Tanış ol, Emo! [emo gruplar] #2.

"What the fuck is emo?"
Hissə 2.
80`cı illər.
İlk dalğa, "Yayda İnqilab", həmin vaxtı yaranan və tarixdə iz qoyan qruplar.
İlk yazıda qeyd etdiyimiz kimi, 80`cı illərdə Vaşingtonda DC çox saylı qruplar yarandı ki, punk/hardcore musiqisinin sınma və dəyişmə nöqtəsi oldular. Aqressiv səslənmədən uzaqlaşaraq, eksperimental, melodik, lirik - bir söz ilə, punk/hardcore səslənmə standartlarından uzaq bir musiqi ifa etməyə başladılar. Punk/hardcore musiqinə xas olmayan bir başqa cəhət də var idi. Mətnlərdə şəxsi təəssüratlara daha çox yer ayrılırdı.
Bu dövr, yəni 1985`ci ilin yayı yaddaşlarda "Yayda İnqilab" ("Revolution Summer") kimi qaldı.
Hardcore musiqisində bir inqlab idi. Yaranan qruplar eksperiment eləməkdən qorxmurdular.
Çox vaxt buna görə punk/hardcore aləmində gülüş mənbəsinə çevrilirdilər.
Məhs bu inqlab zamanı "emo" adlı ("emo-core" - emotional hardcore) musiqi üslubu, anlamı yarandı.
Maraqlıdı ki, həmin dövrün qrupları bu termin ilə razılaşmırdılar və rədd edirdilər.
Keçən dəfə sizləri o dövrün əsas sayılan 4 qrupu ilə tanış elədik.
Bu dəfə isə sizləri həmin "Yayda İnqilab" zamanı mühim rolu olan başqa 11 qrup ilə daha yaxından tanış edəcəyik.
"The Faith", "Gray Matter", "Ignition", "One Last Wish", "Marginal Man", "Fire Party", "Rain", "Dag Nasty", "Three", "Happy Go Licky", "Beefeater".
Əllbətdə, bəzi qrupları unuda bilərik. Qeyd eləməyib, yaddan çıxara bilərik.
Ola bilər, çünki bu əsas məqsədimiz deyil. Əsas məqsədimiz - sizə başqa tərəfi göstərmək istəyidi!
Tam və dürüst tarixçə adına görə mübarizə aparmırıq, sadəcə biliyivizin artımında bir növ köməkçi olmaq istəyirik.
Və növbəti yazılarımızda buna daha yaxın olacayıq.
Beləliklə, başlayaq!
"The Faith".

"The Faith" 1981`ci ildə İan Makkeyin balaca qardaşı, Alec tərəfindən yaradılır.
Unudulmuş hardcore qruplarından biridi. Bəziləri qrupun emo musiqinin yaranmasında heç bir iştirakın olmamasını deyir, amma bir şeyi qeyd eləmək lazımdı. "Yayda İnqilab" dövrü ən nüfüzlu qrupların ("Embrace", "Rites Of Spring") tərkibləri "The Faith" qrupunun tərkibindən formalaşmışdı.
1982`ci ildə ilk demo, daha sonra "Void" qrupu ilə split yazılır. 1983`cü ildə "Subject to Change" adlı EP işıq üzü görür.
Bundan sonra, qrup dağılır. Yerinə isə "Embrace", "Rites of Spring", "One Last Wish""Ignition" kimi qruplar yaranır. Qrupu "Yayda İnqilab"nın başlanğıcına dayanan qrupların sırasına aid edib etməmək isə sizlərə qalsın.
Tərkib:
Alec MacKaye - vokal.
Eddie Janney - gitara.
Michael Hampton - gitara.
Chris Bald - bas gitar.
Ivor Hanson -zərb alətləri.
Diskoqrafiya:
1982 - "Void/Faith" (split, Dischord Records).
1983 - "Subject to Change" (ep, Dischord Records).
Vikipediya.
Dischord Records`da səhifə.
LastFM`də səhifə.
"Rain".

