Bəs sən kayzen.az-a üzv olmusan?

Bu albomdakı şəkillərdən bir neçəsini mikrobloqda yerləşdirmişdim. indi isə tam kolleksiya.

 

7 şərh

mr13
Kayzen.az nə yaxşı ki, varsan!!!
Dior
27.03.2010, 21:35
Bəli,mən bu tarixdə üzv olmuşam.
mr13
Mən isə 8 mart 2010, 11:36
təpəgöz
İki gözümüz aydın.İndi hamı durub bir-bir nə vaxt qeydiyyatdan keçdiyini yazsın?
Freddie

Kayzen.az saytını Kayzen.az saytında reklam etməyin mənası nədir? Və ya başqa cür soruşsaq, Kayzen.az saytına üzv olmuş istifadəçilərdən bu sualı soruşmağın mənası nədir? Şəkillər əladır və hamsına istifadəçi albomunda baxmışıq. Elə orda qalsa yaxşıdır...

bankir
Özündən razılıq və lovğalıq kimi çıxmasın,amma bəlkə saytın tanıtımı üçün məndən çox əziyyət çəkən olmayıb.Amma heç yerdə qeyd etməmişəm.Məncə saytı başqa yerlərdə,başqa saytlarda reklam etmək lazımdır.Əslində heç reklama ehtiyac da yoxdur(bunu vaxtilə sayt təzə yarananda bir vaxtlar müzakirə etmişdik),sadəcə intellektual səviyyəsi yüksək olan uşaqlara çatdırmaq məsələsi var ki,qoy 5 ay sonra gəlməkdənsə,indidən sayta gəlsinlər.Ona görə də məncə bu şəkilləri başqa saytlarda,məsələn facebookda dostlara göndərmək daha yaxşı olardı.
mr13,elə bilmə ki,biz əziyyətini qiymətləndirmirik.qətiyyən,əgər elə olsaydı,heç plyuslamazdım da.Sadəcə deyirik ki,burda post bir az yersizdir.
2ral
Ucundan tutub ucuzluğa getməyin.Belə şeylər gizli bloqda müzakirə olunur. Saytda olan yüzlərlə maraqlı mövzunu qoyub bu məsələni açıq müzakirə etməyin.
Mövzu şərh yazmaq üçün bağlanır.
Topik müəllifi şərh yazmağa qadağa qoyub