Рейтинг
+35.25

Musiqi qrupları

28 üzv, 15 topik

"The Beatles" haqqında 10 fakt

1. Əslində  inglis dilində “beatles” sözü mövcud deyil. Bu “beetle”(böcəklər) və “beat”  sözünün birləşməsindən yaranıb. Con Lennon “The Circkets” qrupunun adını yaranmağı yolunu çox bəyənmişdi, axı “crickets” sözü inglis dilindən tərcümədə həm məşhur oyunun adı, həm də “cırcırama” kimi tərcümə olunur. Söz oyununu sevən Con Lennon məhz bu yöndə bir ad fikirləşmək istəyirdi. Uzun sürən araşdırmalardan sonra əfsanəvi kvartetin adı müəyyən olunur. Şifahi səslənərkən “böcəklər” kimi eşidilir, yazıda isə “beat” sözü görünür.


Ardı →

Beatles qrup üzvlərinin yumorları

«The Beatles» qrupunun üzvlərinin intervyular zamanı istifadə etdikləri maraqlı yumor və zarafatları təqdim edirik.

Müxbir: Ringo dünyanın ən yaxşı baraban ifaçısıdır?
John: Ringo heç Beatles-ın ən yaxşı baraban ifaçısı deyil. (1964, press-konfrans, Paris)

Müxbir: Fransızlar hələ «Beatles»i sevib-sevməyəcəklərinə qərar verməyiblər. Bu haqda nə fikirləşirsiniz?
Paul: Aaa «Beatles»? Onlar superdirlər, bizim xoşumuza gəlirlər. (1964, radiointervyu)

Müxbir: Uğur həyatınızı necə, dəyişdirib?
George: Hə. (1964, teleintervyu, Nyu-york)

Müxbir: Saçlarınız özünüzküdür, ya parik taxırsınız?
Ringo: Hey polis!
Paul: Çıxarın onu zaldan!
George: Bizim saçlarımız təbiidir, bəs sizinkilər necə, xanım? (1966, press-konfrans, Çikaqo)

Müxbir: Şöhrət və fanatlarınızın diqqəti başınızı gicəlləndirməyib ki?
John: Hiss eləyəndə ki, artıq lovğa olmağa başlayıram, onda Ringoya baxıram və başa düşürəm ki, biz supermen deyilik. (1964, press-konfrans, San-Fransisko)


Ardı →

"Qaya" qrupu

Qrupun toplanması
Qaya qrupu
60-70-ci illərdə dörd nəfərdən ibarət bir qrupun səsi ittifaqın hər yerinə yayılmışdı.Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski və onları birləşdirən «Qaya». Dörd gənc kvartet yaratmaqla tarixə düşürlər. Bir-birilərini hələ Asəf Zeynallıdan tanıyırdılar. O vaxtlar Bakıda "çoxsəsli oxuyan qruplar" yox idi. Onlara isə birağızdan xorla oxumaq xoş gəlirdi. Bir dəfə Teymur təklif edir ki, gəlin sınayaq, bəlkə, nəsə alındı. Və başlayırlar müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış etməyə. 60-cı illərdə caz Bakıda çox dəbdə idi. Onlar da cazpərəst idilər, cazı çox sevirdilər və əsasən də, caz oxuyurdular. Təbii ki, ingiliscə yox, icazə vermirdilər. O vaxtlar informasiya məhdudiyyəti var idi. Plastinkalar tapılmırdı. Mahnılara ancaq radio vasitəsi ilə qulaq asa bilirdilər. Hər axşam saat 11-də Amerikadan caz proqramı verilirdi. Harda olmalarından asılı olmayaraq, həmin saatda radionun qabağına yığışardılar.