İlk dalğanın əvvəlində və önündə dayanan nüfüzlu qruplardan biri.
Əfsuslar olsun, qrup haqqında çox az məlumat tapa bildim.
Qrup elə fəaliyyət göstərdiyi vaxtda belə başqa qrupların kölgəsində qalmışdı. 86-87`ci illərdə yazılan albom, yalnız bir necə il sonra işıq üzü gördü. "Rain" - "Rites of Spring" "Dog Nasty" qrupların həmahəng qarışığıdı. Məlahətli və zərif melodiyalar, biraz qəm, hərdən ümidsizlik - bütün mahnılardan cəsarət qoxusu gəlir. Eksperiment aparmağa qorxmuyan bir qrup. Birinci dalğanın ən yaxşı qruplardan biridi.
Diskoqrafiya:
1986 - "Demo".
1987 (1990`cı ildə işıq üzü gördü) - "La Vache Qui Rit".
Diskoqrafiyanı bir fayl kimi yüklə.
"One Last Wish".

"One Last Wish" 1986`cı ildə "Rites of Spring" qrupunun tərkibindən yarandı.
Yeni ad ilə fəaliyyətə başladılar və bir neçə xeyriyyə konserti keçirdilər. 1986`cı ilin noyabrında "İnner Ear Studios"`da yazılışa başladı. Amma albom tam hazır olan kimi, qrup dağıldı.
Albom isə yalnız 1999`cu ildə, əfsanəvi İan Makkeyin müstəqil "Dischord Records" adlı leyblında işıq üzü gördü.
Tərkib:
Guy Picciotto - gitara, vokal.
Michael Hampton - gitara, vokal.
Edward Janney - bas gitar, vokal.
Brendan Canty - zərb alətləri.
Diskoqrafiya:
1986 - "One Last Wish".
Vikipediya.
LastFM`də səhifə.
MYspace`də səhifə.
"Gray Matter".

"Gray Matter" 1983`cü ildə Vaşingtonda yaranan post/hardcore qrupu idi. 1986`cı ildə dağılmağına baxmayaraq, 1990`cı ildə yenidən fəaliyyətə başladı. Həmin fəaliyyət dövrü cəmi 3 il çəkdi.
12 sentyabr, 2008`ci ildə cəmi bir konsert üçün, qrup üzvləri yenidən bir araya gəldilər.
80`cı illərdə Vaşington səhnəsi ən kreativ, eksperimental və maraqlı səhnə idi. Və "Gray Matter" qrupunun bütün bu qruplar arasında qeyb olduğunu demək olar.
Buna baxmayaraq, qrupun melodik və ritmik musiqi o vaxtlar üçün təzə bir şey idi. Və ən əsası!
Qrupda dəliqanlılıq və ehtiras hissi var idi ki, "Yayda İnqilab"ın bütün qruplarına xas idi.
Başqa qrupların kölgəsində qalması səbəbi kimi - qrupun daha çox ənənəvi punk rock üslubunda ifa etməkləri qeyd eləmək olar. Amma bu əsas sayılan səbəb onları Vaşington səhnəsində daha original edirdi.
Qrup 1986`cı ildə dağılıb, 1990`cu ildə yenidən bir araya toplaşdı. Amma bu dəfə yazdıqları albom o vaxtlarda yazılandan qat-qat fərqlənirdi.
Tərkib:
Geoff Turner - vokal, gitara.
Steve Niles - bas gitar, vokal.
Mark Haggerty - gitara.
Dante Ferrando - zərb alətləri.
Diskoqrafiya:
albomlar.
1984 - "Food for Thought".
1992 - "Thog".
epl`ər.
1985 - "Alive and Kicking".
1985 - "Take it Back".
1990 - "4 Songs".
məlumat qıtlığından, "Food for Thought" "Take it Back" albomları yox, 1990`cı ildə çıxan toplunu (raritetlərsiz) tapa bildim. Hər iki link`də həmin iki albomdan ibarət toplunu yükləyə bilərsiz.
"Alive and Kicking" ep`sini isə ümumiyyətlə tapa bilmədim.
Vikipediya.
MYspace səhifə.
LastFM səhifə.
Dischord Records`da səhifə.
"Beefeater".
Beefeater" - 1984`cü ildə yaranan və 1986`cı ilə qədər fəaliyyətdə olan post-hardcore qrup idi.
Qrup punk və jazz musiqisinin qarışığı olan bir üslubda fəaliyyət göstərirdilər.
Tomas Squipsın mətnlərində isə ən çox siyasi mövzulara və şəxsi təəsüratlara yer ayrılırdı. Qrup fəaliyyət göstərdiyi zaman üç zərb aləti ifaçısını dəyişməyə məcbur oldu.
"Dischord Records" leyblında iki albom ("Plays for Lovers" (1985), "House Burning Down" (1987)) yazdı.
1991`ci ildə isə bu iki albomun toplusu həmin leyblda işıq üzü gördü.
Aşaqda yüklənmədə olan linkdə həmin iki toplumu sizə təqdim edirik.
Üstəlik, 1986`cı ildə "Olive Tree Records" leyblında "Need A Job" adlı EP işıq üzü görür.
"Beefeater" müxtəlif musiqi tərzlərini birləşdirərək, dinləyicinin sual verməyini istəyirdilər: "Musiqini təsnif edən insanlar, buna necə nail olur?".
Tərkib:
Tomas Squip - vokal.
Fred "Freak" Smith - gitara.
Dug E.Bird (Birdzell) - bas gitara.
Bruce Taylor - zərb alətləri.
Mark Shellhaas - zərb alətləri (Taylordan sonra).
Kenny Craun - zərb alətləri (Taylor`dan sonra).
Diskoqrafiya:
1985 - "Plays For Lovers".
1986 - "Need A Job".
1986 - "House Burning Down".
"Plays for Lovers", "House Burning Down" - bir fayl kimi yüklə.
LastFM`d' səhifə.
Dischord Records`da səhifə.
"Fire Party".

