Tanış ol, Emo!

emo lifetstyle
"Still Life"
What the fuck is emo?
Hissə 1.
Qeyd - qeyri-dəqiq məlumatlar əsasında yazılan bir məqalədir. 80`cı illərdə dəqiq nəyin baş verdiyini öyrənmək istəyən, İan Makkey və yaxud Guy Picciotto ilə söhbət eliyə bilər. DİY şəraitində yaranan və inkişaf edən musiqi tərzi, daima undergrounda qaldığına görə, bəzi ifaçıların albom və məlumat qıtlığı ilə üzləşirik.
Emo sözünü eşidən an, beynivə gələn ilk bir şey hər gün yolda, dayanacaqda, avtobusa minəndə və düşəndə, həyətdə, məktəbdə, universitetdə, konsertdə, magazində, "torgovida" - müxtəlif yerlərdə gördüyün çəhrayi-qara geyimdə olan azyaşlı yeniyetmələr olur.
Daima ağlayan, ölmək istəyi ilə həyata davam edən yeniyetmələr, homoseksuallığın və lezbiyanlığın çiçəkləndiyi bir mədəniyyət və daha nələr, nələr - sən onları belə tanıdın. Daha doğrusu, sənə göstərilən elə o idi.
İndi isə məlumatlan bir az!
Tanışlıq prosessinə hazırlaş.
Müxtəlif internet mənbələrdən oxuya biləcəyin məlumatların tərcüməsi və öz şəxsi, subyektiv fikirlərimizin toplusu bir necə hissədən ibarət olacaq.
Hər dəfə sizi bu musiqi tərzinə aid olan müxtəlif maraqlı qruplar ilə tanış edəcəyik.
Azərbaycan dilində bu mövzuya aid "ilk" məqalə sayıla bilər.
Çünki, şəxsən mən, azərbaycan dilində hansısa məlumatla rast gəlməmişəm.
Başladıq!
İlk əvvəl onu qeyd eləmək lazımdı ki, emo musiqisi punk/hardcore səhnəsindən ayrılmış müstəqil qoldu.
Əsas fərq ifaçının vokalında və xaotik, amma eyni anda melodik musiqidədi. İnkşaf zamanı emo özü müxtəlif qollara bölünür, amma bu haqqda hələ irəlidə yazılacaq.
Başqa üslublardan fərqləndirən cəhət əsasən vokalda inilti, ciyilti, pıçıltı, bağırtıdan və bu kimi müxtəlif vokal imkanların əsasında qurulmuş fərqdən və bu fərqə edilən vurğudan ibarətdi. Sakit və melodik başlayan mahnı, kəskin səs-küylü musiqi ilə əvəz oluna bilər, və yaxud əksinə.
Daha bir qeyd - sizlə emo submədəniyyəti (?) haqqında söhbət açmayacayıq. Əsas - musiqidi!
Yaranan və yaxud fenlər tərəfindən yaradılan mədəniyyət haqqında isə daha ətraflı başqa vaxt yazacayıq.
Emo musiqisi əsasən üç dalğaya bölünür. 80`cı illər, 90`cı illər və 2000`ci illərdən bu günə.
Növbəti yazılarda sizləri hər bir dalğa və həmin dalğaya aid olan qruplar ilə daha yaxın tanış edəcəyik.
İlk olaraq 80`cı illərdən və ilk dalğadan başlayaq.
Hər şey "Minor Threat" qrupunun 1983`cü ildə dağılmasından başladı. Hardcore/punk səhnəsi 80`cı illərdə alışan hirsini və yeni nəfəsini itirməyə başladı. "Salad Days" adlı albom "Minor Threat"`ın dağılmasından sonra işıq üzü gördü və Vaşinqton hardcore səhnəsinin sonu oldu.
Ölkədə olan hardcore/punk qruplar müxtəlif üslublarda ifa etməyə başladılar.
Elə bu zaman və bu şəraitdə DİY qruplar yaranır. Hardcore/punk səhnəsinə məxsus olan ifa tərzinə sadiq qalaraq, mətnlərdə daha çox şəxsi təəssüratlara, hisslərə və duyğulara yer verirdilər.