Ardı →

ABBA

İsveç pop-qrupu “ABBA” 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb(ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog and Anni-Frid Reuss).Çox maraqlıdır ki,ABBA adı İsveçin dəniz məhsularını istehsal edən bir firmasının adıdır (Abba Seafood).Qrup üzvləri onlardan ABBa adını istifadə etmək üçün icazə istəyəndə onlar bildirmişdi ki,icazə veririk,amma elə edin ki,biz sizin adınıza görə xəcalət çəkməyək:)
1974-cü ildə «Waterloo» mahnıları Eurovision müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb. Karyera müddətində “ABBA” qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu «The Visitors» adlı albomu isə 1981-ci ildə çıxıb. Baxmayaraq ki, onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməsələrdə, amma “ABBA” qrupun 1983-cü ildən dağıldığı hesab edilir… Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır.


Ardı →

Tanış ol, Emo! [emo gruplar] #2.


«What the fuck is emo?»
Hissə 2.
80`cı illər.
İlk dalğa, «Yayda İnqilab», həmin vaxtı yaranan və tarixdə iz qoyan qruplar.
İlk yazıda qeyd etdiyimiz kimi, 80`cı illərdə Vaşingtonda DC çox saylı qruplar yarandı ki, punk/hardcore musiqisinin sınma və dəyişmə nöqtəsi oldular. Aqressiv səslənmədən uzaqlaşaraq, eksperimental, melodik, lirik — bir söz ilə, punk/hardcore səslənmə standartlarından uzaq bir musiqi ifa etməyə başladılar. Punk/hardcore musiqinə xas olmayan bir başqa cəhət də var idi. Mətnlərdə şəxsi təəssüratlara daha çox yer ayrılırdı.
Ardı →

Tanış ol, Emo!

emo lifetstyle
«Still Life»

What the fuck is emo?
Hissə 1.
Qeyd — qeyri-dəqiq məlumatlar əsasında yazılan bir məqalədir. 80`cı illərdə dəqiq nəyin baş verdiyini öyrənmək istəyən, İan Makkey və yaxud Guy Picciotto ilə söhbət eliyə bilər. DİY şəraitində yaranan və inkişaf edən musiqi tərzi, daima undergrounda qaldığına görə, bəzi ifaçıların albom və məlumat qıtlığı ilə üzləşirik.
Emo sözünü eşidən an, beynivə gələn ilk bir şey hər gün yolda, dayanacaqda, avtobusa minəndə və düşəndə, həyətdə, məktəbdə, universitetdə, konsertdə, magazində, «torgovida» — müxtəlif yerlərdə gördüyün çəhrayi-qara geyimdə olan azyaşlı yeniyetmələr olur.
Daima ağlayan, ölmək istəyi ilə həyata davam edən yeniyetmələr, homoseksuallığın və lezbiyanlığın çiçəkləndiyi bir mədəniyyət və daha nələr, nələr — sən onları belə tanıdın. Daha doğrusu, sənə göstərilən elə o idi.
İndi isə məlumatlan bir az!
Tanışlıq prosessinə hazırlaş.
Müxtəlif internet mənbələrdən oxuya biləcəyin məlumatların tərcüməsi və öz şəxsi, subyektiv fikirlərimizin toplusu bir necə hissədən ibarət olacaq.
Ardı →

H.O.S.T qrupu haqqında

Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib.2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın “Sənsiz (Love Story)” hiti də məhz o dövrdə yazılır.

Ardı →

Coldünya

Azərbaycan rok qrupu “Coldunya” 1992 –ci ildə Bakıda yaradılıb.
Tərkib:
Teymur Nadir –vokal, fortepiano
Rövşən Kərimov –gitara, vokal
Samir Cəfərli –zərb və klavişli alətlər
Aydın Hacıyev –bas, dodaq qarmonu
Ardı →

Yuxu qrupu- Xəzərin sahilində

YUXU qrupu 1988-ci ildə (SSRİ zamanında) Azərbaycanın Sumqayıt şəhərində yaranmışdır. 1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər. Qrup bir-neçə ildir ki, dağılıb, fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazov və gitaraçı Namiq Nəqdəliyev bu yöndə fəaliyyət göstərir.






Əlavə etdiyim bu klip televiziyada demək olar ki göstərilməyib. Klip Sumqayıtda çəkilib.


Buyurun baxın.


Davamı →