"Fire Party" 1986`cı ildə 4 cavan qız tərəfindən yaradılmış post-hardcore qrup idi.
Punk/hardcore səhnəsində qadınların sayı az idi. Qadınlar var idilər,
amma sayları həddinən artıq az idi. Qadınlardan ibarət qrupları sayı isə lap az idi.
Və bu qrupun 4 qız tərəfindən yaradılması çox sayda sual və təəcüb doğururdu.
Çünki, o vaxtlar üçün bu biraz qəribə idi. "Dischord Records" kimi leyblda buraxılması isə qrupa böyük hörmət qazandırırdı.
Fəaliyyəti zamanı iki ep (1988, 1989) "Dischord Records"`da buraxdı, həmin ep`lər 1996`cı ildə bir topluda ("19 songs") işıq üzü gördü.
Tərkib:
Amy Pickering - vokal.
Natalie Avery - gitara.
Kate Samworth - bas gitar.
Nicky Thomas- zərb alətləri.
Diskoqrafiya:
1988 - "Self-Titled".
1989 - "New Orleans Opera".
1996 - "19 songs" (Compilation).
Vikipediya.
LastFM`də səhifə.
Dischord Records`da səhifə.
"Dag Nasty".

"Dag Nasty" qrupu 1985`ci ildə yarandı. Post-hardcore olan qrup "Yayda İnqilab" kimi tanınan dövrün ən əsas qruplarından biridir. Brian Baker, qrupun yaradıcısı əvvəllər "Minor Threat" qrupunda fəaliyyət göstərirdi. Qrupun heyəti daima dəyişirdi. Melodik hardcore axımının başında dayanan qruplardan biridi.
Ümumiyyətlə, sizə təqdim elədiyimiz qruplar arasında emo musiqisindən ən uzaq qruplardan biridir. Daha çox hardcore üslubuna yaxın olan bir qrupdur. Yenədə, fəaliyyəti "Yayda İnqilab" vaxtına düşdükdən, ilk dalğanın pionerləri sayılırlar.
Tərkib:
Dave Smalley - vokal.
Brian Baker - gitara.
Roger Marbury - bas gitar.
Colin Sears - zərb alətləri.
Diskoqrafiya:
1986 - "Can I Say" (Dischord Records).
1987 - "Wig Out at Denko's" (Dischord Records).
1987 - "All Ages Show" (Giant Records).
1988 - "Field Day" (Giant Records).
1988 - "Trouble Is" (Giant Records).
1991 - "Can I Say/Wig Out at Denko's" (Dischord Records).
1991 - "85-86" (Selfless Records).
1992 - "Four on the Floor" (Epitaph Records).
2002 - "Minority of One" (Revelation Records).
2010 - "Dag with Shawn" (Dischord Records).
Rəsmi səhifə.
Vikipediya.
LastFM`də səhifə.
MYspace`də səhifə.
Dischord Records`da səhifə.
"İgnition".