İlk sayda sizi 80`cı illərin ən əsas emocore/post hardcore qrupları sayılan - "Rites of Spring", "Embrace", "The Hated" "Moss İcon" qrupları ilə tanış edəcəyik.
Növbəti saylarda isə, həmin illər fəaliyyət göstərən və təsiri olan başqa qruplar, ilk dalğa (daha ətraflı) və 1985`ci ildə "İnqlab Yayı" kimi yaddaşlarda qalan termin ilə daha yaxın tanış olacaqsız.
Beləliklə, birinci "Rites of Spring" qrupundan başlayaq.
rites of spring
"Rites of Spring"- 1984`cü ildə Vaşingtonda (USA) yaranan emocore/post hardcore qrupudu.
"Rites of Spring" qruppunun tərkibi "The Untouchables"/"Faith" "Deadline" qrupların tərkibindən formalaşdı. Etirazlarına baxmayaraq, "Emotionally Charged Hardcore Punk" (Emo) üslubunun yaradıçıları kimi təqdim olunurlar. "Embrace" qrupu ilə yanaşı olaraq.
Punk rockda olan sürəti və çılğınlığı saxlayaraq, qrup vokal ilə eksperimentlər aparırdı. Guy Picciottonun xırıltılı səsi mahnılarda bəzən inilti və zarıltı ilə əvəz olunurdu. Mətnlərdə daha çox itirilmiş sevgi və şəxsi faciələrə yer verilirdi.
Qrup cəmi bir albom buraxıb, dağıldı.
Guy Picciotto "emo" termini haqqında: "Mən heçvaxt "emo" terminini musiqi tərzi kimi qəbul eləməmişəm. Çox dəxlisiz gəlir mənə. Və bilirəm ki, bu termin ilə leyblarda qeyd olunan qruplar, buna nifrət edirlər. Bu onları özlərindən çıxardır. Fikirləşirəm ki, fəaliyyət göstərdiyim bütün qruplar punk rock qruplar idi. Sadəcə anlamıram, siz fikirləşirsiz ki "Bad Brains" emosional musiqi ifa eləmirdilər? Onlar bəyəm robot idilər? Şəxsən mənim üçün heç bir məna və dəyəri olmayan bir sözdü.".

Tərkib:
Guy Picciotto - vokal, gitara.
Eddie Janney - gitara.
Mike Fellows - bas gitar.
Brendan Canty - zərb alətləri.
Diskoqrafiya:
198? - "Demo".
1985 - "Rites of Spring"(Self Titled).
1987 - "All Through A Life"(EP).
1991 - "End on End"(Compilation).

LastFM.
Vikipediya.
MYspace.

Növbədə - "Embrace" qrupudu.

"Embrace" - 1985-1986 illər ərzində Vaşingtonda fəaliyyətdə olan əfsanəvi post-hardcore qrupdu. Bir illik fəaliyyətinə baxmayaraq, qrupun hardcore/punk və emo səhnələrinə böyük təsiri var.
"Embrace" "Rites of Spring". Bu iki qrupdan kimin emo üslubunda ən birinci ifa etdiyi barədə mübahisələr bu günə qədər davam edir.
Qrupda əfsanəvi İan Makkey fəaliyyət göstərirdi.
Cəmi bir self-titled albomu var.
İan Makkey "emo" termini haqqında:
"Sual - "Çoxları emo üslubunun "Embrace" qrupunun ilk albomunın işıq üzünü görməsi ilə başlamasını fikirləşir.."
İan Makkey sual verənin sözünü kəsərək, cavab verir - "Mən heçvaxt bu termini qrupumuza aid eləməmişəm. Bu termin ilə bağlı məzəli bir əhvalat var. 85-86`cı illərdə Vaşingtonda yerli səhnə fəal sürətdə inkşaf edirdi ("Rites of Spring", "Embrace", "Rain" vəs. kimi qruplar yaranmışdı). Bəzi insanların bu tip musiqi xoşlarına gəlmirdi. Və zarafat kimi bu musiqiyə "emo-core" deməyə başladılar. Və daha sonra, müxtəlif fenzilər hansısa bir qrupu söymək üçün "emo-core" sözündən istifadə edirdilər. Amma 5 il sonra bu sözü müstəqil bir üslubun adı kimi işlətməyə başladılar. Mən isə bunu anlaya bilmirəm.
Məncə, hər bir musiqi üslubu emosionaldı. Punk rock isə əzəldən emosional bir şey idi. Bu termin isə, sadəcə istehlakçılar üçün yaradılıb. Nəyin alaçağını fikirləşməyə rahat olsun deyə. Mən öz musiqimə heç bir təyyin fikirləşmək istəyində deyiləm."".
Tərkib:
Ian MacKaye - vokal.
Michael Hampton - gitara.
Ivor Hanson - zərb alətləri.
Chris Bald - bas gitar.
Diskoqrafiya:
1987 - "Embrace"(Self-Titled).
LastFM.
Vikipediya.
Növbədə - "Moss İcon".qrupudu.

