilə oynamağı sevər. Sıxıldığında ilk əvvəl saçında bir dəyişiklik etmək istəyər. Saçlarınızı salonda kəsdirib gələndə qəşəng görünər. Ancaq bir gün keçəndən sonra saçlarınız sizə yadlaşar və onlarla necə davranacağınızı bilmərsiz. Buna görə də, saç trendlərini nəzərə alaraq hər tip saça uyğun saç modellərini təqdim edirik.

Uzun saç – gündüz

Uzun saçla çalışmaq çox çətindir. Uzun saçlarınızı yanınıza töküb gəzmək gözəldir, ancaq özbaşına buraxsanız, ucları o qədər də qəşəng durmaz. Bunun üçün gündüzlər saçlarınızın səliqəli görünməsi üçün yuyub bir az qurutduqdan sonra uclarına rulolar, ya da qalın biqudilər taxıb su kimi axıb gedən saç uclarına sahib olun.

Uzun saç – gecə

Uzun saçların gecə modeli üçün ən uyğun olan Fransız model Bencenin saç modelidir. Həm öndən, həm arxadan çox şık və eleqant görüntüsü olan bu saç modeli gecə ziyafətləri üçün möhtəşəm seçimdir. Göz sürməsini bir az uzun çəkdinizmi, daha da şıq görünəcəksiz.


Ardı →

Dəbin 10 tendesiyası

Ağ heç vaxt çox olmur
Dəbi izləyənlər bilirlər ki, ağ hər mövsümün əsas tendesiyalarından biridir. Klassikləşən bu rəngin dəbi heç vaxt keçmir. Mövsümün ağ rəngli geyimləri müxtəlif fakturalı detallarla bəzənəcək. Ağ rəngi digər rəngli aksesuarlarla bəzəmək olar. Rəngin hegomonluğu makiyajda da davam edəcək. 

Ardı →

Danışan dodaqlar

Dodaq boyası qadının ən güclü silahlarından biridir. Al qırmızı, canlı çəhrayı, parıltılı boyalar… Bütün rənglərin bir mənası var. Bəs siz hansı rəngdə dodaq boyasından istifadə edirsiniz və rəngin mənasını bilirsiniz? Dodaq boyalarının rənglərinin mənası ilə tanış edirik.  

Klassik qırmızı 

Qırmızı “məni gör" deməkdir. Bu boyanı istifadə edənlər diqqət mərkəzində olmağı, hamının nəzərini cəlb etməyi istəyirlər. 


Ardı →

Payız Modası - 2014

Havaların sərinləməsi ilə yayın al-əlvan libasları öz aktuallığını itirir. 
Rusiya mətbuatına istinadən payızın ən dəbli rənglərini təqdim edirik. Belə ki, bu payızda ən çox boz, qəhvəyi və bej rənglər gündəmdə olacaq. Bununla yanaşı mavi, qırmızı rəng də üstünlük təşkil edəcək.
Dəniz mavisi:
Bu yayın bitməsinə pis olanların seçimidir. Payızda qarderobunuzda mütləq mavi rəngli libasa yer verin. O, həm əhvalınızı yüksəldəcək, həm də sizin gözəl görünməyinizə kömək olacaq. 
Ardı →