"Ignition" 1986 ildə yaranan post-hardcore qrupdu. Qrupda İan Makkeyin qardaşı fəaliyyət göstərirdi.
"Dischord Records"da yazılan qruplardan Avropada konsert verən ilk qrup oldu.
Xaotik şouları ilə yadda qalmışdılar. "Ignition" iki albom və bir necə ep buraxdı.
1994`cü ildə bütün material bir topluda işıq üzü gördü.
Tərkib:
Alec MacKaye - vokal.
Chris Bald - gitara.
Chris Thomson - bas gitar.
Dante Ferrando - zərb alətləri.
Diskoqrafiya:
1994 - "Complete Services" (compilation).
Dischord Records`da səhifə.
LastFM`də səhifə.
"Three".

"Three" 1986-1987`ci illərdə fəaliyyətdə olan post-hardcore qrupdu.
Ian MacKaye Jeff Nelson yeni qrup yaratmaq istəyinə düşürlər. Geoff TurnerSteve Nilesdən ibarət qrup yaranır, amma uzun ömürlü həyat yaşamır və İan qrupu tərk edir.
Daha sonra, "Gray Matter" qrupundan olan Mark Haggerty qoşulur və bu cür "Three" qrupunun tərkibi formalaşır. Bir necə konsert verdikdən sonra, "Inner Ear" adlı leyblda ilk albomlarını yazırlar.
Amma albom çıxmamış, qrup dağılır.
Tərkib:
Jeff Turner - vokal.
Mark Haggerty - gitara.
Steve Niles - bas gitar, vokal.
Jeff Nelson - zərb alətləri, vokal.
Diskoqrafiya:
1987 - "Dark Days Coming".
Dischord Records`da səhifə.
"Marginal Man".

"Marginal Man" qrupu 1982`ci ildə yaranmışdı. DC hardcore aləmində ilk qruplardan (+ "Minor Threat", "The Faith") idilər ki, qrupda iki gitara var idi. Elə həmin qruplar ilə "555" adlı konsert verirlər.
Konsert uğurlu alınır və növbəti konsertə olan biletlər ildırım sürəti ilə satılır.
İlk DC hardcore qruplardan idilər ki, ölkə üzrə turneyə çıxmağa bacarmışdılar (+ "Minor Threat", "Scream", "Government Issue"). Bir ep, bir albomları var.
Tərkib:
Steve Polcari - vokal.
Pete Murray - gitara, vokal.
Kenny Inouye -gitara.
Andre Lee -bas gitar.
Mike Manos - zərb alətləri.
Diskoqrafiya:
1983 - "Identity" (EP).
1985 - "Double Image".
Vikipediya.
Dischord Records`da səhifə.
LastFM`də səhifə.

"Happy Go Licky".

"Happy Go Licky" 1987`ci ildə yaranan post-hardcore qrup idi. Cəmi bir il, 1987-1988`ci illər ərzində fəaliyyət göstərirdi. "Rites of Spring" adlı qrupun reinkarnasiyası idi və "Rites of Spring" qrupuna aid olan "Drink Deep" mahnısını ifası ilə fəaliyyətlərinə son qoydular.
"Happy Go Licky" daha eksperimental musiqi ifa edirdilər. Canlı çıxışlarda daha çox improvizasiyaya yer ayırırdılar. 1988`cı ildə canlı çıxışlardan ibarət 12 inch "Peterbilt Records"da işıq üzü görür, və daha sonra, 1997`ci ilə "Dischord Records"da "Will Play" adlı albom şəklində işıq üzü görür.
Tərkib:
Guy Picciotto - vokal, gitara.
Eddie Janney - gitara, vokal.
Michael Fellows - bas gitar, vokal.
Brendan Canty - zərb alətləri.
Diskoqrafiya:
1997 - "Will Play" (Dischord Records).
Vikipediya.
Dischord Records`da səhifə.
LasFM`də səhifə.
PS. bonus olaraq!
State Of The Union - "D.C. Benefit Compilation".
Yükləyin, tanıyın, həzz alın!

thank u brainstorm[in]Babylon!
 

0 şərh