Qrup haqqında çox az məlumat var. Və bu səbəb qrupa daha çox mifoloji status verir.
Qrup 1987`ci ildə Annapolis şəhərində yaranmışdı. Əsas sayılan Vaşington sənhəsindən çox uzaqda fəaliyyət göstərən qrup, dağılandan sonra məhşur oldu.
Annapolis səhnəsində ilk "emo" qrup - "The Hated" idi. Bu qrup haqqında ətraflı yazılacaq.
"Moss İcon" isə daha sonra yarandı və "The Hated" qrupunun leyblında yazılmağa başladı.
"Moss İcon" qrupu emo musiqisinə təkmilləşdirilmiş gitara melodiyasını və nəzərə çarpan, gurultulu və mülayim keçidlər əlavə elədi. Vokalda (mahnıların kulminasiya və pik nöqtələrində səs telləri qırılacaq həddə çatırdı) hər kəsi heyran edirdi.
"Lyburnum Wits End Liberation Fly" adlı albom isə emo tarixində yazılmış ən nüfüzlu albomlardan biri kimi yaddaşlarda qalır. Albom 90`cı illərin emo musiqinin "şablonu" oldu, əsasən bunu vokal barədə qeyd eləmək lazımdı. Musiqi daha sakit, eksperimental, qeyri-standart və əvvəlcədən təyin edilə bilməyəcək oldu.
Vokal sakit danışıq və pıçıltıdan kəskin olaraq qışqırıq ilə əvəz olunurdu.
"Moss İcon" qrupunun musiqisində sehrli, sirli və təkrar olunmaz nəsə var idi.
Həmin nəsə ki, daha sonra yaranan qruplar yamsılamaq istəsələr belə, təkrar edə bilmədilər..
Tərkib:
Jonathan Vance - vokal.
Tonie Joy - gitara.
Alex Badertscher - gitara (bas gitar).
Monica DiGialleonardo - bas gitar.
Mark Laurence - zərb alətləri.
Zak Fusciello - perkussiya (zərb alətləri).
Diskoqrafiya:
1987 - "Demo Tape".
1988 - "Hate in Me"(7).
1989 - "Mahpiua Luta"(7).
1991 - "Memorial"(7).
1991 - "Moss Icon/Silver Bearing"(Split with "Silver Bearing").
1994 - "Lyburnum Wits End Liberation Fly".
1994 - "İt Disappears".
LastFM.
Vikipediya.
MYspace.
Və nəhayət, yuxarıda adı qeyd edilmiş - "The Hated"!

"The Hated" 1985`ci ildə Annapolis şəhərində yaranmışdı. İlk əvvəl melodik punk rockdan başlayan qrup,
inkşaf edərək, musiqi baxımından daha mürəkkəb musiqi ifa etməyə başladı.
Emo qruplar arasında kult qrup kimi yaddaşlarda qalır.
Demək olar ki, daha sonra yaranan emo qruplardan bir çoxu öz üzərində "The Hated" qrupunun təsirini hiss edib.
Lirik və gözəl melodiyalar, qəmli mühit və folk musiqinin təsiri - "The Hated" bu idi.
Və o vaxtı "The Hated" kimi fəaliyyət göstərən qrupların sayı az idi.
"Every Song" albomu ilə qrup punk/hardcore ənənələrindən uzaqlaşaraq,
7 füsunkar və quruluşuna görə təkrarı olmayan, mükəmməl mahnılar yaratdı.
Tərkib:
Mike Bonner - zərb alətləri(1985`ci ilə qədər).
Erik Fisher -
gitara, vokal.
Daniel Littleton -
gitara, vokal.
Colin Meeder -
bas gitar(1985, 1988-1990).
Kenny Hill - zərb alətləri(1986-1990).
John Irvine - bas gitar(1985-87).
Jason Fisher - bas gitar(1987-88).
Diskoqrafiya:
1985 - "Demo Tape"("The Best Piece of Shit").
1985 - "No More We Cry"(7).
1986 - "Demo Tape"("No More We Cry").
1987 - "Like The Days"(2x7).
1989 - "Everysong"(12).
1990 - "Wedge"(7, compilation).
1992 - "What Was Behind"(12).
1992 - "Awl"(cassette).
1997 - "Desmond Outcast & the Transplanted Heroes"(7).
LastFM.
Vikipediya.
MYspace.
punk`s not dead! till the heart of one punk beats.

thank u brainstorm[in]Babylon!
 

0 şərh